Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası (1920–1925)

Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası (1920–1925) — Qazaxların RSFSR tərkibində milli muxtariyyət əldə etdikləri muxtar qurumdur( (rus.) Киргизская Автономная Социалистическая Советская Республика, Kirgizskaya Avtonomnaja Sotsialisticheskaya Sovetskaya Respublika). 1925-ci ilə kimi mövcud olan bu qurum tarixi Qazax ərazilərində yerləşdiyi üçün həmin dövrdən sonra Qazaxıstan Muxtar Sovet Sosialist Respublikası adlanmağa başladı.

Tarixi dövlət
Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası
Qırğızıstan Muxtar Sovet Sosialist Respublikası
Bayraq Gerb
Bayraq Gerb
 
 

Paytaxt Orenburq

Paytaxtı Orenburq şəhəri idi və bugünkü müstəqil Qazaxıstan Respublikasının ərazisində yerləşirdi.

Tarix

1920-ci il 26 avqustda RSFSR tərəfindən paytaxtı Orenburq olan "Qırğız (Qazaxıstan) Muxtar Sovet Sosialist Respublikasının yaradılması" haqqında sərəncam imzalandı. Muxtar Respublika Ural, Turqay və Semipalatinskoy vilayətlərinin, Zakaspiysk vilayətinin şimal hissəsinin (Adayevskiy mahalı) , Bukey ordasının və Orenburq quberniyasının cənub hissələrinin əhalisi olan qırğız-qaysaqlardan (qazaxları o dövrdə belə adlandırırdılar) formalaşmışdı.

1921-ci il Mərkəzi İcraiyyə Komitəsinin 17 yanvar qərarı ilə Omsk quberniyasının Akmolinski, Atbasarski, Kokçetavski və Petropavlovski mahalları ayrılaraq Akmolinski quberniyasını formalaşdırmışdılar.

Mərkəzi İcraiyyə Komitəsinin 10 iyun 1921-ci il qərarı ilə Qırğızıstan MSSR ilə Sibir arasında sərhəddlər müəyyənləşdirildi. (İssil-Kul stansiyası Qırğızıstan MSSR ərazisində idi həmin dövrdə).

Sərhəd xətti şərqdən İssil-Kuldan keçməklə Petropavlovsk mahalı ilə həmsərhəd oldu. Daha sonra rus bölgələrinə keçməmək şərtilə ərazinin şimal sərhədləri Kiçi-Kara və Ulkun-Kara oldu. Eləcə də, rusların daha çox məskunlaşdığı Orexovskaya, Dobrovolskaya, Moiseevskaya, Russko-Polyanskaya, Novo-Sanjarovskaya, Çernousovskaya, Stepanovskaya, Kotelnikovskaya ərazilər Qırğızıstan MSSR-in tərkibinə verilmişdi.

1 oktyabr 1921-ci ildə Omsk quberniyasının Omsk mahalının 15 rayonu Qırğızıstan MSSR-in tərkibinə qatıldı.

Mərkəzi İcraiyyə Komitəsinin 12 yanvar 1922-ci il tarixli qərarı ilə İsssil-Kul Qırğızıstan MSSR-in tərkibindən çıxarılaraq RSFSR-in Sibir sərhəddlərinə qatıldı.

15 may 1923-cü ildə respublikanın tərkibinə daxil olan bölgələr:

  • Adayev mahalı — Birbaşa respublika tabeli
  • Akmola (Astana) quberniyası — Akmola mahalı, Atbasar mahalı, Çerlaksk mahalı, Kokçetavsk mahalı, Petropavlovsk mahalı.
  • Aktubin (Aqtöbe) quberniyası — Akbulak rayonu, Aktubin rayonu, İrgiz rayonu, Mojarov rayonu, Temirov rayonu, Uils rayonu.
  • Bukeev quberniyası (Bukey ordası) — 1-ci sahil bölgəsi, 2-ci sahil bölgəsi, Kalmık bölgəsi, Narım rayonu, Kamışsamar rayonu, Talov rayonu, Torqunov rayonu, Azad qəsəbələr.
  • Kustanay (Qostanay) quberniyası — Adamov rayonu, Borov rayonu, Vsexvyatskiy rayonu, Denisov rayonu, Kustanay rayonu, Semnozerskiy rayonu, Turqay rayonu, Fyodorov rayonu.
  • Orenburq quberniyası — İlets rayonu, İsayevo-Dedovskiy rayonu, Krasnoxolmskiy rayonu, Orenburq rayonu, Orsk rayonu, Petrov rayonu, Pokrovsk rayonu, Şarlık-Mixaylovskiy rayonu.
  • Semipalatinskaya quberniyası — Zaysan rayonu, Kar-Karalinsk rayonu, Pavlodarskiy rayonu, Semipalatinskiy rayonu, Ust-Kamenoqorsk rayonu.
  • Ural quberniyası — Buxtarmin rayonu, Quryevsiy rayonu, Canbeytin rayonu, Kalmıkov rayonu, İlek rayonu, Ural rayonu.

Mərkəzi İcraiyyə Komitəsinin 21 oktyabr 1924-cü il qərarına əsasən Qırğızıstan MSSR-in tərkibinə Tok-Suransk kantonu və Zilairsk kantonunun İmanqulov bölgəsi verilmişdir (əvvəllər Başqırd MSSR-in tərkibində olublar).[1]

Qırğızıstan MSSR ərazisi
   Qırğızıstan MSSR-in 1922-ci il sərhədləri
   Qırğızıstan MSSR-ə 1924-ci ildə əlavə olunan ərazilər
   Qırğızıstan MSSR-ə 1925-ci ildə əlavə olunan ərazilər
Qazaxıstanın müasir sərhədləri

1924-cü ildə Cetısuysk bölgəsinin şimal hissələri, Sırdarinsk və Səmərqənd bölgələri də buraya birləşdirildi. Nəticədə Cetısuysk və Sırdarinsk quberniyaları yarandı. 1925-ci ilin fevralında Aral gölünün cənub sahillərində Qırğızıstan MSSR-in tərkibində olmaq şərtilə Qaraqalpaqıstan Muxtar Vilayəti quruldu.

1925-ci ilin aprelində Qırğızıstan MSSR-in adı dəyişdirilərək Qazaxıstan MSSR qoyuldu. Mərkəzi Orenburqdan Qızılordaya köçürüldü. Orenburq quberniyası isə 1925-ci ildə Qırğızıstan MSSR-dən alınaraq RSFSR-in tabeliyinə keçdi.

1936-cı il SSRİ konstitusiyasına əsasən Qazaxıstan MSSR müttəfiq respublika statusu alaraq Qazaxıstan Sovet Sosialist Respublikasına çevrildi.

İstinadlar

  1. История башкирского народа: в 7 т./ гл. ред. М. М. Кульшарипов; Ин-т истории, языка и литературы УНЦ РАН. — Уфа: Гилем, 2010. — Т. V. — С. 212. — 468 с. (rus.)

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.