Qızılbaş
Qızılbaş (fars. قزلباش Qezelbāš) — XV əsrin sonlarından başlayaraq Cənubi Azərbaycan,[1][2] Anadolu, Ermənistan yaylası, Qafqazda çiçəklənən və Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkman (azərbaycanlı) şiə təmayüllü müxtəlif hərbi massivli qruplar.[3][4]
Qızılbaşlığın mənası haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə Məhəmməd peyğəmbər Uhud döyüşündə yaralanır, başından axan qanlar onun başını qızıl bir baş halına gətirir və bundan sonra Əli başında qırmızı tac ilə müharibələrdə iştirak etmişdir və qızılbaşlar bu adı burdan almışlar. Digər bir rəvayətə görə Şah İsmayıl İkinci Bəyazid dövründə öz əsgərlərini Anadoludan Suriyaya keçirəndə bu əsgərlərin də başında qırmızı təkkələr varmış və bundan sonra şiələrə qızılbaş deməyə başlamışlar.[5]
Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təriqətinə yeni bir şəkil verdi ki, bu da öz ifadəsini yeni bir baş örtüyündə tapmışdır. Bu qırmızı başlıq 12 imama işarət edən və 12 dilimli bir Heydəri baş örtüyü idi[6]
Tarixi
Qızılbaşlar Səfəvilər dövlətində hakim mövqe tuturdular. Səfəvilər dövlətinin həm də "Qızılbaşlar dövləti" adlandırılması bununla əlaqədar idi.
Qızılbaşlar əvvəlcə Şamlı, Rumlu, Ustaclı, Təkəli, Əfşar, Qacar, Zülqədər, Varsaq, Qaradağlı (Qaradağ sufiləri), sonralar isə Bayat, Qaramanlı, Baharlı, Alpaut, Ərəşli, Qazaxlı və başqa türkdilli tayfaları birləşdirirdi. Talışlar qızılbaşların tərkibində yeganə irandilli xalq idi.[7]
Qızılbaşlar tayfa ittifaqına daxil olan ellərdən bəziləri:
Əfqanıstan qızılbaşları
Özbək və türkmənlərdən sonra Əfqanıstanda üçüncü ən böyük türk qrupu qızılbaşlardır.[8] 4 yanvar 2004-cü ildə qəbul edilmiş konstitusiyanın I bölmə, IV maddəsinə əsasən qızılbaşlar etnik qrup kimi Əfqanıstan dövləti tərəfindən tanınır.[9] XVIII əsrdə Nadir şah Əfşar tərəfindən Əfqanıstana köçürülüblər.[10][11] On iki imam şiəsi olan qızılbaşların hamısı ikidillidir.[12] Bu ölkədəki qızılbaşlar əfşar, bayat, şahsevən, ənsarlı[q 1], şahağası, şamlı və cavanşir tayfalarından ibarətdir, əsas dil kimi əksəriyyəti dari dilində, əfşar tayfasından olanların bir hissəsi isə Azərbaycan dilinə yaxın dialektdə danışır.[13] Əsas dil olaraq daricə danışanların ikinci dili şimali Azərbaycanda danışılan dialektlərdir.[14] Kompakt halda Kabil, Herat, Lögər və Qəndahar şəhərlərində, həmçinin Əfqanıstanın mərkəzində bəzi kəndlərdə yaşayılar.[q 2]
Əfqanıstanda yaşayan etnik qrupların sayı haqqında məlumat siyahıyaalınma keçirilmədiyi üçün təxminlərə əsaslanır. 1996-cı ilə olan təxminə əsasən qızılbaşlar Əfqanıstan əhalisinin təxminən 1,00%–ni təşkil edirlər.[15] Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 21 mart[q 3] 2015-ci ilə olan məlumatına əsasən ölkənin oturaq əhalisinin sayı 27.101.365 nəfərdir.[16] Oturaq əhalidən əlavə ölkədə təxminən 1.5 milyon nəfər[q 4] köçəri (fars. کوچیهای افغانستان) yaşayır və beləliklə ölkənin faktiki əhalisi qeyd edilən tarixə təxminən 28.6 milyon nəfərdən çoxdur.[q 5]
Beləliklə, 2015-ci ildə Əfqanıstanda qızılbaşların sayının 286 min nəfərdən çox olduğunu təxmin etmək mümkündür.[q 6]
Anadolu
Anadoluda Qırşexir, Ankara, Sivas, Malatya, Diyarbəkir, Ərzurum, Çorum, Kars, Antalya, İzmir, Manisa, Kütaxya, Balıqəsirdə Qızılbaş kəndləri vardır. Ümumiyyətlə isə, Qızılbaşlara Türkiyənin hər bir yerində rast gəlmək mümkündür. Orta Anadolu Qızılbaşları Hacı Bəktaşi Vəli-Çələbi ocağına, Qızılbaşların bir qolu olan Taxtacılar İzmirin Narlıdərə kəndindəki Yanın Yatır ocağına, Aydında olan Qızılbaşlar isə Hacı Əmir ocağına bağlıdırlar. Qızılbaşların böyük bir piri də Ankaranın Həsən dədə kəndindəki eyni adlı bir pirdir. Taxtacılar Qızılbaşların qolu olub Yörük türkmənləridir. Bunlar köçəri həyat tərzi keçirirlər. Meşə təsərrüfatı ilə məşğul olduqlarından taxtacı adlandırılırlar.
