Qızılvəng (bulaq)
Qızılvəng – Azərbaycan Respublikasının Babək rayonunun ərazisində, Naxçıvan şəhərinin yaxınlığında yerləşən mineral su bulağı.
Ümumi məlumat
Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Babək rayonunun ərazisində, Naxçıvan şəhərinin 18 km cənub-şərqində, Şordərə çayının dərəsində yerləşir. Suyu soyuq və acı-şordur. Hidronim adını ərazidəki eyniadlı "Qızılvəng məbədi"ndən almışdır. Oykonim qızıl (qırmızı) və vəng ("kilsə", "məbəd" deməkdir) komponentlərindən ibarətdir.
Həmçinin bax
Mənbə
- Azərbaycan toponimlərinin ensklopedik lüğəti, II cilddə. Bakı-2007. II cild, səh.60.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.