Qədim makedoniyalılar
Makedoniyalılar (yun. Μακεδόνες, Makedónes) — vaxtilə Yunanıstanın şimal-şərq hissəsində Alyakmon və aşağı Vardar çayları arasındakı allüvial düzənlikdə yaşamış qədim tayfa. Qədim yunanlardan olan bu tayfa[1] yunan ərazisinin şimal ucundakı Alyakmon dərəsi boyunca yerləşən ərazilərindən başlayaraq ərazilərini genişlətmiş, fraklar və illiryalılar başda olmaqla bir çox qeyri-yunan qəbilələrini özünə tabe etmiş və ya ərazisindən çıxartmışdır.[2][3] Makedoniyalılar yunan dilinin şimal-qərb dialektini (Qədim Makedoniya dili) danışsalar da, regionun linqva frankası əvvəl attik yunan, sonra isə koyni yunan idi. Onlar yunan mifologiyasının tanrılarına sitayiş etsələr də, eramızdan əvvəl 6-cı əsrdən başlayaraq Yunanıstanın digər hissələrində sona çatmış arxaik yunan dəfnetmə adətlərini saxlayırdılar. Makedoniya cəmiyyətinin nüvəsi monarxiya və zadəganlar idi. Makedoniyalı aristokratları qonşuları fessaliyalar kimi öz var-dövlətlərini at və mal-qara saxlamaqdan qazanmışdılar.
Bu məqalə Makedoniya çarlığının sakinləri haqqındadır. Digər mənalar üçün üçün Makedoniya (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Təqribən eramızdan əvvəl 8-ci əsrdə yaranmış Makedoniya çarlığı müxtəlif klanlardan ibarət olsa da Argeadlar sülaləsi və qəbiləsi bu dövlətdə vacib rol oynamışdır. Sülalənin əsasını qoyan I Perdikki Arqosdan Temenin nəslindən idi. Makedoniyanın adının isə yunan tanrısı Makedondan törədiyi ehtimal edilir. Müstəqil ailələr tərəfindən idarə edilən makedoniyalılar I İsgəndərin vaxtında (eramızdan əvvəl 498–454) artıq Argeadlar sülaləsinin hakimiyyətinin qəbul etmişdir. II Filipin dövründə (eramızdan əvvəl 359–336) makedoniyalılar bir neçə hərbi yeniliyə imza atdılar və bunların sayəsində öz ərazilərini genişləndirdilər və Frakiyaya qədər uzanan ərazilərdəki nəzarətlərini gücləndirdilər. Makedoniyanın güclənməsi Böyük İsgəndərin (eramızdan əvvəl 336–323) Əhəmənilər imperiyasını işğal etməsi, diadoxiya dövlətlərinin yaradılması və Qərbi Asiyada, Yunanıstanda və Aralıq dənizi sahilləri boyunca ellinizmin yayılmasına səbəb oldu. Axırda Roma Respublikası Makedoniyanı işğal edərək buranı Roma vilayəti elan etdilər.
Antik dövr müəllifləri, tarixçiləri və dövlət adamları makedoniyalıların etnik mənşəyini yunan, yarı-yunan və ya barbar olaraq qeyd etmişdir. Bu, müasir dövr akademikləri arasında qədim yunan mədəniyyətinin dini ayinlər və atletik oyunlar (Qədim Olimpiya oyunları) kimi bir çox aspektini qəbul etmiş makedoniyalıların dəqiq etnik mənşəyi ilə bağlı müzakirələrə səbəb olub. Qədim Makedoniya dilinin yunan dilinin bir dialekti olması, yoxsa yunan dillərinin bir bölməsi kimi klassfikasiya edilməsi ayrı bir müzakirə mövzusudur. Tapıntıların məhdudluğuna görə frigiya, frakiya və illirya dillərinin makedoniya dili üzərində təsiri qaranlıq qalır.
Qədim makedoniyalılar antik dövr və ellinizm dövrü Yunanıstan mədəniyyətində vacib rol oynayıblar, təsviri incəsənət sahəsində freskolar, mozaikalar, heykəllər və dekorativ metal işi ilə məşhurdurlar. Makedoniyalılar antik yunan musiqi və teatrını çox sevirdilər və Evripid kimi məşhur dramaturqlar Makedoniyaya yaşamağa gəlirdi. Aristotel kimi məşhur filosoflar Makedoniya çarlığında fəaliyyət göstəriblər və makedoniyalılar antik yunan ədəbiyyatına, xüsusilə yunan tarixşünaşlığına böyük töhfə veriblər. Onlar idman etmək və asudə vaxtlarını keçirmək üçün ovçuluq, qaçış və döyüş arabaları yarışması keçirir və simpozium adlanan aristokrat banketlərində içki içib əylənirdilər.
