Qədirli (Masallı)

QədirliAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[1]

Qədirli
39°04′28″ şm. e. 48°46′59″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1094 (2009) nəfər
Qədirli xəritədə
Qədirli
Qədirli

Əhalisi

Əhalinin sayı 1094 nəfərdir.[2] Qədirli kəndinin ilk ziyalıları Əlimərdan Verdiəliyev(Eynalov), Hacıbaba Fətullayev, Eyvaz Eynalov, Fərəc Ağayev, Məmməd Eynalov, Bibiş Eynalova, Hacıxan Fətullayev, Eynal Eynalov,Loğman Eynalov

Toponimiyası

Kəndin tam adı Qoçaq Qədirli olmuş, sonralar Qoçaq sözü götürülmüşdür. [3]

Tarixi

16-cı əsrdə Şah Abbasın tərəfdarları tərəfindən əvvəl mövcud olmuş, əsasən türkdilli tayfaların (təklə, qədirli, beydili, qaradağlı, əhmədli və s.) birliyi yaradılmış, həmin birliyə Şahsevənlər adı verilmişdir.

XVII əsrin sonlarında Şah Abbasın göstərişi ilə şahsevən tayfaları Ərdəbil ətrafından Muğan bölgəsinə köçürülmüşlər. Təsadüfi deyil ki,Türkiyə, Qərbi Azərbaycan,İran , o cümlədən Qobustan,Tovuz,Qubadlı,Şamaxı rayonları ərazisində Qədirli toponiminə rast gəlinir.(İranın Leriklə həmsərhəd bölgəsində Qədirli,,Həsənli kəndləri biri-biriylə qonşu yerləşir) Qədirli kəndinin qərb hissəsi (Dəlləkli kəndi ilə Qədirli kəndinin arası) yaşlı nəslin bildirməsinə görə Ərəb Qədirlisi adlanırmış. Amma bu ərazidə eramızdan 3 min il əvvəlki dövrə aid küp qəbirlər, şumer yazıları, ilkin orta əsr maddi-mədəniyyət nümunələri, erkən orta əsr qəbirləri (hazırda ziyarətgahdır) və s. vardır. Qədirli kəndinin hazırda əhali məskunlaşmış hissəsində orta əsr islam qəbirləri mövcuddur. Qədirlinin ötən əsrin 50-60-cı illərinə kimi vəfat etmiş şəxsləri Qızılağac kəndində dəfn edilmişdir.

Qədirli kəndinin tarixində Kərbəlayi Kərimin və Məşhədi Nəhmədin fəaliyyəti böyükdür. Bu şəxslər uzun illər Muğan pristavlığında kəndxuda olmuşlar. Ərkivandan Kalinovkaya 1914-cü ildə çəkilən su xəttini Məşhədi Nəhməd maliyyələşdirmişdir. Kərbəlayi Kərim rus hərbi birləşmələrinə qarşı xalqı səfərbər etmiş, ruslarla vuruşmadan sonra Qədirli kəndi yandırılmışdır. O, Müsavat Partiyasının Lənkəran bölgəsi üzrə rəhbər şəxslərindən idi. 1930-cu ildə Stalin repressiyasının qurbanı olmuşdur.

Qədirli kəndində 1928-ci ildə ilk ibtidai məktəb fəaliyyətə başlamışdır (Məşhədi Nəhmədin evi müsadirə edilərək məktəb kimi fəaliyyət göstərmişdir).[mənbə göstərin] . Kəndin görkəmli şəxsləri: Əlimərdan Verdiliyev(Eynalov). Hacıbaba Fətullayev. Fərəc Ağayev. Eynal Eynalov. Hacıxan Fətullayev

İstinadlar

  1. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  2. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.