Qızmeydan
Qızmeydan (əvvəlki adı: Astraxanka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Astraxanka kənd inzibati-ərazi vahidi tərkibindəki Astraxanka kəndi Qızmeydan kəndi, Astraxanka kənd inzibati-ərazi vahidi Qızmeydan kənd inzibati-ərazi vahidi adlandırılmışdır.[1]
Qızmeydan | |
---|---|
40°46′11″ şm. e. 48°44′52″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.283 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 5611 |
|
Tarixi
Kəndin keçmiş adı Qızmeydanı olmuşdur. Car hökumətinin Rusiyanın mərkəzi quberniyalarından müxtəlif dini təriqət nümayəndələrini (molokan, baptist, duxobor və b.) milli ucqarlara, o cümlədən Azərbaycana köçürmə siyasəti ilə əlaqədar 1849-cu ildə Həştərxan vilayətindən köçüb gələnlər burada məskən salmışlar. Oykonim Həştərxan adının rusca səslənməsindən və rusların əlavə etdiyi -ka şəkilçisindən ibarət olub, "Həştərxandan gələnlər" mənasındadır.[2]
Coğrafiyası və iqlimi
Kənd Qozluçayın sağ sahilindən bir qədər aralı, Qızmeydanı platosunda yerləşir.
Əhalisi
Kənd əhalisi 1058 nəfərdir ki, onunda 531 nəfəri kişi, 527 nəfəri isə qadınlar təşkil edir.
İstinadlar
- "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-25.
- Qızmeydan // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.