Mənşə, güclənmə və ekspansiya
Tarixinin icmalı
Makedoniyanın güclənməsi üç mərhələdədən ibarətdir. Yunan ərazisi ilə barbar Avropa arasında yerləşən Makedoniya ilk olaraq öz şimal qonşularını — fraklar və illiryalıları özünə tabe etmiş, daha sonra cənub və mərkəzi Yunanıstandakı dövlətlərlə mübarizə aparmışdır. Bundan sonra Makedoniya Korinf ittifaqının hərbi gücünü İranın işğalı üçün səfərbər etmişdir.[4][5][6][7] Makedoniyalı İsgəndərin ölümündən və onun imperiyasının sərkərdələri arasında bölünməsindən sonra diadoxiya dövlətlərinin (Ptolomeyin Misiri, Selevkilərin Mesopotomiyası və Mərkəzi Asiyası, Attalid Anatoliya və Antiqonid Makedoniya) yaradılması və Qərbi Asiyada, Yunanıstanda və Aralıq dənizi sahilləri boyunca ellinizmin yayılmasına səbəb oldu.[8] İsgəndərin Əhəmənilər imperiyasını işğal etməsi nəticəsində makedoniyalılar öz hakimiyyətlərini Mərkəzi Asiyaya qədər yaydılar.[9]
Makedoniyalılar Krit və Epir ittifaqları (bundan əvvəl Epir çarlığı) ilə birlikdə Yunanıstanın böyük bir hissəsini idarə etməyə davam etdilər.[10] Ancaq onların Axey və Etol ittifaqları, Sparta şəhər-dövlətləri və Misirin Ptolemeylər sülaləsi ilə konflikti Egey regionu və Yunanıstanın əsas ərazisində müharibələrə səbəb oldu.[11] Eramızdan əvvəl 215-ci ildə Makedoniyanın Karfagen dövləti sərkərdəsi Hanniballa ittifaqa girməsi rəqib Roma respublikasının Perqam və Rodos kimi yunan müttəfiqləri ilə birlikdə Makedoniyaya qarşı müharibələr aparmasına səbəb oldu.[12] Üçüncü Makedoniya müharibəsindən (e.ə. 171–168) sonra romalılar bu ərazidə dörd asılı dövlət qurdular.[13] Adriskin Makedoniya taxtına yiyələnmək istəməsi Dördüncü Makedoniya müharibəsinə (e.ə. 150–148) səbəb oldu. Bundan sonra Roma Makedoniyanı öz vilayətinə çevirdi və makedoniyalıları özünə tabe etdi.[14]
Tarixdən əvvəlki vətənləri
Yunan mifologiyasında Makedon adını verdiyi Makedoniyanın qəhrəmanıdır və Hesiodun "Qadınların kataloqu" əsərində adı çəkilir. Makedoniyalıların adı ilk dəfə eramızdan əvvəl 5-ci əsrin ortalarında Herodotun əsərlərində çəkilir.[15] Homerin "Gəmilərin kataloqu" əsərində makedoniyalılardan bəhs edilmir və "Makedoniya" termini ilkin dövr mənbələrində çəkilmir. "İliada"da qeyd edilir ki, Hera Olimp dağını tərk etdikdən sonra və Afona çatana qədər Pieriya və Ematiyanı ziyarət edir.[16] Bu Strabonun "Coğrafiya" əsərində yenidən təkrarlanır.[17] Ancaq arxeoloji sübutlar deməyə imkan verir ki, Mikena mədəniyyəti ilə əlaqə və ya bu mədəniyyətin Makedoniya ərazisinə daxil olması eramızdan əvvəl 14-cü əsrin əvvəllərindən başlamışdır.[18][19]
Nikolas Hammond "Makedoniyanın tarixi" əsərində sonrakı dövr ədəbi mənbələri və Makedoniya regionundakı arxeoloji qazıntılarını aydınlaşdıraraq Makedoniya tarixinin erkən mərhələlərini yenidən tərtib etmişdir.[20] Hammonda görə makedoniyalılar Yunan qaranlıq əsrlərindən əvvəldən bəri Orestida dağlıq ərazisində yaşadıqları üçün erkən Makedoniya tarixi mənbələrində yoxdurlar və digər yunan tayfaları kimi eyni (proto-yunan) əhalidən törəmiş ola bilərlər.[21][22] Makedoniya tayfaları Pelagoniyadan Orestidaya köçən molosların təzyiqi nəticəsində yuxarı Alyakmondakı Orestidaya aşağı Alyakmondakı Pieriya dağlıq ərazisinə köçürlər.[23] Yeni evlərində makedoniya tayfaları proto-dorilərlə qaynayıb-qarışdılar. Bu, qurucu Makedonu Pieriya və Olimp yaxınlığına aid edən əfsanələri açıqlayır.[24] Bəzi əfsanələr dorilərin vətənini qərbi Fessaliyadakı Pin dağ silsiləsi hesab edir, Herodot isə dorilərin vətənini şimala, Makedoniya Pindinə qədər aparır və iddia edir ki, dorilər "Makednon" (yun. Mακεδνόν) adlandırılırdı.[25][26] Fərqli, cənubi vətən nəzəriyyəsi də ənənəvi tarixşünaslıqda mövcuddur. Arnold Cozef Toynbi fikirləşir ki, makedoniyalılar mərkəzi Yunanıstandan şimala, Makedoniyaya köçmüşdür, dorilərin vətəni Ftiodidadır və Makedon və Maqnet arasındakı dostluq əfsanələrinə istinad edir.[27]
Mədəniyyət və cəmiyyət
