Qızılkilsə (Loru)
Qızılkilsə, Dağ Qarakilsə, Qızıldaş — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.[2]
Kənd | |
Qızılkilsə | |
---|---|
41°12′51″ şm. e. 44°22′12″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Loru mahalı |
Rayon | Vorontsovka rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.700 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
|
Tarixi
1930 - cu ildə Stepanavan (Cəlaloğlu) rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 14 km şimal-şərqdə, Dəmirçilər kəndinin yaxınlığında yerləşir.
«İrəvan əyalətinin icmal dəftəri»ndə[3], Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.
Kəndin bir adı da Dağ Qarakilsə olmuşdur[5].
Toponim qırmızı mənasında işlənən qızıl sözü ilə kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir.
Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıldaş, Ermənistan prezidentinin 19.IV.1991-ci fərmanı ilə yenidən dəyişdirilib Aruni qoyulmuşdur.
Əhalisi
Kənddə 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 202 nəfər,1908-ci ildə 215 nəfər, 1916-cı ildə 490 nəfər azərbaycanlı yaşamışdır[6].
1918-ci ildə kəndin sakinləri soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti quruladan sonra sağ qalan kənd sakinləri öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 373 nəfər, 1926-cı ildə 408 nəfər, 1931-ci ildə 437 nəfər[7], 1987-ci ildə 1500 nəfər[8] azərbaycanlı yaşamışdır.
1988-ci ildə azərbaycanlılar tamamilə Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur.İndi burada ermənilər yaşayır.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z.Bünyatov və H.Məmmədov (Qaramanlı), Bakı, «Elm», 1996. s.132
- Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.132
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.78
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.78-79, 148-149
- erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.79,149
- Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.322