Qırılı
Qırılı — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı qərarı ilə Ağstafa rayonunun Qırılı kəndi Kalininkənd qəsəbə Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qırılı kənd Soveti yaradılmışdır.
Qırılı kəndi | |
---|---|
41°05′31″ şm. e. 45°30′42″ ş. u. | |
Ölkə | |
Rayon | Ağstafa |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 358 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
(15 fevral 2024) 4702 nəfər |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 022 |
Poçt indeksi | AZ 0523 |
Nəqliyyat kodu | 05 |
Tarixi
Qırılı kəndi Ağstafa rayonunun ən qədim kəndlərindən biridir. Kənddə ilk insanlar Həsənsuçayının sol sahilində məskunlaşmışlar. Buna sübut olaraq köhnə qəbiristanlığın orada yerləşməsini göstərmək olar. Sonradan çayın sağ tərəfinə (indiki Tanrıverdilər məhəlləsinə) köçərək burada məskən salmışlar. Deyilənlərə görə bu kəndə gəlib ilk dəfə məskunlaşanlar Yuxarı Göycəli kəndindən köçüb gələnlər olub. Elə bu səbəbdən kəndin adı Qırılı (yəni Yuxarı Göycəli kəndindən qırılıb ayrılmışlar) adlandırılıb. Bir başqa deyimə görə kəndin adı Dədə Qorqud kitabında və bir neçə Oğuz türklərindən bəhs olunan əsərlərdə sözü gedən "qurulu" tayfasından götürüldüyü bildirilir.
Kənd ərazisi Birinci Qarabağ müharibəsi və İkinci Qarabağ müharibəsində şəhid olmuş kənd sakinlərinin əziz xatirəsinə verilmiş küçələrdən və bir çox məhəllələrdən ibarətdir: 1. Cağallı, 2. Cırdaxan, 3. Bozdağanlı, 4. Məmmədli, 5. Tut bağı, 6. Təpəbaşı, 7. Gödəklər, 8. Usublu, 9. Gödək oba, 10. Mahmudlu, 11. Təzə məhəllə, 12. Zəryərli, 13. Xallar, 14. Tanrıverdilər, 15. Allahverənli, 16. Mansırlı.
Tarixi abidələri
Kəndin ərazisində bir sıra qədim yaşayış məskənləri vardır. Buna Qarğalartəpəsini misal göstərmək olar. Abidə e.ə. V minilliyə (Neolit dövrü) aid edilir. Aparılmış arxeoloji araşdırmalardan da bəlli olur ki, bu ərazidə yaşayış olub və insanlar oturaq həyat tərzi keçirərək maldarlıqla, əkinçiliklə məşğul olmaqla yanaşı, misdən soyuq döymə üsulu ilə müxtəlif əşya və bəzəklərin düzəldilməsi ilə məşğul olublar. Təpənin hündürlüyü 10 metrdir. Araşdırılmalar nəticəsində həmçinin buradan gildən düzəldilmiş qadın fiquru və Qafqazda ən qədim metal əşya-mis muncuq tapılmışdır.
Coğrafiyası və iqlimi
Kənd rayon mərkəzindən 6 km məsafədə yerləşir. 2024-cü ilin fevral ayına olan məlumata görə kənddə əhalinin sayı 4702 nəfər, evlərin sayı isə 867 ədəddir. Həsənsu, Eynallı və Köçəsgər kəndləri həmçinin Həsənsu və Kür çayları ilə həmsərhətdir. Bir sıra mühüm neft və qaz kəmərləri kəndin ərazisindən keçərək dünya bazarına çıxır. Buraya Bakı-Tbilisi-Ceyhan neft kəmərini, Bakı-Tbilisi-Ərzurum Boru Xəttini və Trans-Anadolu qaz boru kəmərini həmçinin Bakı-Qazax magistral yolunu misal göstərmək olar.
İqtisadiyyatı
Kənd əhalisi sənaye, elm və kənd təsərrüfatının, eləcə də səhiyyənin müxtəlif sahələrində çalışırlar. Əsas məşğuliyyətləri əkinçilik və maldarlıqdır.