Anadolu Qızılbaşları demokrat ruhlu və yüksək əxlaqlı insanlardır. Əski türkcə danışırlar, savadlıdırlar, cahil və qaba deyildirlər. Bir çox mahnılar, şeirlər və əfsanələr bilirlər.
Mənbə
- 1. Dost Muhammad Khan first reign and the First Anglo-Afghan War. — Kabul in the Early Nineteenth Century, page 22 – 25. // State and Tribe in Nineteenth-century Afghanistan: The Reign of Amir Dost Muhammad Khan (1826–1863). Author: Christine Noelle. First published in 1997 by Curzon Press; reprinted in 2004. London: Routledge Curzon, 2004, 439 pages. ISBN 9780700706297
- 1. Dost Muhammad Khan first reign and the First Anglo-Afghan War. — The Qizilbash, page 25 – 26. // State and Tribe in Nineteenth-century Afghanistan: The Reign of Amir Dost Muhammad Khan (1826–1863). Author: Christine Noelle. First published in 1997 by Curzon Press; reprinted in 2004. London: Routledge Curzon, 2004, 439 pages. ISBN 9780700706297
- Sadiq Nağıyev. "Qızılbaşlıq haqqında", Bakı, 1997 Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine
- Joshua Project –Unreached Peoples of the World: Qizilbash of Afghanistan
Qeydlər
- Ənsarlı və ya Ənsaroğlu adlı tayfa əvvəllər Bayat tayfasından ayrılmış qəbilə olmuşdur, sonrdan artaraq tayfaya çevrildi.
- Bayat tayfasına mənsub olan qızılbaşlar Əfqanıstanın şərqində və şimali-şərqində məskunlaşıblar. Ənsarlı qızılbaşlar Kabil vilayətinin Qala Fətulla, Qala Sədulla və Vəzirabad Arxivləşdirilib 2021-08-31 at the Wayback Machine kəndlərində yaşayırlar. Şamlı tayfasının nümayəndələri Kabil və Herat şəhərlərində məskunlaşıblar.
- Hicri-şəmsi təqviminə əsasən 1 fərvərdin 1394-cü il tarixi Qriqori təqvimi ilə 21 mart 2015-ci il tarixinə uyğun gəlir (bax Arxivləşdirilib 2009-01-20 at the Wayback Machine).
- BMT sisteminə daxil olan "Dünya Qida Proqramı" təşkilatının məlumatına görə ("Köçərilərin milli çoxsahəli qiymətləndirilməsi"nə əsasən) 2004-cü il etibarı ilə Əfqanıstanda (əksəriyyəti etnik puştun olan) aktiv köçəri əhalinin sayı 1.5 milyon Arxivləşdirilib 2012-12-18 at the Wayback Machine dur. Həmçinin, Əfqanıstan Mərkəzi Statistika Təşkilatının 2009-cu Arxivləşdirilib 2015-09-09 at the Wayback Machine, 2010-cu Arxivləşdirilib 2015-09-09 at the Wayback Machine, 2011-ci Arxivləşdirilib 2015-09-09 at the Wayback Machine, 2012-ci Arxivləşdirilib 2015-09-09 at the Wayback Machine, 2013-cü Arxivləşdirilib 2017-10-11 at the Wayback Machine və 2014-cü Arxivləşdirilib 2015-09-09 at the Wayback Machine illər üçün hazırladığı "Statistik məcmuə"lərdə köçərilərin sayı dəyişilmədən 1.5 milyon nəfər olaraq göstərilib.
- BMT 2012-ci ilə Əfqanıstan əhalisini 29.825 milyon nəfər təxmin etmişdir. Yenə BMT–yə görə 2010–2015-ci illərdə Əfqanıstanda əhalinin illik orta artımı 2,40 % təşkil edəcəkdir. Buna əsaslanaraq ehtimal etmək olar ki, 2015-ci ildə Əfqanıstan əhalisi 32.024 milyon nəfər təşkil edə bilər. — Bu məlumatlar üçün istinad olaraq baxın: Country profiles. — Afghanistan, page 3. // World Statistics Pocketbook, 2014 edition Arxivləşdirilib 2015-03-29 at the Wayback Machine. Department of Economic and Social Affairs Statistics Division, Series V, No. 38. New York: United Nations, 2014, 241 pages. ISBN 9789211615869.
- Əfqanıstanda yaşayan qızılbaşların sayının 30 mindən 1 milyonadək Arxivləşdirilib 2015-07-01 at Archive.today olduğuna dair müxtəlif təxminlər mövcuddur.