Makedoniyanın maddi mədəniyyəti Erkən Dəmir dövründən başlayaraq fərqlənib.[28] Balkan dəfn mərasimi, ornamental və keramik formalar Dəmir dövrünün böyük bir hissəsində istifadə edilib.[29] Bu xüsusiyyətlər Frakiya, Epir və İllirya regionlarına oxşar təşkilat quruluşları və mədəniyyət baxımından geniş yaxınlığı göstərir.[30][31] Ancaq bu, regionların eyni kimliyə malik olması və ya onların arasında siyasi bağlılığın olması demək deyil.[32] Eramızdan əvvəl 6-cı əsrin sonlarında Makedoniya Cənubi Yunanıstanın təsirinə məruz qalmağa başlasa da, cənubla əlaqələr Mikena mədəniyyəti dövründən bəri idi.[33] Eramızdan əvvəl 5-ci əsrdə Makedoniya "yunan mədəni mühiti"nin bir hissəsi idilər və cənubdakı yunan şəhər-dövlətlərininkinə bənzər mədəni cizgilərə malik idilər.[34] Klassik yunan obyektləri və adətləri xüsusən bəyənilir və qəribə Makedoniya üsulları ilə istifadə edilirdi.[35] Bundan əlavə Əhəmənilər imperiyasının mədəniyyətə və iqtisadiyyata təsiri eramızdan əvvəl 5-ci əsrdən başlayaraq özünün göstərirdi. Bunlara misal olaraq Makedoniya dəfn yerlərinə fars dəfn əşyalarının əlavə edilməsi və Makedoniyalı II Filipin dövründə fars üslubunda taxtın istifadə edilməsi misal göstərilə bilər.[36]
İstinadlar
- Worthington, 2014, Chapter Two: Alexander's Inheritance, p. 10; Zacharia, 2008, Simon Hornblower, "Greek Identity in the Archaic and Classical Periods", pp. 55–58; Joint Association of Classical Teachers, 1984. səh. 50–51; Errington, 1990; Fine, 1983. səh. 607–608; Hall, 2000. səh. 64; Hammond, 2001. səh. 11; Jones, 2001. səh. 21; Osborne, 2004. səh. 127; Hammond, 1989. səh. 12–13; Hammond, 1993. səh. 97; Starr, 1991. səh. 260, 367; Toynbee, 1981. səh. 67; Worthington, 2008. səh. 8, 219; Chamoux, 2002. səh. 8; Cawkwell, 1978. səh. 22; Perlman, 1973. səh. 78; Hamilton, 1974, Chapter 2: The Macedonian Homeland, p. 23; Bryant, 1996. səh. 306; O'Brien, 1994. səh. 25.
- Trudgill, 2002. səh. 125; Theodossiev, 2000. səh. 175–209.
- Christesen, Murray, 2010. səh. 428.
- Harle, 1998, p. 24: "The idea of the city-state was first challenged by the ideal of pan-Hellenic unity supported by some writers and orators, among which the Athenian Isocrates became a leading proponent with his Panegyrics of 380 suggesting a Greek holy war against Persia. However, only the rise of Macedonia made the realization of pan-Hellenic unity possible.".
- Hanson, 2012, Ian Worthington, "5. Alexander the Great, Nation Building, and the Creation and Maintenance of Empire", p. 119: "Afterward he [Alexander] revived his father's League of Corinth, and with it his plan for a pan-Hellenic invasion of Asia to punish the Persians for the suffering of the Greeks, especially the Athenians, in the Greco-Persian Wars and to liberate the Greek cities of Asia Minor.".
- Kristinsson, 2010. səh. 79: "Both these empires [Macedonian and Roman] originated on the edges of the Greek world and were heavily influenced by Greek civilization even to the point of copying the Greek phalanx but developing it according to their own preferences … As the Macedonians became infused with Greek civilization they developed a larger and stronger state than any in Greece proper … The Macedonians only became important players in the Greek system after they had used what they had learned from the Greeks to expand into barbarian Europe."
- Kinzl, 2010, p. 553: "He [Philip] also recognized the power of pan-hellenic sentiment when arranging Greek affairs after his victory at Chaironeia: a pan-hellenic expedition against Persia ostensibly was one of the main goals of the League of Corinth.".
- Adams, 2010. səh. 208–211, 216–217; Errington, 1990. səh. 117–120, 129, 145–147; Bringmann, 2007. səh. 61; for a discussion about the Hellenistic period in both the Eastern and Western Mediterranean regions in antiquity, see Prag, Quinn, 2013. səh. 1–13.
- Olbrycht, 2010. səh. 365–367.
- Adams, 2010. səh. 223; Errington, 1990. səh. 174, 242; Greenwalt, 2010. səh. 289–304.
- Adams, 2010. səh. 221–224; Errington, 1990. səh. 167–174, 179–185;
- Errington, 1990. səh. 191–216; Eckstein, 2010. səh. 231–245; Greenwalt, 2010. səh. 302; Bringmann, 2007. səh. 79–88, 97–99.
- Errington, 1990. səh. 216–217; Eckstein, 2010. səh. 245; Greenwalt, 2010. səh. 304; Bringmann, 2007. səh. 99–100.
- Errington, 1990. səh. 216–217; Eckstein, 2010. səh. 246–248; Bringmann, 2007. səh. 104–105.
- Anson, 2010. səh. 7 Asirvatham, 2010. səh. 101–102, 123.
- Homer. Iliad, 14.226.
