Qızılvəng qəbiristanlığı

Qızılvəng qəbiristanlığıNaxçıvan ərazisində Tunc və İlk dəmir dövrlərinə aid (e.ə. II minillik – I minilliyin 1-ci yarısı) qəbristan.

Naxçıvan şəhərindən 18 km aralı Arazın sahilindədir. Qızılvəng qəbristanının daş-qutu tipli qəbirlərində meyitlər bükülü, bəzən də oturdulmuş halda dəfn edilib. Qəbirlərdən küpə, çölmək, kasa, vaz, çaydan tipli qablar, xəncərlər, ox ucluqları, toppuz, qızıl bəzək əşyaları və s. tapılıb. Tunc dövrünün qırmızı rəngli qabları, qara və yaxud qəhvəyi rənglə çəkilmiş həndəsi naxışlarla, bəzən də insan və heyvan rəsmləri ilə bəzədilib. İlk dəmir dövrünə aid qablar nisbətən qalın xəttlə naxışlanıb. Bu qəbristanlıqdan aşkar edilən qablar Qızılvəng mədəniyyəti dövrünə aiddir. Qızılvəng boyalı qabları Qərbi Azərbaycanda (indiki Ermənistan respublikası) Təzəkənd, Cənubi Azərbaycanda GöytəpəTəpə hissar, Türkiyədə Boğazköy, Əlişarhöyük abidələrindən də tapılıb.[1]

İstinadlar

  1. Osman Həbibullayev. Kültəpədə arxeoloji qazıntılar. Bakı: 1959.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.