Qızılbulaq mis-qızıl kolçedan yatağı
Qızıl bulaq mis-qızıl kolçedan yatağı - Ağdərə rayonu ərazisində yerləşən mineral yataq. Yatağın geoloji quruluşunda Orta Yuranın vulkanogen süxur kompleksləri iştirak edir. Bu süxur komplekslərinin qalınlığı 300 m-dir və Bat yaşlı tuf konqlomeratlar və tuf qum daşları ilə örtülür. Batın üzərində Kollovey-Oksvord tufları və tuf qum daşları yatır. Yatağın əsas qırışıqlıq strukturu trambon antiklinalıdır. Bu antiklinal morfoloji cəhətdən vulkano–tektonik strukturları xatırladır. Strukturun gümbəz hissəsi bat yaşlı riodasitlərlə yarılmışdır. Yataq sahəsində əsas parçalanma strukturu “qızıl bulaq” dərinlik qırılmasıdır. Bu qırılma meridianal istiqamətdə uzanaraq 550-600 bucaq altında şərqə düşür. Yer səthində filiz kütlələri güclü oksidləşməyə məruz qalmışlar və oksidləşmə zonasının qalınlığı 15 m-ə qədərdir. Yataq daxilində əsas filiz kütləsi şimal-qərb istiqamətində uzanaraq sərt bucaq altında cənub-şərqə düşən iki qırılma arasında yerləşmişdir. Bu filiz kütlələrinin morfologiyası ştokverkləri xatırladır. Ştokverklər pirit, xalkopirit damarcıqlarından təşkil olunub.Əsas filiz mineralı pirit və xalkopirit, ikinci dərəcəli minerallar isə barit, sfalerit və az miqdarda isə qalenitdən təşkil olunub[1].
İstinadlar
- Elnur İbiş oğlu Səfərov "Kiçik Qafqazın faydalı-qazınti yataqları" Bakı-2012