- Strabo. Geography, Book 7 (Fragment 2): "What is now Macedonia was in earlier times called Emathia. Macedonia took its name from Macedon, an early ruler …"
- Best, de Vries, 1989, R. F. Hoddinott, "Thracians, Mycenaeans and 'The Trojan Question'", p. 64.
- Borza, 1992, p. 64: "The existence of a Late Bronze Age Mycenaean settlement in the Petra not only confirms its importance as a route from an early period, but also extends the limits of Mycenaean settlement to the Macedonian frontier.".
- Hatzopoulos, 1996. səh. 105; Errington, 1990. səh. 7–9; Borza, 1982. səh. 8.
- Borza, 1992. səh. 84: "The Macedonians themselves may have originated from the same population pool that produced other Greek peoples."
- Vanderpool, 1982, Eugene N. Borza, "Athenians, Macedonians, and the Origins of the Macedonian Royal House", p. 7.
- On pages 433–434 of "The Position of the Macedonian Dialect", A. Panayotou describes the geographical delimitations of ancient Macedon as encompassing the region from Mount Pindus to the Nestos River, and from Thessaly to Paeonia (the area occupied by the kingdom of Philip II, which preceded the much larger Roman province of the same name).
- Hesiod. Catalogue of Women, Fragment 7.
- Herodotus. Histories, 1.56.3, 8.43.1; Hammond, Griffith, 1972. səh. 430–440.
- This was but one of several traditions regarding the "Dorian homeland" variously placing it in Phthiotis, Dryopis, Erineos, etc. For the formation of Dorian ethnicity, and its traditions, see chapters 3 and 4 of Johnathan Hall's Ethnic Identity in Greek Antiquity.
- Toynbee, 1969, Chapter 3: "What was the Ancestral Language of the Makedones?", pp. 66–77.
- Whitley, 2007. səh. 253: "Ethnicity and culture are not the same, and however the ancient Macedonians viewed themselves, Macedonian material culture had little in common with that of central Greece. Differences are apparent from a very early date."
- Whitley, 2007. səh. 253: "The inhabitants at these sites continued to use a style of 'Balkan' pottery that has little in common with Greek painted wares throughout the Archaic period …"
- Brock, Hodkinson, 2000, Chapter 13: J. K. Davies, "A Wholly Non-Aristotelian Universe: The Molossians as Ethnos, State, and Monarchy", p. 251.
- Brock, Hodkinson, 2000, Chapter 12: Zosia Halina Archibald, "Space, Hierarchy, and Community in Archaic and Classical Macedonia, Thessaly, and Thrace", p. 213.
- Whitley, 2007. səh. 233.
- Lemos, 2002. səh. 207.
- Anson, 2010. səh. 19.
- Whitley, 2007. səh. 254: "But, if Macedonians were beginning to make use of some central Greek objects, they were otherwise sticking to their peculiar Macedonian ways."
- Olbrycht, 2010. səh. 345.
Ədəbiyyat
- Adams, Winthrop Lindsay. Alexander's Successors to 221 BC // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 208–224. ISBN 978-1-4051-7936-2.
- Aldrete, Gregory S.; Bartell, Scott; Aldrete, Alicia. Reconstructing Ancient Linen Body Armor: Unraveling the Linothorax Mystery. Baltimore: Johns Hopkins University Press. 2013. ISBN 978-1-4214-0819-4. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Anson, Edward M. "The Meaning of the Term Macedones". Ancient World. 10. 1984: 67–68.
- Anson, Edward M. Why Study Ancient Macedonia and What This Companion is About // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 3–20. ISBN 978-1-4051-7936-2. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Archibald, Zosia. Macedonia and Thrace // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 326–341. ISBN 978-1-4051-7936-2.
- Asirvatham, Sulochana R. Perspectives on the Macedonians from Greece, Rome, and Beyond // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 99–124. ISBN 978-1-4051-7936-2.
- Badian, Ernst. "Greeks and Macedonians". Studies in the History of Art. National Gallery of Art. 10, SYMPOSIUM SERIES I. 1982: 33–51. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Badian, Ernst; Wallace, Robert W.; Harris, Edward Monroe. Transitions to Empire: Essays in Greco-Roman History, 360-146 B.C. in Honor of E. Badian. Norman: University of Oklahoma Press. 1996. ISBN 0-8061-2863-1.
- Baldry, H. C. Greek Literature for the Modern Reader. Cambridge, United Kingdom: Cambridge University Press. 1959. 2020-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Baracchi, Claudia, redaktor The Bloomsbury Companion to Aristotle. London and New York: Bloomsbury Academic. 2014. ISBN 978-1-4411-4854-4. 2021-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Barr-Sharrar, Beryl; Borza, Eugene N. Macedonia and Greece in Late Classical and Early Hellenistic Times. National Gallery of Art. 1982. ISBN 0-89468-005-6. 2021-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Best, Jan; de Vries, Nanny. Thracians and Mycenaeans: Proceedings of the Fourth International Congress of Thracology, Rotterdam, 24-26 September 1984. Leiden, The Netherlands: E.J. Brill. 1989. ISBN 90-04-08864-4. 16 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 May 2017.
