Qızılavar

QızılavarAzərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd.[2]

Qızılavar
38°57′49″ şm. e. 48°40′42″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Masallı rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 2382 (2009) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ4427[1]
Qızılavar xəritədə
Qızılavar
Qızılavar

Əhalisi

1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Lənkəran qəzasının Qızılavar kəndində 91 evdə 333 nəfəri kişilər, 272 nəfəri isə qadınlar olmaqla 605 nəfər şiə təriqətli müsəlman Talışlar yaşayırlar[3] [4] Qodman çayı sahilində yerləşən kənd həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi.[4] 2012-ci ilə olan məlumata əsasən Qızılavar kəndi Dəlləkoba kəndi ilə birlikdə Qızılavar kənd izibati ərazi dairəsini əmələ gətirir.[5] Bu ərazi dairəsinin sahəsi 837 hektardır.[5] Hazırda kənddə əhalinin sayı 2382 nəfərdir.[6]

Toponimiyası

Oykonim qızıl (“qırmızı” mənasında) və var (talış dilində tələffüzü vo) sözlərindən (-a bitişdirici saitdir) ibarətdir. Ədəbiyyatda var (vo) sözünün talış dilində “yer” mənası ifadə etdiyi bildirilir və bu coğrafi ad “qızıl yer” kimi mənalandırılır. Xalq etimologiyasına görə isə, vo talış dilində “yel, külək”, qızıl sözü isə burada “isti, quru” mənasındadır. Kənddə tez-tez isti küləklər əsdiyi üçün adını “isti yel” kimi mənalandırırlar. [7]

Tarixi

Kəndin dəqiq yaşı bəlli deyil, təqribi kəndin 18 - 19-cu əsrə aid olduğu bildirilir.

Coğrafiyası və infrastrukturu

Qızılavar kəndi Talış dağları ilə Xəzər dənizi arasında Masallı rayonun Ərkivan-Boradigah-Rüdəkənar şose yolunun üstündə yerləşir. Kənddə 4 əsas məhəllə var - Dəlləkoba, Toyba, Peysə və Lesonoba kimi də tanınan Leysan. Rayon mərkəzindən 5–6 km aralıdır. Şose yolu kəndi iki hissəyə bölür: Şərq hissə "məzə sahəsi" adlanır, əsasən çökəklik və düzənlikdir. Qərb hissəsi "bandaro (dağ yolu)" adlanır. Bu ərazi nisbətən hündürdür, əsasən təpəliklərdən ibarətdir. Kəndin cənubundan Qodman çay axır. Kənddə cənub zonasına xas olan rütubətli subtropik iqlim hakimdir. Sarı torpaqlar çoxluq təşkil edir. Torpaqlar çayçılıq, faraş tərəvəzçilik üçün əlverişlidir. Kənd rekrasiya ehtiyatlıdır. Kəndin tarixi abidələri:

  • Qızılavar qəbristanlığı - Qoçabəy təpəsi adlanır, kurqandur.
  • Qızılavar kəndinin Toyba məhəlləsindəki məscid. XIX əsrə aid tarixi abidə, təmir olunub.
  • Qızılavar kəndinin Peysə məhəlləsindəki məscid. Təzə tikilib.
  • Piə Seydi Gəb ocağı - Pirani seyidin dəfn olunduğu yer. Ocağın dəqiq tarixi məlum deyildir. Yerli sakinlərin bildirdiklərinə görə buralardan keçən, yaxud bu ətrafda yaşayan qoca seyid burada vəfat etmiş və dəfn olunmuşdur. Qəbirin üstündə daş qoç başı fiquru vardır. Qoca seyidin kəndin ilk sakinlərindən olduğu da söylənilir. Həmin qəbir istilin içində kiçik bir təpədə yerləşirdi, ətrafı su bassa da təpəyə su çıxmazmış. Bu müqəddəs yerə qonşu rayon və kəndlərdən də adamlar ziyarətə gəlirlər. Hal-hazırda ocağın ətrafı abadlaşdırılıb.
  • Qızılavar qəbristanlığındakı 1795-ci ilə aid daş kitabə - baş daşı. Nəbati elementlərdən istifadə olunaraq yazılan və gözəl ornamentə oxşayan kitabənin mətni belədir: “Hüvəl-baqi. Molla şüca ad-Din ibn Aşur bək. Vəfatuhu fi şəhri rabi”səni, mutabiq sənə 1210-O (Allah) əbədidir. Aşur bəy oğlu Molla Şücaəddin. Vəfatı 1210-cu il rabi səni ayı (1795, oktyabr).
  • Ləm - yay istirahəti üçün ətrafı açıq olan iki mərtəbəli tikili. Kənddə belə tikililər çox olmuşdir. Hazırda Nüsrətin ləmi kimi tanınan bir ləm qalmışdır. Bu ləm 19-cu əsrə aiddir. Məmmədovlar nəslinə aid edilir və hal-hazırda peysə məhəlləsində əsgəroba kimi tanınan ərazidə yerləşir.
  • Mədəli Hüseynin evi - iki mərtəbəli ev, 300 ilə qədər tarixi var. “Mədəli Hüseyni evi”nin birinci mərtəbəsi çiy kərpicdən hörülmüşdür, divarın qalınlığı 60 sm-dən çoxdur. Otaqlarda qab-qacaq qoymaq üçün xeyli rəflər düzəldilmişdir. Evin ikinci mərtəbəsi ağacdan,taxta parçalarından tikilmiş, onların araları samanla qarışdırılmış palçıqla doldurulmuşdur. Divarın üstü palçıqla suvanmışdır, ikinci mərtəbənin tavanı da palçıqla suvanıb ki, evə soyuq daxil olmasın. Evin damı kirəmitlə örtülmüşdür. Damın ətrafında taxta üzərində bəzəklər vurulmuşdur. Uzun illərin zəlzələri, tufanları, küləkləri evə zərrə qədər təsir etməmişdir.
  • 1941-1945 ci illərdə Böyük Vətən Müharibəsində həlak olanlaın xatirəsinə ucaldılmış abidə. *Qızılavarda 1987-ci ildən bəri mövcud Çingiz bulağı kimi tanınan bulaq, hem öz sərinliyi ilə,həm də öz mineralığı ile tanınır. Qonşu kəndlərdən də bu bulağa gələnlər vardır.

Qızılavar kənd ümumi orta məktəbin hazırkı binası, məktəb bu binaya 1956-cı ildə köçürülüb.

  • Həmçinin ərazidə bir tam orta məktəb, iki ümumi orta məktəb, bir tibb mərkəzi, bir həkim məntəqəsi, bir kitabxana, bir mədəniyyət evi, bir ATS və bir kənd poçtu fəaliyyət göstərir.[mənbə göstərin]

Həmçinin bax

Jindi

Kıncıvo

Monidigah

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
  3. Qeyd: mənbədə tatarlar
  4. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 37
  5. Masallı Rayon İcra Hakimiyyəti: Xəbərlər: Qızılavar kənd sakinləri ilə görüş---yayınlanma tarixi: 2012-10-24
  6. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.
  7. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. II cild. Bakı, “Şərq-Qərb”, 2007, 304 səh.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.