Qırğızıstanın xarici siyasəti

Qırğızıstanın xarici siyasəti — beynəlxalq məsələlərdə Qırğızıstanın ümumi kursudur. Xarici siyasət Qırğızıstanla digər dövlətlər arasındakı münasibətləri tənzimləyir. Bu siyasət Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Qırğızıstan Respublikasının emblemi.

Tarixi

Müstəqillik qazandıqdan sonra Qırğızıstanın xarici siyasəti iki istiqaməti ilə müəyyənləşdirildi: birincisi, ölkənin əhəmiyyətli xarici yardımlar olmadan iqtisadi cəhətdən faydalı ola bilməyəcəyi qədər kiçik və çox kasıb olması, ikincisi, ölkənin planetin qeyri-sabit bir hissəsində və həssas vəziyyətdə olması. Bu iki fikir Qırğızıstanın, xüsusən inkişaf etmiş ölkələrə və ən yaxın qonşularına münasibətdə beynəlxalq mövqeyinə əhəmiyyətli dərəcədə təsir etdi.[1]

Qırğızıstan prezidenti Əsgər Akayev və ölkənin nazirləri müstəqillik qazandıqdan sonra başqa ölkələrə bir çox rəsmi səfərlər etdilər, əlaqələr qurdular və tərəfdaşlıq etdilər. Müstəqilliyinin ilk dörd ilində Əsgər Akayev Amerika Birləşmiş Ştatları, Türkiyə, İsveçrə, Yaponiya, Sinqapur və İsrailə ziyarət etdi. Qırğızıstan rəsmiləri İran, LivanCAR, baş nazirləri isə Avropanın çox ölkələrinə səfər edirlər. Bu səfərlərin nəticələrindən biri də Qırğızıstanın 120 ölkə tərəfindən tanınması və dünyanın 61 ölkəsi ilə diplomatik əlaqələr qurmasıdır. ABŞ səfirliyi Bişkekdə 1992-ci ilin fevralında, Qırğızıstan səfirliyi isə həmin il Vaşinqtonda açıldı. Ölkə BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta FonduAYİB də daxil olmaqla ən böyük beynəlxalq qurumların üzvüdür. Qırğızıstan Asiya İnkişaf Bankına, İqtisadi Əməkdaşlıq Təşkilatınaİslam bankçılığına da qoşulub.[1]

Əsgər Akayev dəfələrlə ölkənin xarici siyasətinin əsas prinsipinin ciddi bitərəflik olduğunu vurğulamışdır. Qırğızıstan kiçik, nisbətən yoxsul, ucqar bir ölkədir, dünya ictimaiyyətinə kömək etməkdən daha çox kömək istəməyə meyillidir. Xüsusilə müstəqilliyin ilk aylarında Əsgər Akayev, Qırğızıstanın intellektual və siyasi potensialını vurğulayaraq, beynəlxalq ictimaiyyəti ölkənin inkişafında iştirak etmək üçün cəlb etməyi ümid edirdi. Əsgər Akayev, Sovet dövründən qalma müdafiə sənayesinin çevrilməsindən sonra gözlədiyi beynəlxalq maliyyə yardımı və yüngül sənaye, əsasən elektronika sayəsində ölkəni "Asiya İsveçrəsinə" çevirmə ehtimalını açıqladı. Əsgər Akayevin nüfuzu və şəxsiyyəti sayəsində Qırğızıstan adambaşına MDB-də ən çox xarici yardım alan ölkəyə çevrildi.[1]

Bununla birlikdə, Qırğızıstan iqtisadiyyatının çökməsi və artan xalq narazılığı, Əsgər Akayev hökumətini güvənə biləcəyi beynəlxalq yardıma daha az nikbin baxmasına səbəb oldu. Eyni zamanda, ölkənin yaxınlığındakı siyasi və sosial hadisələr ölkə rəhbərliyini daxili problemlərdən daha çox xarici siyasət problemlərinə diqqət ayırmağa məcbur etdi.[1]

Qonşu dövlətlərlə münasibətlər

Azərbaycan–Qırğızıstan münasibətləri

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir.[2] Belə ki, azərbaycanlılarqırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir.

İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayının 19-da qurulmuşdur[3].1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında, 1998-ci ilin may ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.

Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında (Bişkek şəhərində) Səfirliyi təsis edilmiş[4], fəaliyyətə bundan 1 il sonra – 2007-ci ilin sentyabr ayında başlamışdır[5].

Qazaxıstan–Qırğızıstan münasibətləri

Hər iki ölkə Müstəqil Dövlətlər Birliyi (MDB), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvüdür. 2012-ci il nəticələrinə görə Qazaxıəstan Qırğızıstanın Rusiya və Çindən sonra ən böyük iqtisadi tərəfdaşıdır. Ticarət dövriyəsinin 12,7 % Qazaxıstanın payına düşür.

12 avqust 2015-ci ildə Qırğızıstan Avrasiya İqtisadi Birliyinin tam hüquqlu üzvü olmuşdur[6]. AİB üzv olduqdan sonra Qırğızıstan sərhəddində gömrük nəzarəti ləğv edilmişdir.

Çin–Qırğızıstan münasibətləri

Çin Xalq Respublikası və Qırğızıstan arasında mövcüd ikitərəfli əlaqələr. İki ölkə arasında ilk diplomatik əlaqələr 1992-ci ildə qurulmuşdur. İki ölkə arasında dövlət sərhəddi 858 km[7] km təşkil edir. 2011-cio ildə Qırğızıstanın ümümdaxili məhsulunun 15,57 % Çin tərəfindən alınmışdır.

1999–2012-ci illərdə Çin Bişkekə 11 mln dollar dəyərində hərbi texnika ixrac etmişdir. 2013-cü ildə isə Pekindən gələn hərbi yardım 17,5 mln dollar dəyərində olmuşdur. zanbaq inqilabı zamanı Çin ordusu iki ölkə arasında sərhədə toplanılır. 2010-cu uildə isə Çin Xarici İşlər Naziri "Qırğızıstandakı vəziyyətlə bağlı dərin narahatlıq keçirdiklərini və ölkədə tezliklə asayışın və stabilliyin bərpa olunacağına ümid bəslədiyini" bildirmişdir. 2010-cu ilin payızında hər iki ölkənin 1000 nəfərlik anti-terror qrupları arasında təlimlər keçirilmişdir[8][9].

İstinadlar

  1. "Kyrgyzstan — Foreign Relations". 2021-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  2. Azərbaycan — Qırğızıstan münasibətləri Arxivləşdirilib 2021-07-14 at the Wayback Machine. aliyevheritage.org (az.)
  3. Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı Arxivləşdirilib 2012-09-20 at the Wayback Machine. mfa.gov.az (az.)
  4. Azərbaycan Respublikasının Qırğız Respublikasında (Bişkek şəhərində) səfirliyinin təsis edilməsi haqqında Arxivləşdirilib 2018-10-29 at the Wayback Machine Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli, 129-IIIQ nömrəli Qanunu. e-qanun.az  (az.)
  5. Azərbaycan Respublikası — Qırğız Respublikası münasibətləri Arxivləşdirilib 2015-04-26 at the Wayback Machine. mfa.gov.az, 18.09.2014 (az.)
  6. "Киргизия стала полноправным членом ЕАЭС". RT. 2015-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 ноября 2017.
  7. "The World Factbook". 2016-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  8. "China, US, Russia eye Bishkek". 2012-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
  9. Gomez, Christian. "China Set to Exert Its Military Influence Abroad". New American. 2013-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-11.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.