- Boardman, John. The Cambridge Ancient History - Volume 3, Part 1: The Prehistory of the Balkans and the Middle East and the Aegean World, Tenth to Eighth Centuries B.C. Cambridge, United Kingdom: Cambridge University Press. 1982. ISBN 0-521-22496-9. 2016-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Borza, Eugene N. Before Alexander: Constructing Early Macedonia. Claremont, CA: Regina Books. 1999. ISBN 0-941690-96-2. 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Borza, Eugene N. In the Shadow of Olympus: The Emergence of Macedon. Princeton, NJ: Princeton University Press. 1992. ISBN 0-691-00880-9. 2022-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Borza, Eugene N. "Athenians, Macedonians and the Origins of the Macedonian Royal House". Studies in Attic Epigraphy, History and Topography. 19. 1982.
- Borza, Eugene N. Makedonika. Claremont, CA: Regina Books. ISBN 978-0-941690-64-5. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Bringmann, Klaus. A History of the Roman Republic. Smyth, W. J. tərəfindən tərcümə olunub. Cambridge & Malden: Polity Press. 2007 [2002]. ISBN 0-7456-3371-4. 2017-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Brock, Roger; Hodkinson, Stephen. Alternatives to Athens: Varieties of Political Organization and Community in Ancient Greece. Oxford, United Kingdom: Oxford University Press. 2000. ISBN 0-19-815220-5. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Bryant, Joseph M. Moral Codes and Social Structure in Ancient Greece: A Sociology of Greek Ethics from Homer to the Epicureans and Stoics. Albany, NY: State University of New York Press. 1996. ISBN 0-7914-3042-1. 2020-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Buckley, Terry. Aspects of Greek History: A Source-Based Approach. London and New York: Routledge. 2010. ISBN 978-1-135-28184-7.
- Butler, Margaret Erwin. Of Swords and Strigils: Social Change in Ancient Macedon. Stanford, CA: Stanford University. 2008. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Cartledge, Paul. Ancient Greece: A Very Short Introduction. Oxford: Oxford University Press. 2011. ISBN 978-0-19-960134-9. 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Castelnuovo, Luisa Moscati. Identità e Prassi Storica nel Mediterraneo Greco. Milan, Italy: Et. 2002. ISBN 88-86752-20-2. 2021-06-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Cawkwell, George. Philip of Macedon. London, United Kingdom: Faber & Faber. 1978. ISBN 0-571-10958-6. 2020-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Chamoux, François. Hellenistic Civilization. Oxford, United Kingdom: Blackwell Publishing. 2002. ISBN 0-631-22241-3. 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Champion, Craige B. Cultural Politics in Polybius's Histories. University of California Press. 2004. ISBN 0-520-23764-1.
- Christesen, Paul; Murray, Sarah C. Macedonian Religion // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 428–445. ISBN 978-1-4051-7936-2.
- Christidēs, Anastasios-Phoivos; Arapopoulou, Maria; Chritē, Maria. A History of Ancient Greek: From the Beginnings to Late Antiquity. Cambridge, United Kingdom: Cambridge University Press. 2007. ISBN 0-521-83307-8. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Chroust, Anton-Hermann. Aristotle: New Light on His Life and On Some of His Lost Works, Volume 1: Some Novel Interpretations of the Man and His Life. London & New York: Routledge. 2016 [1977]. ISBN 978-1-138-93706-2. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Cohen, Ada. Art in the Era of Alexander the Great: Paradigms of Manhood and Their Cultural Traditions. Cambridge & New York: Cambridge University Press. 2010. ISBN 978-0-521-76904-4. 2018-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Cook, Stanley Arthur; Adcock, Frank E.; Charlesworth, Martin Percival, redaktorlar The Cambridge Ancient History: The Hellenistic Monarchies and the Rise of Rome. VII. Cambridge, United Kingdom: Cambridge University Press. 1928. 2020-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Crossland, R. A.; Birchall, Ann. Bronze Age Migrations in the Aegean: Archaeological and Linguistic Problems in Greek Prehistory. Park Ridge, NJ: Noyes Press. 1974. ISBN 0-8155-5022-7. 2014-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Dalby, Andrew. Siren Feasts: a History of Food and Gastronomy in Greece. London & New York: Routledge. 1997 [1996]. ISBN 0-415-15657-2. 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Danforth, Loring M. The Macedonian Conflict: Ethnic Nationalism in a Transnational World. Princeton, NJ: Princeton University Press. 1997. ISBN 0-691-04356-6. 2022-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Daskalakis, A. "The Hellenism of Ancient Macedonia". Hidryma Meletōn Chersonēsou tou Haimou. Thessaloniki: Institute for Balkan Studies. 74. 1965. 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Dunstan, William E. Ancient Greece. Fort Worth, Texas: Harcourt College Publishers. 2000. ISBN 0-15-507383-4. 2021-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Eckstein, Arthur M. Macedonia and Rome, 221–146 BC // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 225–250. ISBN 978-1-4051-7936-2.
- Engels, Johannes. Macedonians and Greeks // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 81–98. ISBN 978-1-4051-7936-2. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Errington, Robert Malcolm. A History of Macedonia. Berkeley and Los Angeles, CA: University of California Press. 1990. ISBN 0-520-06319-8. 2022-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Fine, John Van Antwerp. The Ancient Greeks: A Critical History. Cambridge, Massachusetts: Harvard University Press. 1983. ISBN 0-674-03314-0. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Finkelberg, Margalit. Greeks and Pre-Greeks: Aegean Prehistory and Greek Heroic Tradition. Cambridge, United Kingdom: Cambridge University Press. 2005. ISBN 0-521-85216-1.
