Qırmızıçiçək atşabalıdı
Qırmızıçiçək atşabalıdı (lat. Aesculus × carnea) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü.
Qırmızıçiçək atşabalıdı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Klad: Core eudicots Klad: Superrosids Klad: Klad: Malvids Dəstə: Fəsilə: Yarımfəsilə: Hippocastanoideae Cins: Növ: Qırmızıçiçək atşabalıdı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Təbii yayılması
Avropanın cənubunda və Şimali Amerikada, Ukraynanın cənub bölgələrində rast gəlinir.
Botaniki təsviri
Hündürlüyü 15-25 m-ə çatan, yığcam yumru çətirli, möhkəm yarpaqlıdır; əsas zoğları şaquli yuxarıya istiqamətlənmiş, aşağı budaqları horizontaldır. Müxtəlif rəngli (çəhrayı-qırmızıdan tünd-qırmızıyadək), çiçəklərin uzunluğu 20 sm-dək olub, süpürgəvari çiçək qrupuna yığılmışdır. Çiçəkləmə mayın axırlarında müşahidə edilir. Meyvələri seyrək, barmaqvari-mürəkkəb, tünd yaşıl, parlaq və ya yaşıldır. Calaqla çoxaldılması mümkündür. Payızda yarpaqları uzun müddət yaşıl rəngini saxlayır.
Ekologiyası
Qışa, şəhər iqliminə, küləyə davamlıdır, ancaq quruluqdan əziyyət çəkir. Yaxşı drenajlı, gillicə torpaqlara üstünlük verir. İşıqsevən mezofit, mezotrofdur.
Azərbaycanda yayılması
Bir çox park və bağlarda dekorativ bitki kimi becərilir.
İstifadəsi
Çiçəkləmə dövründə daha dekorativdir, tək, alleya və küçə əkinlərində geniş istifadə edilə bilər.