Qızılı daban balığı

Qızılı daban balıq (lat. Carassius carassius) — Bədəni hündür olub qızılı rəngə çalır. Hazırda Kür ətrafında çox yayılıb və Cənubi Xəzərdə öz arealını daim genişləndirməkdədir. Sakit axan, oksigeni az olan lilli sahələrdə yaşayır. Qızılı dabanbalığı o qədər də böyük deyil. Uzunluğu 12–25 sm, kütləsi 50–400 q, bəzən 500–600 q olur. 2–4 yaşında cinsi yetişkənliyə çatır. Kürütökmə suda temperatur 17–18 °C olduqda baş verir. Məhsuldarlığı 100–450 min ədəd kürüdən ibarətdir. Kürüləri yapışqanlıdır, su bitkilərinin üzərinə yapışır. Onlar həşarat sürfələri və xırda ilbizlərlə qidalanır. Vətəgə əhəmiy yəti azdır. Qızılı dabanbalığı çəki, karp, külmə və s. kimi qiymətli balıqların qidalandığı orqanizmlərlə yemləndikləri üçün balıq təsərrüfatı məhsuldarlığının aşağı düşməsinə səbəbolur.[2]

Qızılı daban balığı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qızılı daban balığı
Beynəlxalq elmi adı
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  163352
NCBI  217509
EOL  205155

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Əsgerov F. S., Zaytsev Y. Y., Qasımov R. Y., Quliyev Z."Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları" "Bəşər-XXI" nəşriyyatı, Bakı, 2003, səh62.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.