Qırğızıstanda təhsil
Qırğızıstanda təhsil — yeddi yaş ilə on beş yaş arasında doqquz illik icbari təhsildir.[1] Dörd illik ibtidai təhsil, beş illik orta təhsildən sonra sistem iki illik ümumi orta təhsil, xüsusi orta məktəb və ya peşə məktəbi təklif edir.[2]
Təhsil və Elm Nazirliyi (TEN) Qırğızıstandakı təhsildən məsuldur.[3] Büdcə kəsirləri, müəllimlərin əmək haqlarının və avadanlıqların mövcudluğunun azalması ilə nəticələnir ki, bu da qeyri-mütənasib olaraq qadınların işə qəbulunda aşağı göstəricilərlə müşahidə olunur.[1]
2008-ci ildə ümumi daxili məhsulun yüzdə 3,7%-i təhsilə xərclənmişdir.[4] 2001-ci ildə uyğun yaş qrupunun təxminən yüzdə 89-u məcburi olaraq proqrama yazıldı, lakin bu nisbət 2000-ci illərin əvvəllərində azaldı. 2004-cü ildə Qırğızıstanda savadlılıq nisbəti yüzdə 98,7% idi.[1]
Struktur və təşkilat
Məktəbəqədər və ibtidai təhsil
"Təhsil haqqında" qanuna və "Məktəbəqədər təhsil haqqında" qanuna görə məktəbəqədər təhsil fasiləsiz təhsilin başlanğıc mərhələsidir və "fərdin fiziki, intellektual və əxlaqi inkişafının təməllərini" qoymağı hədəfləyir. Məktəbəqədər təhsil 3-6/7-dək uşaqlar üçündür və istəyə bağlıdır.[3] Buna giriş məhduddur (xalis qeydiyyat nisbəti 2005-ci ildə 10% ). 2004-cü ildə Qırğızıstanda savadlılıq nisbəti yüzdə 98,7 % idi.[1] Ümumi təhsil təşkilatlarında və müvafiq təhsil fəaliyyətləri üçün lisenziyalı təşkilatlarda 5-7 yaş arası uşaqların məktəbəqədər hazırlığı üçün proqramlar həyata keçirilir. 2015-16-cı illər tədris ilindən başlayaraq Qırğızıstan Respublikasında 480 saatlıq (illik) məktəbəqədər hazırlıq həyata keçirilir.[2]
İbtidai təhsil ümumiyyətlə 6 və ya 7 yaşında başlayır, dörd il davam edir və icbaridir. 2007-ci ildən bəri ibtidai təhsildə məktəbli formaları da məcburidir.[4] Tədrisin keyfiyyətinə bəzən “zəif” deyilir:[4] Qırğızıstan PISA 2006 Orta Təhsil Keyfiyyət Analizində oxu, riyaziyyat və digər fənnlər üzrə son sıralarda yer alır.[4].[2]
Orta təhsil
Orta təhsil dörd il davam edən və məcburi olan əsas orta təhsildən başlayır. Sonra şagirdlər əhatəli və peşə təhsili arasında seçim edə bilərlər.
9-cu sinifdən sonra məzunlar təhsillərini ya 10-cu sinifdə, ya da ilk və orta peşə ixtisaslı təhsil müəssisələrində davam etdirə bilərlər. Bu cür proqramları bitirənlər peşəyə yiyələnməklə yanaşı, tam orta ümumi təhsil alırlar.[2]
Qırğızıstanda 100 peşə üzrə tədris aparılır ki, 110 ilk peşə təhsili və 131 orta peşə təhsili üzrə müəssisə var.[2]
Hərtərəfli təhsil, tamamlandığı təqdirdə - bitirmə sertifikatı (“attestat”) verən iki illik tədris proqramından ibarətdir.[5] Orta ümumtəhsil attestatına sahib olmaq ali təhsil müəssisələrinə qəbul üçün vacib şərtdir. Büdcə və müqaviləli təhsil formalarının hər hansı bir sahə və ixtisas təhsilinə qəbulu yalnız Ümumrespublika Testinin nəticələri əsasında həyata keçirilir.[2]
Ümumrespublika Testi iki hissədən - abituriyentin bir universitetdə təhsil alma qabiliyyətini müəyyən edən əsas test və məktəb tədris proqramının materialına əsaslanan və abituriyentlərin bilik səviyyəsini təyin edən fənn testləri ibarətdir. Hazırda məzunlar 6 fənn testindən - kimya, biologiya, xarici dil, riyaziyyat, tarix və fizika arasından seçim edə bilərlər.[2]
Ümumrespublika Testi ildə bir dəfə keçirilir (may, xəstələnənlər və ya müsabiqələrdə iştirak edənlər və digər məzunlar üçün əlavə test - iyun).