İstinadlar
- Cornell, Vincent J. Voices of Islam (Praeger perspectives). Greenwood Publishing Group. 2007. səh. 225 vol.1. ISBN 978-0275987329. OCLC 230345942.
- Parker, Charles H. Global Interactions in the Early Modern Age, 1400–1800. Cambridge University Press. 2010. səh. 53. ISBN 978-1139491419. 2020-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-16.
- Roger M. Savory: "Kizil-Bash". In Encyclopaedia of Islam, Vol. 5, pp. 243–245.
- Savory, EI2, Vol. 5, p. 243: "Kizilbāsh (T. "Red-head"). […] In general, it is used loosely to denote a wide variety of extremist Shi'i sects [see Ghulāt], which flourished in [V:243b] Anatolia and Kurdistān from the late 7th/13th century onwards, including such groups as the Alevis (see A. S. Tritton, Islam: belief and practices, London 1951, 83)."
- Qızılbaşlıq haqqında. Əbiləv, Zeynalov nəşriyyatı. Bakı: 1997, s.3
- C. Brockelman. İslam milletleri ve devletleri tarihi. 1.(1–3. Kisimlar). Çeviren; Prof. Dr. Neşet Caqatay. 2. Baskı. Ankara, 1964, s. 296.
- Azərbaycan Sovet Ensiklopediyası. III cild. Bakı. 1979, səh. 159.
- Chapter 1. From Tribal Confederacy to National Coalescence, pp. 20. // Modern Afghanistan: A History of Struggle and Survival Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine. Revised edition. First published in 2004 by I. B. Tauris & Co Ltd. — (Author) Amin Saikal with assistance Ravan Farhadi and Kirill Nourzhanov. London: B.+Tauris I. B. Tauris, 2012, 416 pages. ISBN 9781780761220
- The Constitution of Afghanistan – Year 1382, Arxivləşdirilib 2013-10-28 at the Wayback Machine Chapter One, Article Four Arxivləşdirilib 2013-10-28 at the Wayback Machine or read in pashto and dari Arxivləşdirilib 2010-12-03 at the Wayback MachineOrijinal mətn (ing.)National sovereignty in Afghanistan belongs to the nation that exercises it directly or through its representatives. The nation of Afghanistan consists of all individuals who are the citizen of Afghanistan. The nation of Afghanistan is comprised of the following ethnic groups: Pashtun, Tajik, Hazara, Uzbak, Turkman, Baluch, Pashai, Nuristani, Aymaq, Arab, Qirghiz, Qizilbash, Gujur, Brahwui and others. The word Afghan applies to every citizen of Afghanistan. No member of the nation can be deprived of his citizenship of Afghanistan. Affairs related to the citizenship and asylum are regulated by law.
- 5. The Rise of Afghanistan, page 124 // Afghanistan: A Military History from Alexander the Great to the War Against the Taliban Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine. Author: Stephen Tanner. First published in 2002 by Da Capo Press; (revised edition) reprinted in 2009. Philadelphia: Da Capo Press, 2009, 375 pages. ISBN 9780306818264 Orijinal mətn (ing.)The Qizilbash, or "Red Heads," were Turkic warriors-turned-Persian who had arrived in Afghanistan in numbers after Nadir Shah's and other Persian debacles.
- The Dictionary. — N. — Nadir Shah Afshar, page 305 – 306. // Historical Dictionary of Afghanistan Arxivləşdirilib 2022-03-30 at the Wayback Machine. Fourth edition. Author: Ludwig W. Adamec. Lanham: Scarecrow Press, 2012, XCV+569 pages. ISBN 9780810878150 Orijinal mətn (ing.)Some of Nadir's Qizilbash soldiers settled in Afghanistan where their descendants had successfu careers in the army (until the end of Dost Muhammad's rule), government, the trades, and crafts.
- "Qizilbash in Afghanistan — Joshua Project". 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015.
- "Afshari in Afghanistan — Joshua Project". 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015.
- "Language: Azerbaijani, North — Joshua Project". 2015-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015.
- Social Structure. — Ethnic Groups, page 104. // Afghanistan: A Country Study Arxivləşdirilib 2016-01-30 at the Wayback Machine. Editors: Richard F. Nyrop, Donald M. Seekins. Baton Rouge: Claitor's Law Books and Publishing Division, 2001, 226 pages. ISBN 9781579807443Orijinal mətn (ing.)In 1996, approximately 40 percent of Afghans were Pashtun, 11.4 of whom are of the Durrani tribal group and 13.8 percent of the Ghilzai group. Tajiks make up the second largest ethnic group with 25.3 percent of the population, followed by Hazaras, 18 percent; Uzbeks, 6.3 percent; Turkmen, 2.5 percent; Qizilbash, 1.0; 6.9 percent other. The usual caveat regarding statistics is particularly appropriate here.
- "Estimated Settled Population by Civil Division , Urban, Rural and Sex – 2015 — Central Statistics Organization of Afghanistan". 2015-07-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 aprel 2015.