Qıyıqlı
Qıyıqlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Dəstəfur kənd inzibati ərazi dairəsində kənd.[2]
Qıyıqlı | |
---|---|
40°27′15″ şm. e. 46°11′14″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
|
Toponimikası
Toponim, çox güman ki, Səlcuq oğuzlarının kıyıq tayfasının adından və mənsubiyyət bildirən "-lı" şəkilçisindən ibarət olub, "kıyık tayfasından olanlar" mənasını bildirir.[3]
Tarixi
Yerli əhalinin məlumatına görə, kənd rayonun Muşavaq kəndindən köçüb gəlmiş Qıyıq Alının nəslinin məskunlaşması nəticəsində yaranmışdır.
Tarixi abidələri
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
Kənddə Qıyıqlı kənd kitabxana filialı, Qıyıqlı kənd Mədəniyyət Evi fəaliyyət göstərir.[6]
Təhsil
Kənddə Daşkəsən rayon Qıyıqlı kənd ümumi orta məktəbi fəaliyyət göstərir.[7]
Din
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Səhiyyə
Kənddə Qıyıqlı kənd tibb məntəqəsi yerləşir.[8]
İstinadlar
- http://web2.anl.az:81/read/page.php?bibid=149514&pno=45.
- "Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. Azərbaycan Respublikasının Dövlət Standartı. İnzibati ərazi bölgüsü təsnifatı — 2019. Bakı: 2020, səh. 44" (PDF). 2022-01-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-05-31.
- Qıyıqlı // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. səh. 57. ISBN 978-9952-34-156-0.
- Azərbaycan Respublikası əhalisinin siyahıya alınması. 1999-cu il. I hissə. Bakı: "Səda" nəşriyyatı, 2000, səh. 77.
- Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması. 2009-cu il. I cild. Bakı: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi, 2010, səh. 86.
- ""Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı" (PDF). 2021-11-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-01-26.
- "Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-23.
- "Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılan tibb müəssisələrinin siyahısı təsdiq edilmişdir (pediatriya.az)". 2021-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-07.
Xarici keçidlər