Qədim Duzdağ mədəni

Qədim Duzdağ mədəniNaxçıvan Muxtar Respublikasının Böyükdüz kəndi yaxınlığında Naxçıvan şəhərindən 12 km aralıda yerləşən arxeoloji abidə.

Qədim Duzdağ mədəni
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir YER
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Qədim Duzdağ mədəni (Azərbaycan)
Qədim Duzdağ mədəni

XIX əsrin 70-ci illərində Duzdağda işləmiş dağ-mədən mühəndisi Koşkul və Bayer adlı şəxslər tərəfindən bir neçə ədəd daş balta tapılmışdır. Daş çəkiclərin bir qismi 1870-ci ildə abidələrlə maraqlanan Naxçıvan şəhər məktəbinin müfəttişi K. A. Nikitin tərəfindən toplan mışdır. Bu alətlərdən duz çıxarılması üçün istifadə edildiyini qeyd etmişdir. 1879-cu ildə İ. S. Polyakov arxeoloji kəşfiyyat işləri zamanı duz mədənlərinin yaxınlığından xeyli daş çəkic tapmışdır. Tədqiqatçının fikrincə onlar daha qədim dövrdə duz çıxarmaq üçün istifadə olunmuşdur. 1895-ci ildə Qafqazın arxeologiyası və etnoqrafiyası ilə məşğul olan P. N. Nadejdin tapıntılarla tanış olduqdan sonra onların duz çıxarmaq üçün daş çəkiclər olduğunu göstərmişdir. Həmin daş çəkiclər haqqında M. M. Hüseynov məqalə nəşr etdirmişdir. Qədim duz mədənləri 1967-ci ildə uçqun nəticəsində təsadüfən aşkar olunmuşdur. Dağıntı yerindən xeyli daş çəkiclər aşkar olunmuşdur. Onların biri iri həcmli olub, 30 kq ağırlığındadır. Daş çəkiclərin bir qismi Naxçıvan Dövlət Tarix Muzeyinə verilmişdir.

Uçqun nəticəsində qədim mədənlərin girişi tutulmuşdur. 1976-cı ildə müasir tuneldə aparılan partlayış zamanı qədim yolun üstü açılmışdır. Yol 70 metr uzunluğunda tuneldən ibarət olub, eni bəzi yerlərdə 6 m, bəzi yerlərdə isə 20 metrdir. Tunelin hündürlüyü 10 metrdən artıqdır. Tunel bir-birini əvəz edən 10 zaldan ibarətdir. Onların birində duzdan yonulmuş beş sütun vardır. Mədəndə aparılan tədqiqat zamanı ocaq yerləri, divarlarda isə his izləri aşkar edilmişdir. Bəzi yerlərdə duz laylarının arasına vurulmuş ağac pazlar, döşəmədə gil qab qırıqları, maral buynuzunun qalıqları qeydə alınmışdır. Mədənin divarında bir yerdə şaquli xətlərdən ibarət işarələrə təsadüf edilmişdir. Tədqiqatçıların fikrincə, bu, qədim say sistemi ilə bağlı olmuşdur. Şübhəsiz ki, həmin işarələrlə çıxarılan duzun miqdarı qeyd edilmişdir. 2007-ci ildə aparılan araşdırmalar zamanı Duzdağda Eneolit və Erkən Tunc dövrünə aid keramika məmulatı, daş çəkiclər tapılmışdır. Mədənlərdən aşkar edilmiş maddi-mədə niyyət qalıqları, xüsusilə daş çəkiclər əsasında, demək olar ki, bu duz yataqlarından e. ə. VI–II minilliklərdə geniş istifadə edilmişdir.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.