Qırmızıboyun maygülü
Qırmızıboyun maygülü (lat. Podiceps auritus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin maygülükimilər dəstəsinin maygülülər fəsiləsinin maygülü cinsinə aid heyvan növü.
Qırmızıboyun maygülü | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Neoaves Klad: Mirandornithes Dəstə: Fəsilə: Cins: Növ: Qırmızıboyun maygülü |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Statusu
Azərbaycana qışlamağa gəlir.
Xarakterik morfoloji əlamətləri
Qışda bel tərəfi qonur-boz, qarın tərəfi, qanadlarının altı və qoltuq lələkləri, başının altı və yan hissəsi ağ, boynunun alt tərəfi boz rəngdə olur. Yayda başında kürən lələklər topası və boynunda qara “yaxalığı” olur. Boynunun arxası qaramtıl-qonur, önü və yanları, döşünün yuxarı hissəsi və bədəninin yanları kürəndir. Bədəninin üst hissəsi qaramtıl-ağ olur. Dimdiyi düz və dartılmış şəkildə, çox hissəsi qara, uc hissəsi bozumtul, dib hissəsi isə boz-çəhrayı rəngdədir. Cavanların başının və boynunun yanlarında tünd naxışlar görünür.
Cinsiyyət dimorfizmi
Erkəkləri dişilərindən az iridir.
Coğrafi yayılması
Avropa, Asiya və Şimali Amerikada yayılıb. Azərbaycanda Kür-Araz, Lənkəran və Samur-Dəvəçi ovalığında, Xəzər dənizinin sahil sularında məskunlaşır. Miqrasiyası öyrənilməmişdir.
Növdaxili müxtəliflik
Monotipik növdür. Bir yarımnövü var (P.A. Auritus Linn., 1758).
Sayı
Azərbaycanda sayı azdır. 2005-ci ilin yanvarında Xəzər dənizinin Azərbaycan hissəsində sayı 11 fərd olub. Sayına qışın şaxtalı keçməsi mənfi təsir göstərir.
Sosiologiyası
Tək, cüt-cüt və sürü halında yaşayır.
Sutkalıq fəallığı
Əsasən gündüzlər fəal olur. Miqrasiya dövründə axşam və gecə uçur.
Lələkdəyişməsi
Cütləşmədən əvvəlki lələkdəyişmə yaşlılarda qışın ortalarından martın axırlarına kimi gedir. Cavan quşlarda qış görkəminə girmək üçün birinci lələkdəyişmə oktyabrın ortalarından yanvarın axırına kimi gedir.
Yemlənmə qaydası
Yemini əsasən suya cummaqla suyun alt hissəsindən başını suya salmaqla suyun və bitkilərin üstündən yığır, bəzən isə havada tutur.
Yem xarakteri
Zoofaqdır. Əsas yemini su cücüləri, yengəclər təşkil edir. Əlavə yem kimi balıqlardan da istifadə edir.
Yırtıcıları
Azərbaycanda düşmənləri məlum deyil.
Biosenozda rolu
Hidrofil bitkilərə təsir edən biotik faktorlara daxildir. Hidrofil heyvanlardan yem kimi istifadə edir. Özü isə üçüncü səviyyəli konsumentlərin rasionuna daxildir. Beləliklə, sahil ekosistemlərində maddələrin bioloji dövriyyəsi və enerji çevrilməsində iştirak edir.
İnsan üçün əhəmiyyəti
Elmi və estetik əhəmiyyəti var.
Qorunması üçün qəbul edilmiş tədbirlər
Qızılağac Dövlət Təbiət Qoruqlarında, Şirvan, Abşeron və Ağgöl Milli Parklarında, Dövlət Təbiət yasaqlıqlarında qorunur. Muzeylərdə (kolleksiya) nümayiş etdirilir, populyar maarifçilik ədəbiyyatlarına daxil edilir. Əlavə qorunma tədbirlərinə ehtiyac yoxdur.
Növün qeydiyyat göstəriciləri
Elmi fondlarda kolleksiyası saxlanır, muzeylərdə müqəvvası nümayiş etdirilir.