Qız qalası kilsəsi
Qız qalası kilsəsi - Türkiyə Cümhuriyyətində, Qars ilinin Ani şəhər xarabalığında XIII əsrə aid erməni kilsəsi. Ani şəhərinin ən Cənub nöqtəsində yerləşir.
Bu məqalə Qız qalası kilsəsi haqqındadır. Digər mənalar üçün Qız qalası (dəqiqləşdirmə) səhifəsinə baxın. |
Qız qalası kilsəsi | |
---|---|
Սուրբ Գրիգոր վանք | |
40°29′47″ şm. e. 43°34′06″ ş. u. | |
Ölkə | Türkiyə |
Şəhər | Qars |
Yerləşir | Ani |
Aidiyyatı | Erməni Qriqoryan Kilsəsi |
Tikilmə tarixi | XIII əsrin əvvəlləri |
Üslubu | Erməni memarlığı |
|
Aninin Cənubu demək olar ki, Arpaçayla əhatə olunmuş bir burunu xatırladır və sıldırım qayalıqla qorunur. Qız qalası kilsəsi isə həmin qayalığın üstündə yerləşir. Bu qayalq ərazi bir zamanlar həm də qalın qala divarları ilə əhatələnibmiş. Tədqiqatçılar bu ərazinin Aninin ən son tərk edilən ərazilərindən biri olduğunu güman edirlər.
Kilsənin quruluşu bayırdan düzbucaqlı formada olsa da daxildən xaç şəklindədir. Kilsənin giriş hissəsinin üstündə qübbənin olduğu güman edilir. Kilsənin daxilində, hər dörd küncdə iki mərtəbəli kiçik şapellər olmuşdur.
Tiilinin bəzi hissələrində inşşat materiallarının təkrar istifadəsi açıqca görünməkdədir. Mütəxəssislər bu materialların daha əvvəl bu ərazidə olmuş başqa bir məbədin xarabalıqlarından götürüldüyünü güman edirlər.
Kilsənin qübbəsi və Cənub Qərb hissəsi 1960 - cı ildə uşmuşdur. Həmçinin 1989 - cu ildə baş verən zəlzələ də tikiliyə böyük ziyan vurmuşdur.
Həmçinin bax
- Erməni memarlığı