Qırmızı qar (Anar İsmayıl)

Qırmızı Qar — Anar İsmayıl tərəfindən 2016-cı ildə yazılmış tarixi-detektiv altjanrında roman.

Bu məqalə roman haqqındadır. Film üçün Qırmızı qar (film, 1998) səhifəsinə baxın.
Qırmızı Qar
Qırmızı Qar
Kitabın üz qabığıpx
Müəllif Anar İsmayıl
Janrlar Detektiv, tarixi, triller
Orijinalın dili Azərbaycan dili
Orijinalın nəşr ili 2017
Nəşriyyat Qanun nəşriyyatı
Nəşr 2017
Səhifə 192
Növ kitab

Roman satışa çıxdığı ilk ayda Qanun nəşriyyatının yayımladığı məlumata əsasən 2017-ci ilin noyabr ayında Azərbaycan Ədəbiyyatı üzrə ən çox satılan kitab olmuşdur.

Məzmun

XVII əsrdə Səfəvilər dövlətinin hökmdarı II Şah Abbasın zamanında xalqın şikayətlərini dinləmək üçün müstəsna səlahiyyətləri olan Ədalət Divanı qurulur. Bu Divan insanların şikayətlərini qəbul edir və araşdırmaq üçün bir nəfər şah qulamı və bir nəfər də katib (mirzə) göndərir. Romandakı hadisələr bu araşdırmaların birindən bəhs edir. Vərəsəlik şikayəti ilə bağlı Savə şəhərinə göndərilən qulam Barsoğlu Yunis və mirzə İman Zülqədər mülk bölgüsünü həll etmək istəsələr də tezliklə bir cinayəti ortaya çıxarırlar. Qatili məlum olmayan bu cinayət tam aydınlanmamış başqa qətl hadisələri baş verir. Qədim ipək ticarəti, gizli təşkilatlar, siyasi mübarizələrlə dolu romanın sonunda ölümlərin səbəbi Barsoğlu və Mirzə İman tərəfindən ortaya çıxarılır.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.