Qızılboğaz dağları (tirə)
Qızılboğaz dağları – Babək rayonu ərazisində alçaqdağlıq tirə. Naxçıvan çökəkliyinin şimal-şərq kənarı boyu uzanan Qaracalar-Qızılboğaz tirəsinin 3,5 km uzunluqlu ucqar şimal-qərb parçasıdır. Ən yüksək zirvəsi Qızılboğaz dağıdır (hünd. 1179,7 m.). Üst Oliqosen-Alt Miosenin vulkanogen-çökmə süxurlarından və onları yarıb çıxmış ekstruziv kütlələrdən təşkil olunmuşdur. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyini şimal-şərqdən hüdudlandıran Naxçıvan dərinlik qırılma zonasında yerləşir.[1]
Qızılboğaz dağları | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 1179,7 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
Həmçinin bax:
İstinadlar
- Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.