Qızılgül (Dərələyəz)

Qızılgül kəndi (Aysəsi, indi Areta) — Dərələyəz mahalında kənd.

Tarixi Azərbaycan əraziləri
Qızılgül kəndi
Ümumi məlumatlar
Bölgə Dərələyəz mahalı
İndiki adı Areta
Adının dəyişdirilmə tarixi 1991
Əhalisi 288 (1931)
Saat qurşağı
Xəritədə yeri
Qızılgül xəritədə
Qızılgül
Qızılgül
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Ayısəsi İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 20 km şimal-şərqdə yerləşir. Erməni mənbələrində kəndin adı Aysəs, Aysayi, Aysası formalarında qeydə alınmışdır[1]. Kəndin adı IX əsrdən xatırlanır[2].

Kənddə 1873-cü ildə 219 nəfər, 1886-cı ildə 313 nəfər, 1897-ci ildə 311 nəfər, 1904-cü ildə 412 nəfər, 1914-cü ildə 453 nəfər, 1916-cı ildə 336 nəfər yalnız azərbaycanlı yaşamışdır[3]. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuş və yalnız indiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndin sakinlərindən sağ qalanlar ata-baba yurdlarına dönə bilmişdir. Burada 1922-ci ildə 254 nəfər, 1926-cı ildə 181 nəfər, 1931-ci ildə 288 nəfər yalnız azərbaycanlı yaşamışdır[4]. 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

Kənddə VII, X-XI əsrlərə aid alban kilsəsi, türklərin həyatı ilə bağlı digər tarixi abidələr (xaç daşları) indi də durur[5]. Toponim vəhşi heyvan mənasında işlənən ayı sözü ilə türk dilində «bataqlıq», «iymiş», «qoxumuş», «nəm», «rütubətli» mənasında işlənən sas//sası sözü əsasında[6] əmələ gəlmişdir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Qızılgül, Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə yenidən dəyişdirilərək Areta qoyulmuşdur.

Coğrafiyası və iqlimi

Ayısəsi qalası - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda Aysəsi kəndində qala. VII əsrdə tikilmişdir. Adı yazılı mənbələrdə IX əsrdən çəkilir[7]. Adı dəyişdirilib Arates qoyulmuşdur.

Ayısəsi çayı - İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda çay. Uzunluğu 12 km-dir. Arpa çayına tökülür.

Əhalisi

Qızılgül kəndində 1918-ci ildə 412 nəfərlik bu kənd Japonun və Doluxanovun komandası altında yerlə-yeksan olmuşdur. Əhali məhv edilmişdir.

Görkəmli şəxsiyyətləri

  • Zakir Şəhriyaz - şair, Azərbaycan Aşıqlar Birliyinin üzvü, "Qızıl Qələm" və "Ustad sənətkar" mükafatları laureatı.
  • Vüqar Namazov - 4 qat dünya 7 qat Avropa cempionu və Dünya rekortçusudu.

İstinadlar

  1. Hakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, I c., AD, İrəvan, «İrəvan Universiteti», 1986, s.237
  2. Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, İrəvan, «Haypetrat», 1955, s.66
  3. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.90-91, 160-161
  4. Qorqodyan Z. 1831-1931-ci illərdə Sovet Ermənistanının əhalisi, İrəvan, «Melkonyan fond», 1932, s.91, 161
  5. Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, İrəvan, «Haypetrat», 1955, s.66-69
  6. Радлов В.В. Опыт словарья тюркских наречий, т.l, ч. 1-2, СПб, 1893, 1914 стр.; т ll, ч.1-2, СПб, 1899, 1814 стр. т lll, ч.1-2, СПб, 1905, 2204 стр.; т.lV, ч. 1-2, СПб, 1911, — I (1), s.395
  7. Yeğiazaryan O. Əzizbəyov rayonunun mədəniyyət abidələri, İrəvan, «Haypetrat», 1955, s.66. (erm.)

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.