Qızıldəmir

Qızıldəmir, Qızıl Teymurİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Əştərək rayonunda kənd.[2][3] Mənbədə Qızıl Tamur kimidir. 1590-cı ildən mə'lumdur[4][5]. 1728-ci ilə aid mənbədə Qızıl Təmir kimidir[6][7].

Kənd
Qızıldəmir
40°16′33″ şm. e. 44°17′50″ ş. u.
Ölkə  Ermənistan
Region Karbi mahalı
Rayon Əştərək rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.030 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 4.168 nəf. (2011)[1]
Rəsmi dili
Qızıldəmir xəritədə
Qızıldəmir
Qızıldəmir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Rayon mərkəzindən 3 km cənub-şərqdə yerləşir. Erməni mənbələrində Qızıltamur kimi qeyd edilir[8]. azərbaycandilli mənbələrdə səhv olaraq Qızıl Teymur kimi göstərilir[9]. 1590-cı ildə tərtib edilmiş "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə[10] və 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə[11] Qızıldəmir kəndi formasında qeyd edilmişdir.

Toponimi

Toponim qırmızı mənasında işlənən qızıl (torpağın süxurunun rəngini ifadə edir) sözü ilə qədim türk dilində "arx" mənasında işlənən təmir[12] sözünün[13] birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. I.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib (erməni dilinə kalka edilib) Voskevaz (Qızıldəmir) qoyulmuşdur. XIX əsrin sonlarına aid ədəbiyyatda Qızıl Teymur kimi göstərilmişdir. "Dəmir (Teymur) adlı şəxsə mənsub qırmızı rəngli yer" mə'nasındadır.[14]

Əhalisi

Burada 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır[15]. 1828–30-cu illərdə kəndə İrandan ermənilər köçürülüb yerləşdirilmişdir[16]. Sonralar azərbaycanlılar sıxışdırılıb çıxarılmışdır. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 120 nəfər azərbaycanlı yaşamışdır[17]. 1870-ci illərin əvvəllərində azərbaycanlılar deportasiya olunmuşdur. 1897-ci ildə burada 3 nəfər azərbaycanlı qalmışdır[18]. Onlar XX əsrin əvvəllərində deportasiya olunmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" Arxivləşdirilib 2015-07-21 at the Wayback Machine, Bakı, "Elm", 2002.
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913. .
  4. Гейбуллаев Г.А. О происхождении некоторых этнонимов Азербайджана (Деллер, Тулу, Тиркеш, Шадылы, Туба, Тулус, Чалган, Кузанлы). ДАН Азерб. ССР, 1978, № 1. .
  5. Kirzioqlu M.F. Milli dastanlarimizden. Dede Korkut oguznamelerinin tarih belacsi baki -minden decerleri. Turk tarihi kurumu basimeli. Ankara. 1987. .
  6. Basbakanlik Arsivi. Qapu tahrir defterleri. № 808. 1728-ye tarihi. Revan ey-aleti Defteri. .
  7. Алиев Играр. Погребова М.И. Об этнических процессах в областях Восточного Закавказья и Западного Ирана в конце II- в начале I тыс. до н. э. Сб. “Этнические проблемы истории Центральной Азии в древности”. М. 1981. .
  8. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22, 106
  9. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, "Gənclik", 1995. s.104
  10. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.162
  11. İrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.88
  12. dəmir — İbrahim Bayramova görə
  13. Древнетюркский словарь, Л., "Наука", 1969. s.330
  14. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гызылдәмир // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
  15. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.583–584
  16. Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи, СПб, Типография императорский Академии Наук, 1852. s.583–586
  17. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.106
  18. Qorqodyan Z. 1831–1931-ci illərdə Sovet Ermənistanının əhalisi, (erməni dilində). İrəvan, "Melkonyan fond", 1932. s.22–23
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.