Qəbizdərə kilsəsi

Qəbizdərə kilsəsiZaqatala rayonunun Qəbizdərə kəndindən şimalda, Kilsəçay və Maurovçay çaylarının birləşən yerində dağılmış bir məbəd var. Bu kilsə dağın düzənlik hissəsində, meşədə, Dağıstana gedən yolun üzərində yerləşir.[1] Zaqatala rayonunun Qəbizdərə kəndində yerləşən bu kilsə VIII–IX əsrlərə aid "azad xaç" memarlıq formasına malikdir.[2] Məbədin divar hörgüsündə mozaik ardıcıllıqla sıralanmış hündür və alçaq çaydaşılardan istifadə edilmişdir[3] Pəncərə və qapı yerləri, həmçinin nişlər yaxşı yonulmuş daşlarla üzlənmişdir. Kilsə həm daxildən, həm də xaricdən xaçvari formaya malikdir. Xaçın tərəflərinin kəsişmə yerində, kilsənin mərkəzində günbəz ucalır. Şərq tərəfdən kilsə binasına xaricdən beşguşəli, daxildən isə yarımdairəvi formaya malik altar apsidası birləşir.[4]

Qəbizdərə(Katex) kilsəsi
Qəbizdərə kilsəsi
Qəbizdərə kilsəsi
Gabizdara church1701193548411
Ölkə  Azərbaycan
Şəhər Zaqatala Zaqatala
Yerləşir Qəbizdərə kəndi
Aidiyyatı Alban Həvari Kilsəsi
Tikilmə tarixi VIII-IX əsrlər
İstinad nöm.1814
KateqoriyaMəbəd
ƏhəmiyyətiYerli əhəmiyyətli
Qəbizdərə kilsəsi (Azərbaycan)
Qəbizdərə kilsəsi
Kilsənin planı

Tarixi

Abidəni tədqiq etmiş professor G. Məmmədova qeyd edir ki, elementlərinin erkən orta əsrlər memarlığına xas formada müstəqil təsviri, həmçinin sadə memarlıq kompozisiyasını mürəkkəbləşdirən xüsusiyyətlərin olması Qəbizdərə kilsəsini VIII–IX əsrlərə aid etməyə imkan verir.[4] V.Kərimov V-VI əsrlərə[5], M.Xəlilov isə VII-VIII əsrlərə[6] aid edir.

Memarlıq xüsusiyyətləri

Kilsə kiçik həcmli fəza quruluşuna malikdir. Plana nəzər yetirdikdə məbəd daxildən xaçvari, xaricdən isə düzbucaqlıdır və örtük hissəsi mərkəzi gümbəzlidir. Kilsənin divarlarının tikintisində inşaat materialı kimi çay daşından, örtük hissəsində isə kərpicdən istifadə edilmişdir. G.Məmmədovaya görə məbədin qapı və pəncərələri yonulmuş daşla üzləndiyi halda, A.Qaraəhmədova görə qapı, pəncərə və rəflərin əhəngdən inşa olunduğu qeyd edilir. [1][4][7]

Məbədin otağının uzunluğu 7.7 m, eni isə 6 m-dir və divarları yastı çay daşından tikilmişdir. Məbədin örtüyü 21x21x5 sm ölçülərə malik kərpiclərlə, kilsənin divarlarının alt hissəsi 40x21(23)x5 sm və 36x23x5 sm ölçülərə malik düzbucaqlı kərpiclərlə inşa olunmuşdur. Məbədin sol qanadının şərq divarında çox da böyük olmayan rəf yerləşir. Kilsədə apsida örtüyünün yatması yan dəliklərin olmasını sübut edir.[1]

Məbədin günbəzi zamanla dağıntıya məruz qalaraq onun içinə düşmüşdür. Birzallı bu məbədin girişi cənub tərəfdəndir və onun işıqlandırılması isə məbədin qərb divarında yerləşmiş pəncərələr vasitəsilə olur. Altar apsidası şərq istiqamətindədir və daxildən yarım dairəvi, xaricdən isə beşbucaqlıdır deyə qeyd edən G.Məmmədovadan fərqli olaraq, A.Qaraəhmədova altar apsidasının doqquz qat çıxıntılı olduğunu qeyd edir.[1][4][7]

