Qızıl medal

Qızıl medal — ümumilikdə ən yüksək uğuru təmsil edir. İlk olaraq hərbi rütbənin aşkarlanması kimi bəsit bir məqsədlə Hərbi-məqsədli istifadə edilmişdir. 18-ci əsrdən qızıl medallar mükafatlandırma məqsədi ilə cəmiyyət içərisində də istifadə edilməkdədir. İndiki dövürdə UNESCO və müxtəlif akademik cəmiyyətlər kimi bir çox təşkilat qızıl medalları illik olaraq ya da nadir vəziyyətlərdə təqdim edir.

2000 Sidney Olimpiya oyunlarının qızıl mükafatçısı

Olimpiya Oyunları

Qızıl medal müasir Olimpiya oyunlarında qələbə qazananın mükafatını təmsil edir (medallar tarixi olimpiyadalarda verilmirdi). 1896-cı ildə də qələbə qazananların medalları gümüşdən idi. İlk üç sıra üçün qızıl-gümüş-bürünc proqramı 1904-cü il oyunlarında istifadə edilmişdir və günümüzdə bir çox idman təşkilatları tərəfindən mənimsənilmişdir. Medalların hazırlanması ev sahibi olan şəhərin məsuliyyəti altındadır. 1928-1968-ci illər arasında dizayn adətən eyni idi: ön tərəfində ev sahibi şəhər haqqında bir yazını təmsil edən dizayn Fiorentinalı sənətçi Giuseppe Cassioli tərəfindən dizayn edilmişdi; arxa tərəfində bir Olimpiya çempionu dizaynı var idi. 1972-2000-ci illər arasında, Cassiolinin dizaynı ön tərəfdə saxlanılıb arxa tərəfdə ev sahibi şəhərin öz dizaynı təsvir olundu. Cassiolinin dizaynı bir Roma amfiteatrı original Yunan oyunlarındakı kimi göstərilir, yeni bir ön tərəf dizaynı Atina 2004 oyunları üçün komissiya tərəfindən təyin olunmuşdur. Qış Olimpiya oyunları medalları daha çox müxtəliflik nümayiş etdirir.

Həmçinin bax

İstinadlar

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.