Qızıldaş (Qaradağ)

Qızıl DaşAzərbaycanın Qaradağ rayonunda qəsəbə.

Qızıldaş
40°18′36″ şm. e. 49°35′53″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qaradağ rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 60 m
Saat qurşağı
Əhalisi
Əhalisi 12.000 nəfər
Qızıldaş xəritədə
Qızıldaş
Qızıldaş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mədəniyyəti

Qəsəbə ərazisində 180 saylı orta məktəb və 8 saylı peşə məktəbi, 1 məscid, 2 aptek, 1 poliklinika, mədəniyyət evi, poçt məntəqəsi, futbol stadionu, 2 park, 2 şəhid abidəsi vardır.[mənbə göstərin]

Coğrafiyası və iqlimi

Qəsəbə dağlarla əhatə olunub. Şimalda və şərqdə Xəzər dənizi, cənubda daş karxanaları ilə əhatə olunub. Qəsəbə ərazisinin bir hissəsi Abşeron rayonu ərazisində yerləşir.

Əhalisi

Əhalisi 12.000 nəfərdir. qəsbədə 26 çoxmərtəbəli , 64 ikimərtəbəli, 907 həyət evi vardır.[mənbə göstərin]

İqtisadiyyatı

Qəsəbə ətarfında daş karxanaları yerləşir, fermer toyuq təsərrüfatları vardır. Sement zavodu inşa edilir. Zavod Qaradağ rayonu ərazisində, Səngəçal Neft Terminalından 2,6 kilometr şimalda tikilir. Norm MMC-nin sifarişi ilə tikilən zavodda istehsal gücü gündə 5,000 ton klinker, ildə 2 milyon ton sement təşkil edir. Zavodun tikintisi təxminən 400 milyon ABŞ dollarına başa gələcək. Zavodda bilavasitə 400 nəfər, xammal mədənlərində isə 100-150 nəfər işləyəcəkdir. Bundan əlavə istehsaldan satışadək, o cümlədən kimya, nəqliyyat, yanacaq, qida və digər xidmət sahələrində daha 2500 nəfər ümumi dəyərdən bəhrələnəcək. 2013-cü ilin may ayında yeni sementin istehsalına başlanacaqdır.[1]

Din

Qəsəbədə Qızıldaş qəsəbə məscidi dini icması fəaliyyət göstərir[2].

Şəxslər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.