Qızlıq pərdəsi

Qızlıq pərdəsi y (lat. hymen) — uşaqlıq yolu dəliyini örtən, genez cəhətcə Müller qabarcığının qalığı sayılan və adətən aypara şəklində olan (lat. hymen semilunaris) bir pərdə. Onun nazik sərbəst kənarı uşaqlıq yolu dəliyini əhatə edir, digər kənarı uşaqlıq yolunun dal divarına bitişir. Uşaqlıq yolu dəliyi (lat. stium vaginae) 1,5 smdiametrli dəliyə bənzəyir. Normal vəziyyətdə qızlıq pərdəsi büküşlər əmələ gətirərək uşaqlıq yolu dəliyini örtür. Bəzən uşaqlıq yolu dəliyi qızlıq pərdəsinin ortasında olur və bir həlqəyə bənzəyir. Bu növ qızlıq pərdəsi lat. hymen aularis adlanır. Çox vaxt uşaqlıq yolu dəliyini dəliyi ortada olmayıb, ekssentrik bir vəziyyət alır, xüsusən pərdənin yuxarı kənarına yaxın olur. Bu halda qızlıq pərdəsi lat. hymen circularis adlanır. İlk cinsi əlaqədən — koitusdan sonra qızlıq pərdəsi cırılaraq 2-3 parça ətciyə (lat. caruncule hymanales) bölünür. Bu hal deflorasiya (lat. de — dəf edilmə, yox edilmə + lat. flos, floris — gül, qızlıq, bəkarət) adlanı Təkrari koitusdan sonra və ya qadın doğduqdan sonra uşaqlıq yolu genəlir, büküşlər açılır və qızlıq pərdəsi ətcikləri hamarlaşır. Qızlıq pərdəsinin quruluşu, elastikiyəti, yeri və qalınlığı hər qadında fərqlidir. Qızlıq pərdəsi quruluşuna və şəklinə görə ilk əlaqə sonrası olan qanamanın miqdarı və qanın olub - olmaması da dəyişkənlik göstərir. Adamın öz qızlıq pərdəsini qiymətləndirməsi texniki olaraq mümkün deyil.

Qızlıq pərdəsi
Latınca hymen
Qrey subyekt 270 1264
Aparat Sidik-cinsiyyət
Üzv Qadın cinsiyyət - lat. Organa genitalia feminina
Vena lat. plexus venosus vaginalis
Sinir Qalça-qasıq siniri
Embrional Sidik-cinsiyyət cibi
MeSH Hymen
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qızlıq pərdəsinin tibbi bir vəzifəsi

Qızlıq pərdəsinin bilinən fizioloji bir vəzifəsi yoxdur. Vaginayı infeksiyalardan və xarici cisimlərin girməsindən qorumaq məqsədi daşıdığı güman olunur. Bir baryerin funksiyasını yerinə yetirən qızlıq pərdəsi infeksiyaların meydana gəlməsini qismən maneə törədir.

Qızlıq pərdəsinin növləri arasında necə fərqliliklər var

Bütün qadınlarda qızlıq pərdəsinin quruluşu fərqli və ortasındakı dəlik dəyişik böyüklük və quruluşdadır. Cinsı əlaqə ilə qanama olub olmayacağı bu ortadakı dəliyin genişliyinə və elastik olub olmamasına bağlıdır. Dəyişik tipdə qızlıq pərdələri vardır. Ən sıx görülənləri.

Annüler hymen - Ən sıx görülən qızlıq pərdəsi növüdür. Qadınların %70-95 ində bu şəkildədir. Qızlıq pərdəsi halqa şəklində vagina girişində olub, ortasındakı dəlik də halqa şəklindədir. Normal qızlıq pərdəsi quruluşudur. Bəzən ortasındakı dəlik çox geniş və ya cox elastik olduğunda qanama az və ya heç qanama olmur.

İmperfore hymen - Nadir olaraq doğuşdan qızlıq pərdəsində dəlik olmaya bilər və bu vəziyyət irəlidə ciddi tibbi problemlər doğurur. Adətin başlayanda qan çölə axmayacağı üçün iç genital orqanlarda hər ay adət qanı yığılır. Çox şiddətli ağrı verər. 15 yaşına gəlmiş və adət görməmiş gənc qızların, qızlıq pərdəsi nəzarət edilməlidir. Belə vəziyyətində kiçik bir əməliyyat ilə qızlıq pərdəsini açmaq kafi olur.

Septalı hymen - Nadir görülür, ortasındakı dəlik bir bant ilə ikiyə ayrılır. İlk cinsi əlaqədə çox ağrı, həddindən artıq qanama və ya cinsi əlaqəyə tam girə bilməmə şikayəti ilə ümumiyyətlə həkimə müraciət edərlər.

Kribriform hymen - Çox nadirdir. Ortasında birdən çox kiçik dəlik vardır. Cinsi əlaqə ilə qızlıq pərdəsi ümumiyyətlə cırılmaz və həkim tərəfindən cərrahı müdaxilə müqləq lazım olur.

Ksentrik hymen - Yarımay şəklində alt qisimi qalın və normadan geniş bir pərdədir. Əlaqə ilə ümumiyyətlə cırılmaz və ya çox çətinləmə ilə cırıldığında şiddətli qanamalar olur. Bu halda da çox vaxt cütlər cinsi əlaqəyə girə bilməmə şikayəti ilə həkimə müraciət edilər.

Elastik, yırtılmayan hymen - Cinsi əlaqə ilə cırılmayan "elastik qızlıq pərdəsi" olaraq adlandırılan vəziyyət. Qızlıq pərdəsinin ortasındakı var olan dəlik normadan daha böyükdür, yəni açıqlıq normal qızlıq pərdəsinə görə daha genişdir. Yəni penis girən zaman dəlik böyük olduğundan heç bir maniə olmur və heç bir cırılma olmadığından qanamada baş vermir. Bu hal kişıləri xanımının bakirə olmadığı fikrinə salsada ancaq həkim müayinəsi ilə yoxlatdırıla və bakirəliyini yalnız ginekoloq təsdiqləyə bilər.

Yırtılmış, pozulmuş hymen - Ancaq həkim müayinəsi ilə qiymətləndirilə bilən qızlıq pərdəsinin pozulmuş, cırılmış vəziyyəti öz- özündən birləşib düzəlməsi mümkün deyil

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.