Universitetə daxil olmaq üçün 2015-ci ildə əsas testdən 110 bal və 60 bal toplamaq lazım idi - fənn testində Ümumrespublika Testi sertifikatları orta ümumtəhsil sertifikatı alınması ilə eyni vaxtda verilir.[2]
Ali təhsil
Ali təhsilə universitetlər, akademiyalar, ixtisaslaşmış ali təhsil müəssisələri və institutlar daxildir.[3] Ali təhsil müəssisələrinin sayı Qırğızıstan Respublikası müstəqillik əldə etdikdən sonra artmışdır - 1991-ci ildəki 12 ali təhsil müəssisəsindən 2015-ci ildə 50 təhsil müəssisənə qədər artdı. 1991-ci ildən bəri tələbə sayı da 4 dəfə artaraq 2014/15-ci illər tədris ilində 223,2 min nəfər təşkil etmişdir.[2]
Hazırda fəaliyyət göstərən universitetlərdən 33-ü dövlət, 21-i isə özəl universitetlərdir.[5]
2012-ci ildən bəri Qırğızıstan Respublikası iki pilləli ali təhsil sisteminə keçmişdir ki, bu da bakalavr dərəcəsi (240 təhsil krediti), magistr dərəcəsi (120 təhsil krediti) və mütəxəssis olmağa imkan verir (5 illik təhsil, bir sıra tibb, mühəndislik və yaradıcılıq ixtisasları). Qırğızıstanın ali təhsil müəssisələri bunlardır:[2]
- Boris Yeltsin adına Qırğızıstan-Rusiya Slavyan Universiteti (dövlətlərarası müqavilələr çərçivəsində yaradılmışdır)
- Qırğızıstan-Türkiyə Universiteti
- Orta Asiya Amerika Universiteti (Qurucusu - xarici vətəndaşdır)
- Beynəlxalq Atatürk Ala-Too Universiteti
- Akademiyalar
- İnstitutlar
Respublikada Rusiya universitetlərinin 7 filialı da var.[2]
Qırğızıstandakı universitet müəllimlərinin səriştəsi ilə bağlı tənqidçilər: bir universitetdə müəllimlik üçün magistr dərəcəsi tələb olunarkən, nəzəri olaraq əksər müəllimlərin bakalavr dərəcəsi var və ya ümumiyyətlə dərəcəsi yoxdur.[5].
Bütün peşə təhsili müəssisələri tətbiq olunan bütün təhsil proqramları üçün lisenziya tələb edir. Dövlət diplomu vermək hüququ sertifikatlaşdırma və 2016-cı ildən etibarən akkreditasiyadan keçmiş peşəkar təhsil təşkilatlarına verilir.
Ali təhsildən sonrakı təhsilə aspirantura və doktorantura təhsilləri daxildir. Dissertasiya müdafiəsi doktorluq dərəcəsi almağa imkan verir. 2013-cü ildən bu yana 6 universitetdə PhD (fəlsəfə doktoru) proqramı tətbiq edilib.[2].
Qırğızıstan Respublikası təlimlərə yönəlmiş böyüklərin yenidən hazırlanması və peşəkar inkişaf təhsili proqramı üzrə proqramlar da həyata keçirir. Bunlar 1000-dən çox təşkilat tərəfindən təmin olunur. Bu proqramlar həm əmək bazarında daha uğurlu fəaliyyət üçün insanın peşəkar səriştələrinin artırılmaslna və qazanmasına, həm də şəxsi (yaradıcılıq) maraq və bacarıqlarının reallaşdırmasına yönəldilə bilər.[2]
Təhsil sistemindəki problemlər
Təhsil və Elm Nazirliyinin məlumatlarına görə, Qırğızıstanın 2017-ci il orta təhsil müəssisələrində 1 sentyabr 2015-ci il tarixinə əsasən riyaziyyatçı, fizik, rus dili üzrə 2340 nəfər mütəxəssis müəllim çatışmır. Bölgələrdə bir müəllimin 3-4 fənndən: məsələn, biologiya, coğrafiya, rus dili və ədəbiyyatı tədris verdiyi məlumdur. Problem sonda bu cür həll olundu, 1800 məzun vakansiyalara çıxarıldı. Təcrübəli müəllimləri işə cəlb etmək üçün əmək haqqının artırılmasına qərar verildi. Nazirliyin Maliyyə Siyasəti və Büdcə Təhlili Departamentindən verilən məlumata görə, 1 sentyabr 2015-ci il tarixindən etibarən 5-11 sinif müəllimləri üçün saata görə maliyyə ödəməsi 50%, 1-4 sinif müəllimləri üçün 80% artırılıb.[6]
İstinadlar
- Kyrgyzstan country profile Arxivləşdirilib 2005-02-26 at the Wayback Machine. Library of Congress Federal Research Division (January 2007). This article incorporates text from this source, which is in the public domain.
- "Система образования". Министерство Образования и науки Кыргызской республики. 2021-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- "World Data on Education: Kyrgyzstan" (PDF). UNESCO-IBE. August 2011. 12 October 2015 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 June 2014.
- "Education in Kyrgyzstan" (PDF). UNICEF. 2008. 14 March 2009 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 16 June 2014.
- "Higher Education in Kyrgyzstan" (PDF). European Commission. 2012. 2014-12-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 16 June 2014.
- "Куда катится образование в Кыргызстане?". www.news-asia.ru. 2019-04-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-03.
Xarici keçidlər
- World Data on Education: Kyrgyzstan, UNESCO-IBE(2011) Overview of the Kyrgyz Education system
- Vocational Education in Kyrgyzstan, UNESCO-UNEVOC(2013)- Overview of the kyrgyz Vocational Education system.