Qəşəng qayışləçək
Qəşəng qayışləçək (lat. Himantoglossum formosum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin qayışləçək cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –EN A2acd + 3bc; C1. Bitki aləmində nadir, relikt Qafqaz üçün endemik növdür. Cinsi formalaşmasında mərkəzi rol oynayan növdür.
Qəşəng qayışləçək | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Orchidoideae Triba: Orchideae Yarımtriba: Orchidinae Cins: Növ: Qəşəng qayışləçək |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Qısa morfoloji təsviri
Çoxillik ot bitkisidir. Gövdəsi 30-70 sm hündürlükdədir. Aşağı hissədən uzunsov-neştərşəkilli, küt-itiləşmiş yarpaqlıdır. Çiçəkqrupu salxıma bənzərdir, seyrək, çoxçiçəklidir, 30 sm uzunluqğunadır. Çiçəkləri fır-fır, yana əyilmiş, 12-25 ədəddir. Dodaqcıq uzunluğundadır, tərs-pazşəkillidir, fır-fır rənglidir. Yan dodaqcığın pərləri qısadır, uzunsov, küt, ortada yerləşən dilcikşəkilli, yuxarı tərəfdən enliləşmiş, 10- uzunluğundadır. Mahmızı əyilmiş, silindrik, 2 dəfə yumurtalıqdan qısadır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
Çiçəkləmə may-iyun aylarına təsadüf edir. Aşağı dağ qurşağından başlayaraq yuxarı dağ qurşağına kimi, meşə və meşə kənarlarında, kolluqlar arasında, bozqır yaylalarda rast gəlinir.
Yayılması
Böyük Qafqazın Quba hissəsi (Qusar rayonu), Lənkəranın dağlıq ərazilərində rast gəlinir
Ehtiyatının dəyişilmə səbəbləri
Kök yumrularının səhləb almaq üçün istifadə edilir.
Sayı və tendensiyası
Populyasiyası çox nadirdir. İtmə təhlükəsi altındadır.
Becərilməsi
Azərbaycanın Botanika İnstitutunun Botanika bağında (Bakı) becərilir.
Məhdudlaşdırıcı amillər
Yaşayış ərazisinin deqradasiyası, otarılma, tapdalanma müşahidə olunur.
Mühafizə tədbirləri
Bəzək bitkisi kimi becərilməli və təbii populyasiyası mühafizə olunmalıdır.
Yayılması
BQ Quba sahəsi, Xəzər sahili ovalığının rayonlarında aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Meşə və meşə kənarlarında, kolluqlar arasında, bozqır yaylalarda rast gəlinir.
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir növdür.