Qız qalası (Miyanə)
Qız Qalası — Miyanədə yerləşən memarlıq abidəsi.
Ümumi məlumat
Qala elə tikilib ki, az qala üç tərəfdən təbii qayalarla əhatə olunub. Qalanın içində su anbarları, eləcə su quyuları var. Bu qala Şah Abbas Səfəvinin dövründə dağıdılıb ki, bunun səbəbi həmin dövrdə Azərbaycan türklərinin Səfəvilərin siyasətinə qarşı çıxması hesab olunur. Qeyd etmək lazımdır ki, Şah Abbas Səfəvinin başkəndi Azərbaycandan İsfahana köçürməsi, erməniləri, gürcüləri və farsları sarayda işə alaraq qızılbaş türkləri saraydan uzaqlaşdırması azərbaycanlıları çox acıqlandırmışdı.[1]
Qız körpüsünün qərb sahilində Qaflantı dağından böyük, sıldırım bir qayanın üstündə hündürlüyü 14 metr olan bir qala tikilmişdir ki, buna "Qız qalası" deyilir.
İstinadlar
- "Arxivlənmiş surət". 2023-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-20.
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.