Qırtlaq
Qırtlaq (lat. larynx) — tənəffüs apparatının bir orqanı olub nəfəs və səs çıxarma proseslərində iştirak edir.
Qırtlaq | |
---|---|
| |
| |
Latınca | Larynx |
İltihabı | Laryngitis |
Sistem | Tənəffüs |
Üzv | Tənəffüs |
Arteriya | Qırtlağın yuxarı və aşağı arteriyaları |
Vena | yuxarı və aşağı qalxanabənzər venalara açılan qırtlağın yuxarı və aşağı venaları, |
Sinir | Qırtlağın yuxarı və aşağı sinirləri |
Limfa | lat. nodi lymphaticiprelaryngei, paratracheales |
Vikianbarda əlaqəli mediafayllar |
Anatomiya
Qırtlaq qığırdaqlardan təşkil olunub, boyunda yerləşmişdir və yuxarıda udlaq vasitəsilə burun və ağız boşluqları ilə birləşir. Qırtlağın ardını nəfəs borusu təşkil edir. Amfibiyalarda qırtlaq iki yan qığırdaqlardan əmələ gəlmişdir; quyruqlularda (lat. urodela) qırtlaq yan qığırdaqlardan başqa üzüyəbənzər qığırdaqdan da inkişaf edir, ancaq bu qığırdaq açıq olur. Quyruqsuzlarda (lat. anura) üzüyəbənzər qığırdaq əksinə bitişmiş olur. Qırtlaq əzələləri isə qəlsəmə əzələlərindən inkişaf etmişdir. Quşların qırtlağı sürünənlərin qırtlağından artıq inkişaf etməyib rudiment halında qalır, səs telləri olmur və qırtlaq əzələləri reduksiya edir. Bunun əvəzində quşlarda "oxuma qırtlağı" — lat. syrinx inkişaf edir. Bu nəfəs borusunun aşağı ucunun genişlənməsindən əmələ gəlmişdir; burada xüsusi səs zarları və əzələləri diferensasiya edir. Məməlilərin qırtlağında lat. cartilagines laterales derivatlarından başqa qalxanabənzər qığırdaq və qırtlaq qapağı qığırdağı inkişaf edir. Bu qığırdaqlar ancaq məməlilərə xas olub, özləri də qəlsəmə qövslərindən inkişaf etmişdir. Qalxanabənzər qığırdaq inkişaf etməklə bərabər səs telləri və əzələləri diferensasiya etməyə başlayır; beləliklə ali məməlilərdə və insanda səs alətini təşkil edən üzv əmələ gəlir.
İnsan qırtlağı
İki vəzifə daşıdığı üçün quruluşu da mürəkkəbdir. Qığırdaın skletini üç ədəd tək: üzüyəbənzər, qalxanabənzər, qırtlaq qapağı qığırdağı və üç cüt qığırdaq: çalovabənzər, buynuzabənzər. pazabənzər qığırdaq təşkil etmişdir. Bunlardan qırtlaq qapağı, çalovabənzər qığırdağın səs çıxıntısı, pazabənzər və buynuzabənzər qığırdaqlar elastik qığırdaq toxumasından, üzüyəbənzər, çalovabənzər qalxanabənzər qığırdaqlar isə gialin qığırdaq toxumasindan əmələ gəlmişdir.
Qırtlaq qığırdaqları
- Üzüyəbənzər qığırdaq (lat. cartilago cricoidea) halqa şəklində olub qırtlağın əsasını təşkil edir. Onu üzərində qalxanabənzər və çalovabənzər qığırdaqlar yerləşir və aşağıda nəfəs borusu ilə birləşir. Üzüyəbənzər qığırdaq –cartilageo crikoidea formaca halqa şəkilli olub, qırtlağın əsasını təşkil edir. Bu öndə qövsdən arcus cartiloginis crikoideae, arxada yerləşən səfhədən lamina cartiloginis crikoideae ibarətdir. Səfhənin yuxarı yan səthlərində calovabənzər qığırdağın əsası ilə birləşməyə məxsus oynaq səthlər vardır. Üzüyəbənzər qığırdaq həmcinin qalxanabənzər qığırdaqla birləşir və oynaq əmələ gətirir.
- Qalxanabənzər qığırdaq (lat. cartilago thyroidea) iki qığırdaq səfhədən təşkil olunaraq qırtlaq qığırdağının ən böyüyü hesab olunur. Bu qığırdaqlarının önündə yuxarıda və aşağıda oymalar incisura tguroidea superiror et inferior bardır. Qalxanabənzər qığırdaqdan sağda və solda yuxarıya , aşağıya doğru buynuzlar – cornu inferius et superius çıxır. Üzüyəbənzər və qalxanabənzər qırdaqlar hialin qığırdaqdan toxumasından əmələ gəlmışdır.
- Qırtlaq qapağı (lat. cartilago epiglotica)
- Calovabənzər qırtlaq (lat. cartilago arytenoidea) formaca ücüzlü pramidaya bənzəyir. Piramidanın əsası və zirvəsi vardır. Əsası üzüyəbənzər q-la birləşib oynaq əmələ gətirir.
- Buynuzabənzər qırtlaq (lat. cartilago corniculato) olduqca kiçik olub , calovabənzər qığırdağın zirvəsində yerləşir. Pazabənzər qığırdaq çöpə bənzəyir və calovabənzər qırtlaq qapağı büküşlərində yerləşir.
- Pazabənzər qığırdaq (lat. cartilago cuneiformis)
Mənbələr
- Prof. K. Ə. Balakişiyev, İnsanın Normal Anatomiyası, II cild, Maarif Nəşriyyatı, Bakı — 1979