Qədir Aslan
Aslanov Qədir Təyyar oğlu (14 may 1944[1], Nərimanlı, Basarkeçər rayonu) — publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı (1995).[2]
Qədir Aslan | |
---|---|
Aslanov Qədir Təyyar oğlu | |
Doğum tarixi | 14 may 1944[1] (79 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
Aslanov Qədir Təyyar oğlu Qərbi Azərbaycanda, Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur.
BDU-nun jurnalistika fakültəsini bitirib. Sonra 20 il "Vardenis" rayon qəzetində məsul vəzifələrdə çalışıb.
1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq Bakı şəhərinə köçməli olub və "İşıq" nəşriyyatında redaktor işləməyə başlayıb.
Qədir Aslan 7 nəfər Azərbaycan Milli Qəhrəmanlarına həsr olunmuş "Goranboy qartalları" adlı oçerklər kitabını yazmışdır. Bu kitab Azərbaycan Mətbuat Fondunun Fəxri Fərmanına layiq görülüb.
1995-ci ildən "Qızıl qələm" mükafatı laureatıdır. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.
Ailəsi
Şair, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" mükafatı laureatı Möhsün Qədiroğlunun atasıdır.
Ədəbi fəaliyyəti
Kitabları
- "Goranboy qartalları", Bakı,
- "Göyçə şəhidləri" (Basarkeçər bölgəsi) I hissə, Bakı, "İşıq", 1997. 336 səh., şəkilli.
İstinadlar
- BÖYÜK NƏRİMANLI SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN // https://goyce.az/news.php?id=1003&sa=X&ved=2ahUKEwj08rWvkpXnAhW8kcMKHVYjCqIQFjAIegQIBRAB.
- 70 yaşın nikbin və işıqlı hesabatı