Qıvraq

QıvraqAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda qəsəbə, Kəngərli rayonunun inzibati mərkəzi.

Qəsəbə
Qıvraq
39°23′59″ şm. e. 45°06′47″ ş. u.
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Kəngərli rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 915 m
Saat qurşağı
Əhalisi
Əhalisi 6100[1] nəfər
Qıvraq xəritədə
Qıvraq
Qıvraq

Tarixi

Bu gün Kəngərli rayonunun mərkəzi sayılan Qıvraq ərazisində də monqollar dövründə məskunlaşma olmuşdur. Bu mənada "Qıvraq" adının monqol tayfalarının Qaraqorumdan əvvəlki mərkəzi olmuş və 1228-ci il Qurultayının keçirildiyi Auraqdan gəldiyini ehtimal etmək olar.[2] Monqol torpaqlarındakı Auraq şimal istiqamətində dağ bölgələrinə gedən yolda yerləşirdi. Mənası qaynaq olan, əski monqolca "Auraq" adlandırılan və qədim zamanlardan məşhur olan şəfa ocaqları buranı dövrələmişdi[3]. Ərazinin cənubundan Kerulen çayı axır, çayın cənub sahilində isə bozqır çölləri uzanırdı. Naxçıvan ərazisindəki Qıvraqın yerləşdiyi mövqeyə də baxarkən bu iki ərazi arasındakı açıq-aşkar oxşarlıq sezilməkdədir. Mümkündür ki, bu bənzərlik səbəbindən monqollar bu əraziyə "Auraq" adını vermiş, zamanla bu söz dilimizdə "Qıvraq" formasına düşmüşdür.[4] Kənd Əmanulla xan Naxçıvanski nin (1845–1891) məxsus olmuşdur.[5]

Əhalisi

1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən Qıvraq kəndində əsasən etnik tatarlardan ibarət hər iki cinsdən toplam 1.661 nəfər əhaliyaşayırdı.[6]

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumatına əsasən Qıvraq qəsəbəsinin 5,4 min nəfər əhalisi vardır.[7]

Şəhidləri

Həmçinin bax

İstinadlar

  1. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
  2. Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII–XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s.53
  3. Men C. Çingiz xan. Bakı:Qanun, 2006, 480 s., s. 22
  4. "Kəlbizadə E. Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı). Naxçıvan:Əcəmi, 2016, 200 s., s.53" (PDF). 2017-07-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-07-13.
  5. "Кавказский календарь на 1915 год". Издан по распоряжению Наместника его Императорскаго Величиства на Кавказе, под редакцией А.А.Эльзенгера и Н.П.Стельмащука, Тифлис. Типография Канцелярии Наместника Е.И.В. на Кавказе, казённый дом. 1914./Оглавление: Глава — Отдел статистический: Список населенных мест Кавказа, стр. 140
  6. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 2.5. 2012-ci ilin əvvəlinə iqtisadi və inzibati rayonlar, eləcə də şəhər yaşayış məntəqələri üzrə əhalinin cins bölgüsündə sayı Arxivləşdirilib 2012-06-26 at the Wayback Machine (min nəfər)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.