Qırmızılar, qaralar və başqaları (film, 1969)

Qırmızılar, qaralar və başqaları (rus. Красные, черные и другие)

Qırmızılar, qaralar və başqaları
Janr tarixi
Rejissor Rasim İsmayılov
Ssenari müəllifi Rasim İsmayılov
Operator Vaqif Behbudov
Rəssam Rasim İsmayılov
İstehsalçı "Ekran"
İlk baxış tarixi 1969
Filmin növü qısametrajlı cizgi televiziya filmi
Müddət 14 dəq.
Ölkələr SSRİ SSRİ
Dil rusca (mətnsizdir)
İl 1969
Texniki məlumatlar 2 hissə
550 metr
35 mm
Rəng rəngli

Məzmun

Karl Marksdan soruşmuşlar: Sizin ən sevdiyiniz rəng? Qırmızı deyə cavab vermiş... Fəzanın ənginliklərində kiçik rəngli kürə fırlanır. Diqqətlə baxdıqda bunun Yer kürəsi olduğu bilinir. Bizim dünyamız, insanların dünyası... Yer üzündə ağ, sarı, qaradərili insanlar yaşayır. Onların arasında yalnız qırmızılar yoxdur.

"Qırmızılar, qaralar və başqaları" — bu film-alleqoriyadır. Dünyada kommunist ideyaları yarananda, özünü təsdiq edəndə ekranda dövrün obrazı mücərrəd rəngli rəmz-fiqurlar görünür, eyni zamanda geniş tamaşaçı kütləsinə tanış olan kino sənədləri canlanır, radio verilişləri, mahnı və nitqlər səslənir.

Konkret tarixi misallarla Qırmızılarla Qaraların bir əsrlik mübarizəsi təsvir edilmişdir.

Kosmosun ənginliklərində kiçik kürə fırlanır. Qırmızı kürə. Bu, planetdir. Yer planeti. İnsanların yaşadığı planet.

Müəlliflər işıq və səs vasitəsilə tamaşaçıları əbədi mövzuya-cəmiyyətdə, ölkədə və dünyada xeyirlə şərin mübarizəsinə yeni şəkildə baxmağa sövq edirlər. Burada biz Leninin, Stalinin, Hitlerin səslərini eşidir, müxtəlif marşları dinləyirik.

Festivallar və mükafatlar

1) 1969-cu ildə Kiyevdə Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-69" zona kinofestivalı
  • Rejissor Rasim İsmayılova ən yaxşı rejissor işinə və inqilabi mövzunun həllində yeni təsvir vasitələri axtarışına görə münsiflər heyətinin Diplomu verilmişdir.

Film haqqında

Film mətnsizdir

Filmin çəkilişlərində çöplərdən istifadə olunmuşdur.

Film V.İ.Leninin 100 illik və Azərbaycan SSR-in 50 illik yubileylərinə həsr edilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər

Ssenari müəllifi: Rasim İsmayılov
Rejissor: Rasim İsmayılov
Quruluşçu rəssam: Rasim İsmayılov
Operator: Vaqif Behbudov
Səs rejissoru: Tofiq Babayev
Redaktor: Nadejda İsmayılova
Filmin direktoru: Fəridə Həsənova

Arxiv kadrlarda iştirak edənlər

İosif Stalin (səs) (titrlərdə yoxdur)
Vladimir Lenin (səs) (titrlərdə yoxdur)
Adolf Hitler (səs) (titrlərdə yoxdur)

Mənbə

  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.