Qışqırıq 2 (film, 1997)
Qışqırıq 2 (ing. Scream 2) — Ues Kreyven tərəfindən 1997-ci ildə çəkilən filmdir.
Qışqırıq 2 | |
---|---|
ing. Scream | |
Janr | sleşer, müəmma filmi[1][2] |
Əsas mövzu | qisas[d][3], seriyalı qatil[3], kütləvi informasiya vasitələri[3] |
Rejissor | Ues Kreyven |
Prodüserlər |
|
Baş rollarda |
Niv Kempbell Devid Arkett Lesli Hoffman |
Operator |
|
Distribütor | UIP-Dunafilm[d], Dimension Films |
İlk baxış tarixi | 10 dekabr 1997[4] |
Filmin növü | Triller |
Müddət | 120 dəq. |
Büdcə | $24 milyon |
Gəlir | 172.363.301 $[5] |
Ölkələr | ABŞ |
Dil | İngilis dili |
İl | 1997 |
Əvvəlki film | Qışqırıq |
Sonrakı film | Qışqırıq 3 |
Rəng | rəngli |
Çəkiliş yeri | Ambassador Hotel[d] |
IMDb | ID0120082 |
Məzmun
Vudsbor qəsəbəsində lisey təhsili görərkən yaşadığı dəhşət verici hadisələrdən sonra Sidney ilə yaxın yoldaşı Rendi, Ohayo ştatında Vindsor Universitetinə başlamış, Teatr və Film təhsili görməkdədirlər. Ancaq iki zənci kino şagirdinin, Vudsbordakı hadisələri mövzu alan "Bıçaq" filminin bir göstərimi sırasında yenə kino salonunda öldürülməsi qanlı hadisələrin yenidən başladığına işarə edir.
Başlarda buna qeydsiz qalan Rendi və Sidni, qız şagirdlərdən birinin universitet yurdunda öldürülməsi və eyni saatlarda Sidni də yoldaşlarıyla geçirdiyi əyləncədə Qatil tərəfindən hücuma məruz qalması ilə vəziyyətə daha da ciddi edir. Öldürülən şəxslərin adları araşdırıldığında qatilin Vudsbordakı cinayətləri ad bənzərliyi ilə təqlid etdiyi nəticəsinə çatılar. Daha doğrusu qatil jurnalist Qeyl Uidersin ilk filmdəki cinayətləri bəhs edən "Vudsbor Cinayətləri" adlı kitabını təqlid edir. Amma qısa müddət sonra qatil bu təqlidi buraxıb təsadüfi cinayət işləməyə başlar.
Jurnalist Qeyl, Debbi və Rendi vəziyyəti təhlil etmək üçün düşünərkən, universitet şəhərciyində telefon səsi eşidilir. Axtaran qatildir və bunun üzərinə Qeyl ilə Debi şəhərcikdə qatilin axtarışına çıxırlar, Rendi isə telefonla danışmağı davam etdirir. Qatillə uzun bir söhbətdən sonra, Rendi qatil tərəfindən, Qeylə aid olan minioavtobusu içinə çəkilir və orada öldürülür. Daha sonra Rendini axtaran Qeyl və Debbi onun miniavtobusda cəsədi ilə qarşılaşarlar.
Bu vaxt ilk filmdə anasının qatili olduğu şübhəsi ilə həbs olunan və haqqında edam hökmü verilmiş olan, amma daha sonra gerçək qatillərin ortaya çıxmasıyla yollanılan Kotton Viri, televiziya proqramında bir reportaja qatılmasından sonra Sidnini sıxışdırır. Vəziyyəti müşahidə edən dedektivlər Kottonu həbs edir və şöbəyə aparırlar. Artıq sorğulanan Kottonun, qatil olduğuna dair heç bir dəlil olmaması səbəbiylə geri buraxılır.
Rendinin öldürülməsiylə birlikdə detektiv qarovulunda başqa bir bölgəyə Sidni və otaq yoldaşı götürülərkən, qatilin hücumuna uğrayar və dedektivlər öldürülər. Daha sonra sıxışan vasitədən yoldaşıyla birlikdə xilas olar. Amma bu zaman yoldaşı qatil tərəfindən öldürülür.
Debbi və Qeyl, qatili tapa bilmək üçün daha əvvəl Rendinin kamera ilə etdiyi çəkilişləri izləməyə qərara alırlar. Bunun üçün məktəbin kino hissəsinə gedir və kasetləri araşdırarlar. Bu zaman qatilin hücumuna uğrayarlar və Debi ağır yaralanır. Qeyl isə qaçmağı bacarır. Amma telefon daxmasında bir başqa mətbuat müxbiri tərəfindən girov alınır.
Detektivlər və yoldaşı öldürüləndən sonra Sidni, məktəbin teatr salonuna gedərək kömək axtarır. Lakin Sidni burada qatil ilə üzləşir. Qatil sinif yoldaşlarından Mikki Altierdir. Mikkinin Sidi ilə fərdi bir problemi olmamasına baxmayaraq, qorxu filmlərinin tamaşaçı üzərindəki pis yan təsirlərini etiraz məqsədiylə bu cinayətləri işlədiyini və ortadan yoxaçıxacağını, təslim olub duruşmaya çıxacağını, özü kimi düşünənlərlə ictimaiyyət yaradacağını izah edir. Ancaq Qeyli girov alan müxbir digər qatildir və əsas şəxsiyyəti ilk filmdəki qatillərdən biri olan Billi Lümisin anası Debbi Lümisdir. Oğlunu öldürən Sidnidən intiqam almaq istəyir və Sidnini cinayətlərin əsas səbəbi olaraq göstərər. Debbi ortağı Mikkini öldürmə məqsədli ağır yaralar. Ayrıca Sidni də öldürdükdən sonra cinayətlərin hamısını Mikinin üstünə yıxmağı planlamaqdadır. Uzun bir döyüşdən sonra Debbi, Sidneydə öldürmə imkanı tutar, amma içəri Kotton içəri girər. Kotton Debbini öldürür və Sidni ilə Qeyl də son anda qiyam qaldıran Mikkini öldürər.