Qırxlar qalası
Qırxlar qalası — Culfa rayonunda Əlincə qaladan qərbdə yerləşən arxeolagi abidədir. Qala təpənin relyefinə uyğun olaraq üçbucaq formasında tikilmişdir. Qala divarının eni 1,65 metrdir. Divarlar sökülüb dağıdıldığından onların yalnız bünövrəsi qalmışdır. Qalanın içərisində dördkünc formalı yaşayış binalarının qalıqları vardır. Onlar orta həcmli qaya parçalarından tikilmişdir. Qalanın sahəsi 136 m-dir. Tədqiqat zamanı qalanın ərazisindən şirsiz və şirli keramika nümunələri aşkar edilmişdir. Aşkar edilmiş keramika nümunələrinə əsasən qalanı XI-XV əsrlərə aid etmək olar. [1]
İstinadlar
- Naxçıvan Abidələri Ensklopediyası. Naxçıvan 2008.518 s
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.