Qılınc
Qılınc ― metal tildən və dəstəkdən ibarət, uzun və pazformalı kəsici tilə malik soyuq silah.
Qılıncın tili xəncərə nisbətən uzundur. Buna baxmayaraq bu növdən olan silahların xəncər və qılınca bölünməsi şərtidir. Qılınclar forma və ölçülərinə görə müxtəlif olurlar. İlk dəfə olaraq bürünc qılıncların istifadəsi, kəsici tilləri daha uzun şəkildə hazırlamaq imkanı yarandığı dövrə, ikinci minilliyin əvvəlinə aid edilir. Dəmir qılınclar isə b.e.ə. 1300-cü ilə təsadüf edir.[mənbə göstərin]
Zaman keçdikcə ağırlaşan zirehli döyüş paltarları silahların da inkişafını tələb eidrdi. Beləki, qılınc da qalın zirehə malik olan paltarı deşməyə qadir olmalı idi. Metal qoruyucu paltarların geniş yayılmaıs sonralar dəbliqələrin istifadəsini məhdudlaşdırır və döyüş zamanı sol əlin sərbəst olmasına imkan verir. İlk zamanlarda düzəldilən qısa qılınclar (0,8–1 m) sonralar uzn formada hazırlanırlar. Belə uzun qılıncların zərbəsi ilə zirehli paltarı deşmək və düşməni yaralamaq mümkün idi.[mənbə göstərin]
Növləri
Tarixdə qılınc qədər təkamül keçirmiş başqa silah tapmaq çətindir. Misirlilərin oraqşəkilli qılıncları, Roma gladiusları, Yapon katanaları fərqli qılınc növlərinə misal ola bilər. Hər iki kənarı iti olan, sadəcə tək kənarı iti olan və sadəcə deşmək üçün istifadə olunan tipləri də mövcuddur.[mənbə göstərin]
Misri qılınc
Orta əsrlərdə Yaxın Şərqdə, həmçinin Azərbaycanda geniş yayılmış qılıncların ən iti, keçərli növüdür. Şifahi xalq ədəbiyyatında Koroğlunun əfsanəvi qılıncı olmuşdur. Misri qılınc xüsusi növ poladdan (Dəməşq poladı) düzəldirilirdi. Möhkəmliyi və kəsəri ilə fərqlənən misri qılıncın tiyəsi, adətən, əyri və birağızlı olurdu. Azərbaycanda XIV əsrdən geniş yayıldığı ehtimal edilir. "Koroğlu" dastanında, Nəsimi, Xəstə Qasım, Səməd Vurğun və başqa şair və aşıqların şeirlərində misri qılıncın adı çəkilir.[1]
Həmçinin bax
İstinadlar
- Мисри гылынҹ // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: Мисир—Прадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 7.