Qılıncyurd dağı

Qılıncyurd dağı – Culfa rayonu ərazisində dağ (hünd. 2455,2 m). Zəngəzur silsiləsinin cənub-qərb istiqamətli Dəmirlidağ-Göydağ  qolundan qərbə ayrılan eyniadlı şaxəsinin  suayırıcısındakı zirvə. Teyvaz kəndindən 3,7 km cənub-şərqdədir. Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarib çıxan dioritkvarsdiorit-porfir tərkibə malik Alt Miosen yaşlı Göydağ subvulkanik massivinin qərbində  yerləşmiş  günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-qərb cinahında müşahidə edilən Mərəlik-Göynük  sinklinalının maqmatık kütlə ilə yarılmış cənub-şərq sentriklinal hissəsinə aiddir. [1]

Qılıncyurd dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 2455,2 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

Həmçinin bax:

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.