Qəhrəman Əliyev (məşqçi)
Qəhrəman Əliyev (11 avqust 1959, Masallı – 26 fevral 2023) — Peşəkar Futbol məşqçisi və Azərbaycan Premyer Liqasında 381 oyunla ən çox oyun keçirmiş Baş Məşqçidir.
Qəhrəman Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 avqust 1959 |
Doğum yeri | |
Vəfat tarixi | 26 fevral 2023 (63 yaşında) |
Təhsili | |
İdman növü | futbol |
Həyatı
Qəhrəman Əliyev 11 avqust 1959-cu ildə Masallı rayonunda doğulmuşdur. O 2023-cü ilin fevralın 26 sı uzun sürən xəstəlikdən vəfat etmişdir[1]
Təhsili
Azərbaycan Dövlət bədən Tərbiyəsi İnstitutu və İdman Akademiyasını bitirmişdir. 1999–2000-ci illərdə 8(səkkiz) ay Almaniyada Beynəlxalq məşqçilik kursunu bitirmişdir.
Oyunçu Karyerası
1976–1981-ci illər "Avtomobilçi(Bakı), 1981–83-cü illər "OİK(Xabarovsk)" 1983–85-ci illər "Neftçi(Bakı)", 1985–86-cı illər Gənclik(Bakı)", 1986–87-ci illər "Avtomobilçi(Mingəçevir)",
Məşqçi Lisenziyası
- C-lisenziyası ildən(ilə)
- B-lisenziyası(il):
- A-lisenziyası(il): 2011
- Pro-lisenziyası(il) ildən
İşlədiyi yaş qrupları və klublar(ildən-ilə)
1) 1993–2000-ci illərdə Azərbaycan Premyer liqasında "Viləş" klubunda baş məşqçi vəzifəsində çalışmışdır.
Qazandığı nəticələr
1. 2000–2001-ci illərdə Premyer liqada 4-cü yer tutmuş və intertoto kubokuna vəsiqə;
2. 2001–2002-ci illərdə Premyer liqada 3-cü yer "Bürünc" mükafatına yiyələnmiş və yenidən İntertoto kubokuna vəsiqə əldə qazanmışdır.
2) 2002–2003-cü illərdə "Şəmkir" klubunun baş məşqiçisi kimi Premyer liqada çempionluq;
3) 2003–2004-cü illərdə Premyer Liqada 2-ci yer tutmuş və UEFA kubokuna vəsiqə qazanmış;
4) 2004–2005-ci illərdə "Xəzər Lənkəran 2" komandası ilə 1-ci Divizionda 2-ci yer;
5) 2005–2006-cı illərdə isə Masallının "Masallı" komandasında Baş Məşqçi kimi 1-ci yer tutmuş Premyer liqaya vəsiqə qazanmışdır;
6)2006–2007-ci illərdə Premyer liqada Masallının "Masallı" klubunda baş məşqçi
7) 2007–2008-ci illərdə "MOİK-Bakı" klubu(Azərbaycan Premyer liqası) baş məşqçi;
8) 2008–2010-cu illərdə "Olimpik-Bakı" klubunda (koməkçi məşqçi);
9) 2011–2012-ci illərdə "Bakı" klubunun əvəzedici heyətinin baş məşqçisi kimi 1-ci dəfə çempion;
10) 2012–2013-cü illərdə "Bakı" A komandasında köməkçi məşqçi;
11) 2013–2014-cü illərdə "Bakı" U-19 komandasının baş məşqçisi olmuş və komandanı çempionluq;
12) 2014–2015-ci illərdə "Bakı" komandasında ilə 1-ci Divizionda köməkçi məşqçi
13) 2017–2018-ci illərdə "İ. Cavadov Bakı Futbol Akademiyası"nda İdman direktoru və Koordinator vəzifələrində çalışmışdır
Xarici keçidlər
- [Interview 1| http://premyer.az/xeberler/xfutbol/4437-qehreman-eliyev-qazanacagimiz-her-xal-bizim-uchun-ehemiyyetlidir.html]
- [ Interview 2 | http://rekord.az/news/p:46136 Arxivləşdirilib 2016-10-31 at the Wayback Machine]
- [Official facebook page| https://www.facebook.com/qehreman.aliyev.58]
- "Qəhrəman Əliyev vəfat etdi". 2023-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.