Qədim Gəncə xalçaları

Qədim Gəncə xalçalarıGəncə xalçaçılıq məktəbinin Gəncə qrupuna daxil olan xovlu Azərbaycan xalçalarıdır.[1] Xalçalar adını Qədim Gəncə şəhərinin adından almışdır. Qədim Gəncə xalçaları Gəncə xalçaçılıq məktəbinin yüksək keyfiyyətli xalçalar kateqoriyasına aiddir.[2]

Xalça
Qədim Gəncə xalçaları
"Pəncə" təsvirli Qədim Gəncə xalçasıAzərbaycan Xalça Muzeyi
"Pəncə" təsvirli Qədim Gəncə xalçası
Azərbaycan Xalça Muzeyi
Xalça haqqında məlumatlar
Digər adları "Gəncə-buta" və ya "Butalı Gəncə" xalçası
Məktəbi Gəncə xalçaçılıq məktəbi
Növü Xovlu xalça
Ölkə Azərbaycan
Şəhər Gəncə
Toxunması haqqında məlumatlar
Üslubu Gəncə xalçaçılıq məktəbi
Digər məlumatlar
Material ipək və ya qoyun yunu

Tarixi

Sənətşünaslar tərəfindən bu xalçaları "Gəncə xalçaları", "Gəncə-şəhər xalçaları", həmçinin "Gəncə-buta xalçaları" və ya "Butalı Gəncə xalçaları" adlandırılan "Qədim Gəncə xalçaları" Gəncə şəhərində, hmçinin şəhərdən 40 şimal-qərb istiqamətində yerləşən Şəmkir rayonunda, və Gəncə ətraf ıxalçaçılıq məntəqələrində istehsal olunmuşdur.[1]

Bədii analiz

Londonun Viktoriya və Albert muzeyində saxlanan
Qədim Gəncə xalçaları
Pəncə dizaynlı
Buta dizaynlı

Adətən, Qədim Gəncə xalçalarının orta sahəsinin kompozisiyası "Gəncə-buta" adlanan sıraya düzülmüş butalardan ibarət olur.[2] Sadə forması və rəgarəngliyi ilə Bakı, Sərab, Şirvan butalarından fərqlən[2] "Gəncə-buta" adlanan butalarla toxunmuş xalçalar daha çox tanınır. Gəncə xalçaçılıq məktəbinə xarakterik olan "Gəncə-buta" adlanan bu elementlər bəzi hallarda diaqonal üzrə düzülür. Orta sahənin sol və sağ tərəflərində "pəncə" adlanan təsvir olan xalçalarda istehsal edilirdi. "Pəncə" adlanan təsvir dini xarakter daşıyır.[2]

Orijinal xüsusiyyətləri olan Qədim Gəncə xaıçalarının orta sahəsinin kompozisiyası düzbucaqlı elementlərdən, yaxud müxtəlif enli və ensiz zolaqlardan ibarət idi. Qədim Gəncə xalçalarının köbə haşiyəsi Gəncə xalçaçılıq məktəbinin xalçalarına xarakterik olan köbə zolaqlarından ibarətdir.[2]

"Namazlıq xalçalar" adı ilə tanınan Qədim Gəncə xalçalarının bəzilərinin orta sahəsinin yuxarı hissəsində butanın üzərində "mehrab" – həndəsi formada haşiyəli tağ yerləşdirilir. Ona görə də qocaman xalçaçılar "Namazlıq xalçalar"a "Mehrablı xalçalar" və "Mehrabsız xalçalar" adı veriblər.[2]

Texniki xüsusiyyətlər

Qədim Gəncə xalçaları daha çox orta ölçüdə istehsal olunurdu.[3] Bu xalçaların ölçüsü əsas etibarilə çox da böyük olmur. XIX əsrin ikinci yarısında və XX əsrin əvvəlidə uzunsov formalı Qədim Gəncə xalçaları da istehsal olunurdu.[3]

Qədim Gəncə xalçalarının ölçüləri 100x150 sm-dən 150x220 sm-ə qədər ölçülər arasında dəyişir.[3] Qədim Gəncə xalçalarıda bir kvadrat desimetrdə ilmələrin sıxlığı 32x32 ilmədən 38x38 ilməyə qədər yerləşir.[3] Bir kvadrat metrdə isə 102 ilmədən 144 min ilməyə təsadüf edilir.[3] Qədim Gəncə xalçalarında xovun hündürlüyü 6–8 mm olur.[3]

İstinadlar

  1. Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II. Б.: "Гянджлик", 1983. səh. 111
  2. Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II., Б.: "Гянджлик", 1983. səh. 112
  3. Лятиф Керимов. Азербайджанский ковёр. Том III. II., Б.: "Гянджлик", 1983. səh. 113
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.