- Fisher, Nicholas Ralph Edmund; Wees, Hans van, redaktorlar Archaic Greece: New Approaches and New Evidence. London, United Kingdom: Duckworth. 1998. ISBN 0-7156-2809-7. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Gagarin, Michael, redaktor The Oxford Encyclopedia of Ancient Greece and Rome. 1. New York and Oxford: Oxford University Press. 2010. ISBN 978-0-19-517072-6. 2017-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Garrett, Andrew. "A New Model of Indo-European Subgrouping and Dispersal" (PDF). Berkeley Linguistics Society. 25. 1999: 146–156. 2018-03-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-08.
- Georgiev, Vladimir Ivanov. Introduction to the History of the Indo-European Languages. Sofia, Bulgaria: Publishing House of the Bulgarian Academy of Sciences. 1981. 2020-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Graninger, Denver. Macedonia and Thessaly // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 306–325. ISBN 978-1-4051-7936-2.
- Green, Peter. Alexander of Macedon 356-323 B.C.: A Historical Biography. Berkeley and Los Angeles, California: University of California Press. 1992. ISBN 0-520-07166-2. 2014-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Greenwalt, William S. Macedonia, Illyria, and Epirus // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 279–305. ISBN 978-1-4051-7936-2.
- Hall, Jonathan M. Hellenicity: Between Ethnicity and Culture. Chicago, Illinois and London, United Kingdom: The University of Chicago Press. 2002. ISBN 0-226-31329-8. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hall, Jonathan M. Ethnic Identity in Greek Antiquity. Cambridge, United Kingdom: Cambridge University Press. 2000. ISBN 0-521-78999-0. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hamilton, J. R. Alexander the Great. Pittsburgh, Pennsylvania: University of Pittsburgh Press. 1974 [1973]. ISBN 0-8229-6084-2. 2021-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hammond, Nicholas Geoffrey Lemprière. Collected Studies: Further Studies on Various Topics. Amsterdam, The Netherlands: Hakkert. 2001. 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hammond, Nicholas Geoffrey Lemprière. Studies concerning Epirus and Macedonia before Alexander. Amsterdam, The Netherlands: Hakkert. 1993. 2017-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hammond, Nicholas Geoffrey Lemprière. The Miracle that was Macedonia. New York: St. Martin's Press. 1991. ISBN 0-283-99910-1.
- Hammond, Nicholas Geoffrey Lemprière. The Macedonian State: Origins, Institutions, and History. Oxford, United Kingdom: Clarendon Press. 1989. ISBN 0-19-814883-6. 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hammond, Nicholas Geoffrey Lemprière; Griffith, Guy Thompson. A History of Macedonia: 550-336 B.C. II. Oxford, United Kingdom: Clarendon Press. 1979. ISBN 0-19-814814-3. 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hammond, Nicholas Geoffrey Lemprière; Griffith, Guy Thompson. A History of Macedonia: Historical Geography and Prehistory. I. Oxford, United Kingdom: Clarendon Press. 1972. 2020-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hammond, Nicholas Geoffrey Lemprière; Walbank, Frank William. A History of Macedonia: 336-167 B.C. III. Oxford, United Kingdom: Oxford University Press. 1988. ISBN 0-19-814815-1. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hammond, Nicholas Geoffrey Lemprière; Walbank, Frank William. A History of Macedonia: 336–167 B.C. 3 (reprint). Oxford & New York: Clarendon Press of the Oxford University Press. 2001. ISBN 0-19-814815-1. 2020-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hanson, Victor Davis, redaktor Makers of Ancient Strategy: From the Persian Wars to the Fall of Rome. Princeton, NJ: Princeton University Press. 2012. ISBN 978-0-691-15636-1. 2022-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hardiman, Craig I. Classical Art to 221 BC // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 505–521. ISBN 978-1-4051-7936-2. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Harle, Vilho. Ideas of Social Order in the Ancient World. Westport, CT: Greenwood Press. 1998. ISBN 978-0-313-30582-5. 2014-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hatzopoulos, M. B. Macedonia and Macedonians // Lane Fox, Robin J. (redaktor ). Brill's Companion to Ancient Macedon: Studies in the Archaeology and History of Macedon, 650 BC – 300 AD. Leiden: Brill. 2011a. 43–50. ISBN 978-90-04-20650-2. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hatzopoulos, M. B. Macedonians and Other Greeks // Lane Fox, Robin J. (redaktor ). Brill's Companion to Ancient Macedon: Studies in the Archaeology and History of Macedon, 650 BC – 300 AD. Leiden: Brill. 2011b. 51–78. ISBN 978-90-04-20650-2. 2022-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hatzopoulos, Miltiades. "Perception of the Self and the Other: The Case of Macedon". Proceedings of the Seventh International Symposion on Ancient Macedonia. 2002. 2020-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Hatzopoulos, Miltiades. "The Speech of the Ancient Macedonians, in the Light of Recent Epigraphic Discoveries". Proceedings of the Sixth International Symposion on Ancient Macedonia. 1999. 2019-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Head, Duncan. Armies of the Macedonian and Punic Wars: 359 BC to 146 BC (reprint). Wargames Research Group Ltd. 2016 [1982]. ISBN 978-1-326-25656-2. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Horejs, Barbara. "The Phenomenon of Mattpainted Pottery in the Northern Aegean: Introduction, Overview and Theories". Aegeo-Balkan Prehistory. 3 October 2007. 3 September 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 May 2017.
