Qəbələ Müskürlü
Qəbələ Müskürlü — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Göyçay rayonunun Qəbələ Müskürlü kəndi Yeniarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Müskürlü kəndi olmaqla, Müskürlü kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]
Qəbələ Müskürlü | |
---|---|
40°32′49″ şm. e. 47°39′04″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Toponimikası
Yaşayış məntəqəsi müskürlü tayfasının müəyyən hissəsinin Qəbələ qalası (Qəbələ rayonunun) xarabalıqları ətrafında yaşaması nəticəsində yaranmışdır. Oykonim "Qəbələ yaxınlığında Müskürlü kəndi" mənasındadır. Rayonun ərazisində Müskürlü adlı başqa bir yaşayış məntəqəsi də mövcuddur.[2]
Coğrafiyası və iqlimi
Kənd Şirvan düzündə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 506 nəfər əhali yaşayır.[3]
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı". 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- Qəbələ Müskürlü // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629