1926-cı ildə el ağsaqqalı, öz dövrünün görkəmli şəxsiyyətlərindən olan Kərbalayı Alyar Qasımzadənin təşəbbüsü ilə əhalinin içməli suya olan təlabatını ödəmək üçün Eynallı kəndindən kəndin mərkəzinə kəhriz çəkilmişdir.
Mədəniyyəti
Kənddə kitabxana, mədəniyyət evi, poçt, elektron tipli ATS fəaliyyət göstərir.
Təhsil
Kənddə müasir tipli tam orta məktəb və 2 ədəd körpələr evi fəaliyyət göstərir.
Səhiyyə
Kənddə tibb məntəqəsi mövcuddur.
Görkəmli şəxsləri
Şəhidləri
- Sirac Əliyev (25.08.1973 - 27.03.1993) — Birinci Qarabağ müharibəsi şəhidi
2020-ci ildə başlanılan Vətən Müharibəsinədək Qırılı kəndinin cəmi 6 şəhidi var idı. Onlardan biri Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhramanımız Əliyev Sirac Şöhrət oğludur. O 1973-cü il avqustun 25-də Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlmişdir. 1992-ci ildə Qazax RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılan Sirac 27 mart 1993-cü il tarixində Ağdam rayonu Papravənd kəndi uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilib. Hal-hazırda Qırılı kənd tam orta məktəbi onun adını daşıyır.Həmçinin məktəb yerləşən küçəyə şəhidimizin adı verilmişdir.
- Nəriman Həsənov (20.02.1969 - 17.02.1994) — Birinci Qarabağ müharibəsi şəhidi
Həsənov Nəriman Məhəmməd oğlu 1969-cu il fevralın 20-də Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlib. Nəriman orta məktəbi bitirdikdən sonra 1987-ci ildə həqiqi hərbi xidmətini çəkmək üçün Sovet Ordu hissələrinə yollanır. Hərbi xidməti başa vurub öz yurduna qayıdaraq işləməyə başlayır lakin bu uzun sürmür. 1990-cı ildə könüllü hərbi komisarlığa gedərək xidmətini Qazax rayonu Alpout sərhəd məntəqəsində davam etdirir. Burda 3 il xidmət etdikdən sonra 1993-cü ilin fevralında Ağdərə istiqamətinə döyüş bölgəsinə yollanır. Sərsəng su anbarı ətrafında gedən döyüşlərdə 8 nəfərlə bir yerdə düşmənin mühasirəsinə düşürlər. 3 günlük mühasirədən sonra işlətdikləri hiylə nəticəsində mühasirədən azad olurlar. 1994-cü ildə Kəlbəcər rayonuna gələrək xidmətini orada davam etdirir. Elə həmin ilin 17 fevral tarixində Murovdağ istiqamətində Otaqlı(Omar) yüksəkliyinin azad olunması uğrunda gedən qızğın döyüşlərdə 4 nəfər döyüş yoldaşları ilə birlikdə şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilib. Kəndin küçələrinin biri şəhidimizin adını daşıyır.
- Vüsal Rzayev (17.07.1975 - 16.02.1994) — Birinci Qarabağ müharibəsi şəhidi
Birinci Qarabağ müharibəsi şəhidimiz Rzayev Vüsal Nəsib oğlu. O 17 iyul 1975-ci ildə Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlmişdir. Orta məktəbi bitirdikdən sonra 1993-cü il tarixində Ağstafa RHK tərəfindən həqiqi hərbi xidmətə çağrılır. 16 fevral 1994-cü ildə Kəlbəcər rayonu Ömər aşırımı istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.Qırılı kənd mədəniyyət evi və kəntdəki küçələrdən biri şəhidimizin adını daşıyır.
