Qırmızı cəngavər
Qırmızı cəngavər (ing. Red Knight) — 1958-ci ildən 1969-cu ilə qədər fəaliyyət göstərən Kanada Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandası[1]
Qırmızı cəngavər | |
---|---|
Növü | Aerobatika komandası |
Yaranma tarixi | 1958–1969 |
Tabedir | Kanada Kral Hərbi Hava Qüvvələri |
Rəngləri |
qırmızı |
Təchizatı | Canadair CT-133 Silver Star, Canadair CT-114 Tutor |
Döyüşlər |
Tarix
Xidməti dövründə Qırmızı cəngavər dörd fərqli bazadan on yeddi fərqli pilot tərəfindən havalanıb.[2] 1961-ci ildən başlayaraq ikinci Qırmızı cəngavər təyyarəsi komandaya qoşuldu və bəzən birlikdə və ya ayrı-ayrı yerlərdə müxtəlif yerlərdə uçuşlar həyata keçirirdilər. 21 avqust 1963-cü ildə Hərbi Hava Qüvvələri Gününə həsr olunmuş hava şousunda iki Qırmızı Cəngavərin iştirakı ilə qəza baş verdi. Bundan sonra komandaya uçuşlara davam etməyə icazə verilsə də cüt uçuşlar qadağan olundu. Fəaliyyəti dövründə piltoların ölümü ilə nəticələnən daha bir neçə qəza baş verdi. Büdcə çatışmazlığı və kadrların ixtisarı səbəbindən Qırmızı Cəngavər proqramı 1969-cu ildə ləğv edildi.[3]
İstinadlar
- "The Red Knight – Canada's Aviation Hall of Fame" (ingilis). 2023-01-19. İstifadə tarixi: 2023-12-15.
- Dempsey 2002, p. 709.
- Dempsey 2002, p. 222.