- Hornblower, Simon; Matthews, Elaine; Fraser, Peter Marshall. Greek Personal Names: Their Value as Evidence. Published for the British Academy by Oxford University Press. 2000. ISBN 0-19-726216-3. 2020-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Iordanidis, A.; Garcia-Guinea, J.; Karamitrou-Mentessidi, Georgia. "Characterisation of Mycenaean and Matt-Painted Pottery from Aiani, Ancient Upper Macedonia, Greece" (PDF). Bulletin of the Geological Society of Greece. Athens, Greece: Proceedings of the 11th International Congress. 40. May 2007: 1796–1807. 2016-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Isaac, Benjamin H. The Invention of Racism in Classical Antiquity. Princeton, New Jersey: Princeton University Press. 2004. ISBN 0-691-12598-8. 2022-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Joint Association of Classical Teachers. The World of Athens: An Introduction to Classical Athenian Culture. Cambridge, United Kingdom: Cambridge University Press. 1984. ISBN 0-521-27389-7. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Jones, Archer. The Art of War in the Western World. Champaign, Illinois: University of Illinois Press. 2001. ISBN 0-252-06966-8. 2020-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Karamitrou-Mentessidi, Georgia. "The Late Bronze Age in Aiani". Aegeo-Balkan Prehistory. 16 March 2007. 8 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 8 May 2017.
- King, Carol J. Macedonian Kingship and Other Political Institutions // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 373–391. ISBN 978-1-4051-7936-2.
- Kinzl, Konrad H. A Companion to the Classical Greek World. West Sussex, United Kingdom: John Wiley and Sons Limited. 2010. ISBN 1-4443-3412-3. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Kristinsson, Axel. Expansions: Competition and Conquest in Europe since the Bronze Age. Reykjavík, Iceland: ReykjavíkurAkademían. 2010. ISBN 9979-9922-1-2. 2016-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Lemos, Irene S. The Protogeometric Aegean: The Archaeology of the Late Eleventh and Tenth Centuries BC. Oxford, United Kingdom: Oxford University Press. 2002. ISBN 0-19-925344-7. 2020-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- MacDowell, Douglas M. Demosthenes the Orator. New York: Oxford University Press. 2009. ISBN 0-19-160873-4. 2021-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Malkin, Irad. The Returns of Odysseus: Colonization and Ethnicity. Berkeley and Los Angeles, California: University of California Press. 1998. ISBN 978-0-520-21185-8. 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Malkin, Irad. Ancient Perceptions of Greek Ethnicity. Center for Hellenic Studies, Trustees for Harvard University. 2001. ISBN 0-674-00662-3. 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Masson, Olivier; Dubois, Laurent. Onomastica Graeca Selecta. Geneva, Switzerland: Librairie Droz. 2000. ISBN 2-600-00435-1. 2022-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Masson, Olivier. Oxford Classical Dictionary. Oxford, United Kingdom: Oxford University Press. 1996.
- Müller, Sabine. Philip II // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 166–185. ISBN 978-1-4051-7936-2. 2020-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Nawotka, Krzysztof. Alexander the Great. Newcastle Upon Tyne: Cambridge Scholars Publishing. 2010. ISBN 978-1-4438-1743-1. 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- O'Brien, John Maxwell. Alexander the Great: The Invisible Enemy - A Biography. New York, New York and London, United Kingdom: Routledge (Taylor & Francis). 1994 [1992]. ISBN 0-415-10617-6. 2021-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- O'Neil, James L. "The Ethnic Origins of the Friends of the Antigonid Kings of Macedon". The Classical Quarterly. 10 (2). 2003: 510–522. 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Olbrycht, Marck Jan. Macedonia and Persia // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 342–370. ISBN 978-1-4051-7936-2.
- Osborne, Robin. Greek History. New York, New York and London, United Kingdom: Routledge. 2004. ISBN 0-415-31717-7. 2016-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Pan-Montojo, Juan; Pedersen, Frederik, redaktorlar Communities in European History: Representations, Jurisdictions, Conflicts. Pisa, Italy: Edizioni Plus – Pisa University Press. 2007. ISBN 978-88-8492-462-9. 2014-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Papazoglou, Fanoula. "Le Language Macėdoniene Antique". Juznosolvenski Filolog. 56 (3–4). 2000: 771–777.
- Papazoglou, Fanoula. "Sur le Structure Ethnique de l'Ancienne Macedonie". Balcanica. 8. 1977: 65–82.
