Qədim yunan lirikası

Qedim yunan lirikası — qədim yunan ədəbiyyatının mühüm bir mərhələsidir. Bu dövrdə lirika deyil, melos sözü işlənirdi. Lirika sözü sonralar musiqi alətinin adından (lira) yaranmışdır. Qədim yunan lirikasını üç qola ayırırlar:

  • Elegiya
  • Yamb
  • Melika

Elegiya

Müəyyən hüznlü bir hadisənin təsiri ilə yazılan elegiyalar, sonralar siyasi fikirlərin ifadəsinə çevrildilər. Siyasi məzmunu ilə seçilən elegiyalara Solonun elegiyalarını da aid edə bilərik.

Yamb

Satirik məzmunlu şeirlər olmuşdur. Ən görkəmli nümayəndəsi Arxiloxdur.

Melika

Lirik məzmunlu nəğmələrdir və iki növü vardır: monodik və xor nəğmələri.

Monodik melikanın ən görkəmli nümayəndələri Alkey, Sapfo və Anakreont olmuşlar və daha çox məhəbbət mövzulu əsərlər yazmışlar.

Xor nəğmələrinin epiqram, epinikya kimi növləri vardır. Mühüm hadisələr, məsələn olimpiya oyunları zamanı oxunur. Ən görkəmli nümayəndəsi Pindardır.[mənbə göstərin]

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.