Qırmızı çalağan
Qırmızı çalağan (lat. Milvus milvus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin əsl çalağan cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[3]
Qırmızı çalağan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Sinif: İnfrasinif: Klad: Neoaves Klad: Passerea Klad: Telluraves Klad: Accipitrimorphae Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qırmızı çalağan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təsviri
Qızılquşlar fəsiləsinin kiçik nümayəndələrindən biridir. Təxminən 60 - 66 sm ölçüdə quşdur. Rəngi qırmızımtıl-qəhvəyidir. Quyruğu uzundur və haçalanmışdır.
Yayılması
Qərbi Palearktikanın endem növüdür. Avropanın əksər hissələrində yayılmışdır. Afrikada yuvalaması və qışlaması öyrənilməmişdir. Azərbaycanda Kiçik Qafqazda Şuşaya qədər və Cənub bölgəsində (Zuvand yaylası, Hirkan MP, Viləşçay və Astaraçay ovalığı) müşahidə edilmişdir. 1866-cı ildə bir quş muzey kolleksiyası üçün Lənkəran çayının mənsəbində vurulmuşdur. Yaşayış yeri və həyat tərzi: Enliyarpaqlı meşələrdə yuvalayır. Qidalanmaq üçün əkin sahələrinə, otlaq və biçənəklərə uçur. Qış aylarında yaşayış məntəqələrinə yaxın zibilliklərdə, kolluqlarda və su-bataqlıq sahələrinə yaxın yerlərdə yem axtarır. Qidasını əsasən leş, kiçik və orta ölçülü məməlilər və quşlar təşkil edir.
Həyat tərzi
Enliyarpaqlı meşələrdə yuvalayır. Qidalanmaq üçün əkin sahələrinə, otlaq və biçənəklərə uçur. Qış aylarında yaşayış məntəqələrinə yaxın zibilliklərdə, kolluqlarda və su-bataqlıq sahələrinə yaxın yerlərdə yem axtarır. Qidasını əsasən leş, kiçik və orta ölçülü məməlilər və quşlar təşkil edir.
Sayı
Meşələrin qırılması (yuvalama yerlərinin itirilməsi) və kənd təsərrüfatı zərərvericilərinə qarşı istifadə olunan kimyəvi maddələrlə zəhərlənmələrlə sayı kəskin azalmışdır. Dünya populyasiyası 21,000 – 25,500 cüt qiymətləndirilir. Azərbyacanda 1968-ci ildə Lerikdə yuvası qeydə alınmışdır. Hazırda qışlama və köç aylarında tək-tək fərdlər müşahidə. 2004-cü ilin məlumatlarına əsasən Azərbaycanda yuvalama populyasiyası 0-2 cüt olaraq qeyd edilmişdir. Zəif öyrənildiyindən hazırkı populyasiyası barədə məlumat yoxdur. Dünya miqyasında sayı azalmaqda olan növdür.
Qorunması üçün qəbul edilmiş tədbirlər
AB-nin Quş direktivinin 1-ci Əlavəsinə daxil edilmişdir. Avropa mühafizə stutusu var (Declining-sayı azalan). CİTES, Bern və Bonn konvensiyalarına daxil edilmişdir. Hirkan Milli Parkında və Qızılağac Dövlət Təbiət Qoruğunda qorunur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər: Növün populyasıyasının ətraflı öyrənilməsi, yuvalama ərazilərində hündür ağacların qorunub saxlanılması, ona yaxın yerlərdə pestisidlərdən istifadənin dayandırılması, ictimai təbliğat işlərinin genişləndirilməsi.
İstinadlar
- Integrated Taxonomic Information System (ing.). 1996.
- IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
- "Azərbaycanda təhlükədə olan quşlar". 2013-07-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-22.