- Perlman, Samuel. Philip and Athens. Cambridge, United Kingdom: Heffer. 1973. ISBN 0-85270-076-8. 2022-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Piening, H. Mobile UV-VIS Absorption Spectrometry Investigations in the "Alexander-Sarcophagus" in Istanbul // Büyüköztürk, Oral; Ali Taşdemir, Mehmet (redaktorlar ). Nondestructive Testing of Materials and Structures: Proceedings of NDTMS-2011, Istanbul Turkey, May 15–18 2011, Part 1. Heidelberg, New York, & London: RILEM & Springer. 2013. 1179–1186. ISBN 978-94-007-0722-1. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Prag, Johnathan R. W.; Quinn, Josephine Crawley. Introduction // Prag, Johnathan R. W.; Quinn, Josephine Crawley (redaktorlar ). The Hellenistic West: Rethinking the Ancient Mediterranean. Cambridge & New York: Cambridge University Press. 2013. 1–13. ISBN 978-1-107-03242-2. 2022-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Rhodes, P. J. The Literary and Epigraphic Evidence to the Roman Conquest // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 23–40. ISBN 978-1-4051-7936-2. 2022-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Roisman, Joseph. Classical Macedonia to Perdiccas III // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 145–165. ISBN 978-1-4051-7936-2.
- Sakellariou, Michael B. Inhabitants // Michael B. Sakellariou (redaktor ). Macedonia: 4000 Years of Greek History and Civilization. Athens: Ekdotike Athenon S.A. 1983. 44–63.
- Sakellariou, M. V. Macedonia, 4000 years of Greek History and Civilization. Athens, Greece: Ekdotikè Athenon. 1992. 2021-11-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Sansone, David. Ancient Greek Civilization (3rd). Malden, Oxford, Chichester: Wiley-Blackwell. 2017. ISBN 978-1-119-09815-7. 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Sawada, Noriko. Social Customs and Institutions: Aspects of Macedonian Elite Society // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 392–408. ISBN 978-1-4051-7936-2.
- Snodgrass, Anthony M. The Dark Age of Greece: An Archaeological Survey of the Eleventh to the Eighth Centuries BC. New York, New York: Routledge. 2000. ISBN 0-415-93635-7. 2020-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Sprawski, Slawomir. The Early Temenid Kings to Alexander I // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 127–144. ISBN 978-1-4051-7936-2.
- Starr, Chester G. A History of the Ancient World. New York, New York: Oxford University Press. 1991. ISBN 0-19-506628-6. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Theodossiev, Nikola. "The Dead with Golden Faces. II Other Evidence and Connections". Oxford Journal of Archaeology. 19 (2). May 2000: 175–209. doi:10.1111/1468-0092.00106.
- Thomas, Carol G. The Physical Kingdom // Roisman, Joseph; Worthington, Ian (redaktorlar ). A Companion to Ancient Macedonia. Oxford, Chichester, & Malden: Wiley-Blackwell. 2010. 65–80. ISBN 978-1-4051-7936-2.
- Toynbee, Arnold Joseph. Some Problems of Greek History. Oxford, United Kingdom: Oxford University Press. 1969. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Toynbee, Arnold Joseph. The Greeks and Their Heritages. Oxford, United Kingdom: Oxford University Press. 1981. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Trudgill, Peter. Sociolinguistic Variation and Change. Edinburgh, United Kingdom: Edinburgh University Press. 2002. ISBN 0-7486-1515-6. 2022-06-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Vanderpool, Eugene. Studies in Attic Epigraphy, History, and Topography. Princeton, New Jersey: American School of Classical Studies at Athens. 1982. ISBN 0-87661-519-1. 2022-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Voutiras, Emmanuel. ΔΙΟΝΥΣΟΦΩΝΤΟΣ ΓΑΜΟΙ: Marital Life and Magic in Fourth Century Pella. Amsterdam, The Netherlands: J. C. Gieben. 1998. ISBN 90-5063-407-9. 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Whitley, James. The Archaeology of Ancient Greece. Cambridge, United Kingdom: Cambridge University Press. 2007. ISBN 0-521-62733-8. 2021-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Wilkes, John J. The Illyrians. Oxford, United Kingdom: Blackwell Publishing. 1995. ISBN 0-631-19807-5. 2020-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Woodard, Roger D. The Ancient Languages of Asia Minor. Cambridge, United Kingdom: Cambridge University Press. 2008a. ISBN 0-521-68496-X. 2021-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Woodard, Roger D. Language in Ancient Europe: an Introduction // Woodard, Roger D. (redaktor ). The Ancient Languages of Europe. Cambridge: Cambridge University Press. 2010 [2008]. 1–13. ISBN 978-0-521-68495-8. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Woodard, Roger D. The Ancient Languages of Europe. Cambridge, United Kingdom: Cambridge University Press. 2008b. ISBN 0-521-68495-1. 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Worthington, Ian. Alexander the Great: Man and God. New York, NY: Routledge. 2014 [2004]. ISBN 978-1-317-86644-2. 2021-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Worthington, Ian. Alexander the Great: A Reader. London, United Kingdom: Routledge. 2003. ISBN 978-0-415-29187-3. 2021-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Worthington, Ian. Philip II of Macedonia. New Haven, Connecticut: Yale University Press. 2008. ISBN 0-300-12079-6. 2016-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Worthington, Ian. Alexander the Great: a Reader (2nd). London & New York: Routledge. 2012. ISBN 978-0-415-66742-5. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Worthington, Ian. By the Spear: Philip II, Alexander the Great, and the Rise and Fall of the Macedonian Empire. Oxford and New York: Oxford University Press. 2014. ISBN 978-0-19-992986-3. 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.
- Zacharia, Katerina. Hellenisms: Culture, Identity, and Ethnicity from Antiquity to Modernity. Hampshire, England: Ashgate Publishing Limited. 2008. ISBN 978-0-7546-6525-0. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-08.