Mehrab daxilə doğru getdikcə genişlənən üç kiçik pəncərə vasitəsilə işıqlandırılır. Bu cür işıqlandırma üsuluna Zeyzit məbədində də rast gəlirik. Kilsənin şərq qolu altar apsidasının hesabına başqalarından çox uzundur. Məbədin orta əsr məbədləri üçün xarakterik olan bir-birinin üzərindən düzülmüş beş sıra kərpic hörgüdən ibarət karnizi maraq doğurur. Qəbizdərədəki bu kiçik kilsə “sadə xaç” tipli məbədlərin ən orijinal nümunələrindən biridir.[7]

Kilsə binası 7.7 x 6 metr ölçüyə malikdir.[3] Məbədin divar hörgüsündə mozaik ardıcıllıqla sıralanmış hündür və alçaq çaydaşılardan istifadə edilmişdir[3] Pəncərə və qapı yerləri, həmçinin nişlər yaxşı yonulmuş daşlarla üzlənmişdir.[3] Dam örtüyündə 21 x 21 x 5 sm ölçülü kirəmitlərdən istifadə edilmişdir.[3]

Kilsə həm daxildən, həm də xaricdən xaçvari formaya malikdir. Xaçın tərəflərinin kəsişmə yerində, kilsənin mərkəzində günbəz ucalır. Şərq tərəfdən kilsə binasına xaricdən beşguşəli, daxildən isə yarımdairəvi formaya malik altar apsidası birləşir.[3] Apsida, daxilə getdikcə genişlənən üç pəncərəyə malikdir. Altarın bu cür həll edilməsi, Zəyzid kilsəsinin memarlığını xatırladır.[3]

Məbədin planlaşdırma həlləri bir sıra özəlliklərə malikdir. İlk növbədə bu, kompakt həcmdə vahid fəza formalaşdıran qısa xaç qollarıdır.[8] Xaçın şərq qolu, qərb qolu ilə eyni dərinliyə və altar apsidasına malikdir. Həmçinin bir-biri üzərində asılmış beş sıra kərpicdən formalaşdırılmış karniz də maraq cəlb edir.[8] Bu cür memarlıq həlli daha çox erkən orta əsrlər dövrü üçün xarakterikdir.[8] G. Məmmədova qeyd edir ki, altar apsidası xaçvari həcmin şərq qoluna xaricdən birləşən Qəbizdərə kilsəsi, "azad xaç" plan formasının orijinal nümunəsidir.[9]

Həmçinin bax

İstinadlar

  1. Карахмедова А.А. Христианские памятники Кавказской Албании ( Алазанская долина ) (rus). Баку: Баку: Элм. 1986. 22.
  2. Карахмедова, 1985. səh. 26
  3. Мамедова, 2004. səh. 95
  4. Мамедова Г.Г. Зодчество Кавказской Албании (rus). Баку: Чашыоглу. 2004. 95–97.
  5. Керимов В. Храм Зейзит Кавказской Албании . История, архитектура, археология (rus). Баку: Элм. 2008. 18, 30–32.
  6. Xəlilov M.C. Albaniyanın Xristian Abidələri (IV-X əsrlər) (az.). Bakı: AFPoliqrAF. 2011. 139.
  7. G.Məmmədova; Z.Məmmədova. Orta əsr memarlığı (VIII-XIV əsrlər) (az.) (II cild). Bakı: Şərq-Qərb. 2013. 161–162, 261–263.
  8. Мамедова, 2004. səh. 96
  9. Мамедова, 2004. səh. 97

Ədəbiyyat

  • Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
  • Карахмедова, А. А. Христианские памятники Кавказской Албании. Баку: Элм. 1985.
  • Xəlilov M.C., Albaniyanın Xristian Abidələri (IV-X əsrlər).Bakı-2011, s.341
  • G.Məmmədova; Z.Məmmədova., Orta əsr memarlığı (VIII-XIV əsrlər) II cild.Bakı-2013. Şərq-Qərb, s.313
  • Керимов В., 2008. Храм Зейзит Кавказской Албании . История, архитектура, археология.  Баку: Элм.
  • Мамедова Г.Г., 2004. Зодчество Кавказской Албании.   Баку: Чашыоглу, с.224
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.