Qızıl kilsə (Ərəfsə)


Qızıl kilsəV əsr Bizans memarlığına aid kilsə.

Tarixi Azərbaycan əraziləri
Ərəfsədə Qızıl kilsə
Ümumi məlumatlar
Bölgə Zəngəzur mahalı
İndiki adı Tanaat

Qərbi Azərbaycanın Zəngəzur mahalında Sisian rayonunun ƏrəfsəComartlu kəndləri arasında, yolun qarşı tərəfində yastan üzərində inşa olunub. V əsrdə Bizans stilində inşa olunub.

Ərəfsə kəndinin tarixinin bilicilərindən olan Elxan Cümşüdovun Qızıl kilsənin son dövr tarixi barədəki məlumatı: "1985-ci ildə Sisian rayon partiya komitəsinin katibi bizə gəldi və yolları yaxşı tanıdığım üçün xahiş etdi ki, onları Qızıl kilsəyə aparım. Mən onların maşınlarına minəndə, orada daha iki nəfər gördüm. Bunlardan biri italiyalı alim, digəri isə tərcüməçi idi. Biz Qızıl kilsəyə çatdıq, italyan alim əllərini kilsənin uçuqlarına sürtərək kilsənin təxminən V əsrdə inşa edildiyini söylədi. Dəqiq fikri isə analizlər aparıldıqdan sonra deyə biləcəyini dedi. Sonra kilsənin ətrafına fırlandı və divara vurulmuş ermənicə lövhəni göstərib, raykom katibindən orada nə yazıldığını soruşdu. Katib orada qədim erməni kilsəsi sözlərinin yazıldığını bildirəndə, italyan alim başını yelləyib, "Çıxarın o lövhəni buradan", - dedi və əlavə etdi ki, "Bu kilsənin ermənilərə heç bir aidiyyatı yoxdur. Bu, Qədim Bizans kilsəsidir". Lövhəni divardan çıxardılar. Erməni katib çox pərt oldu, başını aşağı saldı. Mən belə başa düşdüm ki, onu pərt edən heç də kilsənin ermənilərə aid olmaması deyildi. O, onsuz da bunu bilirdi. Onu pərt edən bu söhbətin mənim - bir türk oğlunun yanında baş verməsi idi".

1988-1992-ci il hadisələrindən sonra ermənilər Qızıl kilsənin və Comartlu kəndinin adlarını dəyişib Tanahat qoymuşlar[1].

İstinadlar

  1. "Arxivlənmiş surət". 2011-05-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-15.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.