Qızıltorpaq

Qızıltorpaq (əvvəlki adı: Dikdaş) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Dikdaş kəndi Qızıltorpaq kəndi adlandırılmışdır.[1]

Qızıltorpaq
40°37′14″ şm. e. 45°39′45″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Qızıltorpaq xəritədə
Qızıltorpaq
Qızıltorpaq

Toponimikası

Kəndin əhalisinin Qazax rayonunun Dağ Kəsəmən kəndindən və Ağstafa rayonundan gəlib burada məskunlaşması haqqında məlumat var. Kənd öz adını ərazidəki eyniadlı dağdan almış və Dikdaş adlandırılmışdır.[2] 25 oktyabr 2011-ci ildən kəndin Qızıltorpaq kimi təsdiq olunmuşdur.

Coğrafiyası və iqlimi

Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

İstinadlar

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.