- Xəyyad Abbasov (13.03.1963 - 17.02.1994) — Birinci Qarabağ müharibəsi şəhidi
Abbasov Xəyyad Sovet oğlu 1963-cü ilin 13 martında Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlib. Orta təhsilini Qırılı kənd tam orta məktəbində bitirdikdən sonra təhsilini davam etdirərək, Qazax peşə məktəbinə daxil olmuşdur. Xəyyad daha sonra peşə məktəbini bitirib, Sovet Ordu sıralarına qoşularaq həqiqi hərbi xidmətini Altay vilayətində davam etdirmişdir. Hərbidən sonra doğma kəndinə qayıdaraq Gəncə xalça sexinin Qırılı kənd fillialında motarist kimi işləməyə başlayır. 1994-cü ildə könüllü olaraq yenidən Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qatılır və 1 aylıq təlimdən sonra Kəlbəcərə yollanır. Elə həmin ilin 17 fevralında Murovdağ istiqamətində gedən qızğın döyüşlər zamanı 4 nəfər döyüş yoldaşları ilə birlikdə şəhid olmuşdur. Onların cəsədlərini digər şəhidimiz Nəriman Həsənovun qardaşı Nəsimi qar uçqununun altından taparaq Ağstafa rayonuna gətirir və Qırılı kənd qəbiristanlığında dəfn edilirlər. Kəntdəki küçələrdən biri şəhidimizin adını daşıyır.
- Bakir Abbasov (03.03.1965 - 21.04.1994) — Birinci Qarabağ müharibəsi şəhidi
Abbasov Bakir Sovet oğlu 03 mart 1965- ci ildə Ağstafa rayonu Qırılı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Sovet Ordusunun tərkibində Kuxet şəhərində həqiqi hərbi xidmət çəkmişdir. 1993-cü ildə yenidən könüllü olaraq ordu sıralarına qoşularaq, ilk öncə Seyfəli paliqonunda təlim keçmiş sonra isə Füzuli rayonuna yollanmışdır. 1994-cü ilin 21 aprelində Füzuli ətrafında gedən döyüşlərdə şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilmişdir. Kəntdəki küçələrdən birinin adı şəhidimizin adını daşıyır.
- Elvin İmaməliyev (09.05.1989 - 09.11.2020) — müəllim, məktəb direktoru, İkinci Qarabağ müharibəsi şəhidi
- Əliheydər Hüseynli (14.04.1994 - 09.11.2020) — gənc ziyalı, İkinci Qarabağ müharibəsi şəhidi
- Emin Əmrahov (09.06.1989 - 27.10.2020) — hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi
- Təbriz Quliyev (05.08.1994 - 27.10.2020) — hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi
- Elgün Abdullayev (01.04.1994 - 09.11.2020) — hərbi qulluqçu, İkinci Qarabağ müharibəsi şəhidi
- Samir Sadıqov (22.08.2000 - 20.09.2023) - Azərbaycan Daxili Qoşunlarının hərbi qulluqçusu, Antiterror əməliyyatı şəhidi
- Rəhman Musayev (07.02.1997 - 14.08.2017) — hərbi qulluqçu, şəhid
Musayev Rəhman Elxan oğlu 1997-ci il 7 fevral tarixində Ağstafa rayonu Qırılı kəndində ziyalı ailəsində dünyaya gəlib. 2002 - 2013-cü illərdə Qırılı kəndi S. Əliyev adına tam orta məktəbdə təhsil almışdır. 2015-ci ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən imzalanmış sərəncama əsasən hərbi xidmətə yollanmış, 2016-cı ildə isə könüllü Azərbaycan Sülhməramlı Qüvvələrinin tərkibinə qatılaraq Əfqanıstanda xidmətini davam etdirmişdir. 2017-ci ilin fevral ayında yenidən Azərbaycan Silahlı Qüvvələri sıralarına qayıdaraq "Müddətdən Artıq Hərbi Qulluqçu" kimi top komandiri vəzifəsində çalışmağa başlamışdır. Elə həmin il avqustun 14-də iş vaxtı Murovdağ istiqamətində baş vermiş qəzada şəhid olmuşdur. Qırılı kənd qəbiristanlığında dəfn edilmişdir. Kəntdəki küçələrdən biri şəhidimizin adını daşıyır.