Qız qalası əfsanəsi (film, 1923)
Qız qalası əfsanəsi — rejissor Vladimir Ballyuzekin 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsində ekranlaşdırdığı tammetrajlı səssiz bədii film. Film 2011-ci ildə kinorejissor Hüseyn Mehdiyevin layihəsi əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi; Rusiya Dövlət Kinofilmləri Fondu və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa olunmuşdur.
Qız qalası əfsanəsi | |
---|---|
Janr | dram |
Rejissor | Vladimir Ballyuzek |
Ssenari müəllifi | N.Breslav-Lurye |
Baş rollarda |
Sofiya Jozeffi Vaqram Papazyan Hənəfi Terequlov İsmayıl Hidayətzadə Yevgeni Muromski İbrahim Azəri Rza Darablı Kazım Ziya Ağasadıq Gəraybəyli |
Operator | Vladimir Lemke |
Rəssam | Vladimir Ballyuzek |
İstehsalçı | AFKİ |
İlk baxış tarixi | 27 may 1924 |
Filmin digər adı | Şərq ekzotikası |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 54,5 dəqiqə |
Ölkələr | SSRİ |
Dillər | səssiz (titrlər azərbaycanca və ruscadır) |
İl | 1923 |
Bölüm sayı | 2 |
Texniki məlumatlar |
8 hissə 1527 metr 2 seriya 35 mm |
Rəng | ağ-qara |
IMDb | ID1407280/?ref_=fn_al_tt_1 |
Məzmun
Köhnə Bakı. Səməd xan çox narahatdır. Arvadı hamilədir. Xana xəbər verirlər ki, uşaq anadan olur, ana isə vəfat edir. Qəzəblənmiş xan uşağa belə baxmayıb əmr edir ki, uşağı saraydan uzaqlaşdırsınlar. Körpə qız təbiətin qoynunda bir qarının evində böyüyür, gözəl bir qız olur. Xan ova çıxarkən qızı Gülnarla (Sofiya Jozeffi) rastlaşır, onu tanıyır. Qızını saraya gətirir, Gülnarın sevdiyi oğlanı da (İsmayıl Hidayətzadə) saraya çağırırlar. Gülnar anasının libaslarını geyinərkən xanda şəhvət hissi oyanır. O, Gülnarın simasında vəfat etmiş arvadını görür. Hisslərini cilovlaya bilməyən ata nəhayət, ürəyini qızına açır. Gülnar bu biabırçılığa dözməyib xanın onun üçün tikdirdiyi Qız qalasından özünü dənizə atıb faciəli surətdə həlak olur.
Film haqqında
Film Bakıda Xəzər dənizinin sahilində ucalan XII əsrin tarixi memarlıq abidəsi — Qız qalası ilə bağlı Azərbaycan xalq əfsanələri motivləri əsasında çəkilmişdir. Film mövzu və süjetcə maraqlıdır. Sözsüz və səssiz olmasına baxmayaraq, hadisələrin gedişi aydın və anlaşıqlı idi. Bununla belə filmdə süjetlə möhkəm bağlı olmayan əlavə məhəbbət xətləri, üsyan epizodları verilmişdir. Rejissor Azərbaycan xalqının tarixini, onun mədəniyyətini və məişətini yaxşı bilmədiyindən bu mövzunun real traktovkasına və milli koloritinə mənfi təsir göstərmişdir.
Filmin çəkilişlərinə 1923-cü ilin may ayında başlanılmışdı.[1]
Filmin çəkilişlərində 1500 adam iştirak etmişdir.
Filmdə aktyorlar Ağasadıq Gəraybəyli, Möhsün Sənani və Rüstəm Kazımovun oynadıqları ilk rollarıdır.
Film "Qız qalası" əfsanəsi əsasında çəkilmişdir.
Film 2011-ci ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi; Rusiya Dövlət Kinofilmləri Fondu və Azərbaycan Dövlət Film Fondunun dəstəyi ilə Azərbaycan Kinorejissorlar Gildiyasında bərpa olunmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: N.Breslav-Lurye
- Quruluşçu rejissor: Vladimir Ballyuzek
- Quruluşçu operator: Vladimir Lemke
- Quruluşçu rəssam: Vladimir Ballyuzek
- Qrim rəssamı: Georgi Parisaşvili
- Rejissor köməkçisi: Məmməd Əlili
Rollarda
- Sofiya Jozeffi — xanın arvadı Cəvahir; xanın qızı Gülnar
- Vaqram Papazyan — Səməd xan
- Hənəfi Terequlov — Şirvan xanı
- İsmayıl Hidayətzadə — Zöhrab
- Yevgeni Muromski — Gülnarın sevgilisi Kərim
- İbrahim Azəri — Səməd xanın vəziri
- Rza Darablı — Səməd xanın vəkili
- Kazım Ziya — molla
- O.Zərifyan — münəccim
- Ağasadıq Gəraybəyli — həkim
- B.Anqarskaya — Cəvahirin qulluqçusu
- Ələkbər Hüseynzadə — əyan
- Möhsün Sənani — döyüşçü
- Georgi Parisaşvili
- N.Breslav-Lurye
- Hacıməmməd Qafqazlı — əyan
- Məcid Şamxalov
- Rüstəm Kazımov
- Xeyri Əmirzadə
Filmin bərpa heyəti
- Layihənin rəhbəri: Hüseyn Mehdiyev
- Bəstəkar: Fərəc Qarayev
- Dialoqların mətni: Ramiz Rövşən
- Redaktor-ekspert: Ayaz Salayev
- Montaj: Elşad Rəhimov
- Səs operatoru: Teymur Kərimov
- Musiqi redaktoru: Rauf Əliyev
- Redaktor: Aysel Əliyeva
- Təsvirin redaktoru: İqrar Əşrəfzadə
- Assistent: İsmayıl Qasımov
- Maliyyə: Asiyat Ağayeva
- İcraçı prodüser: Şahirə Tacəddin
Sitatlar
- — Koqda Deviçya Başnya Stoyala u samoqo morya volnı laskali yeya mraçnıye stenı.
- — Vo dvortse xana Sameda usluqi qotovili komnatu novobraçnım.
- — Qurani Kərim: Beregis yedinokrovnoy jenşinı, sladkoy, kak myod i yadovitoy, kak zmeya.
- — Gyulnar kajdoye utro smotrela iz okna. Ona tak boyalas uvidet pervıye kamni
İstinadlar
- Газ. "Бак. рабочий". 7 октябрь 1923 г.
Mənbə
- Газ. "Бакинский рабочий". 16 января 1924 г.
- "Pravda" qəzeti, 2 aprel 1924-cü il.
- Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust.
- Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970.
- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 35-36.
- Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 19-20.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
Xarici keçidlər
- Filmi izlə: orijinal versiya (az.), (rus.) bərpa edilmiş versiya (az.)
- "Qız qalası" bədii filminin montaj vərəqələri. rej. V. Ballyuzek. 1923-cü il (35 mm, səssiz, ağ-qara, 8 hissə) 2000-ci il.