Qış sarayında yanğın

Qış sarayında yanğınRusiya çarlarının Sankt-Peterburqdakı iqamətgahı 17 dekabr 1837-ci ildə, divar arası alovlanma səbəbindən baş vermişdi.[1]

Klod Jozef Verne - "Qış sarayında yanğın", 1838.
B. Qrin - Qış sarayında yanğın, 1837, suluboya, 1838

Üç gün müddətində yanan sarayın alovları 50-70 verst (50-75 km/30-45 mil) məsafədən görünmüşdü.[2] Yanğında otuz gözətçinin ölməsinə baxmayaraq, demək olar ki, sarayda olan bütün eksponatlar, Hərbi qalereyaFeldmarşallar zalındakı portretlər, həmçinin Böyük saray kilsəsindəki dəyərli əşyalar xilas edilmişdi.

Hadisələrin gedişatı

Yanğın, qığılcımın nəfəslik vasitəsiylə Feldmarşallar zalının taxtadan olan qoşa divarı arasına düşməsi nəticəsində baş vermişdi.[1] Bundan sonra divarlar daxildən yanmağa başlamış və alov Kiçik taxt zalının damına keçmişdi.[1] Quru taxtadan inşa edilmiş və yağlı boya ilə bəzədilmiş daxili divarlar, qısa zamanda alışmağa başlamışdı.

Hadisə baş verən zaman imperator ailəsi Mixail teatrında idi, bu zaman, bir yavər o dövrün nazirlərindən biri olan Şahzadə Volkonskiyə yaxınlaşaraq hadisə haqqında məlumat verir.[3] Şahzadə yavərə tapşırıqlar verərək, sakit şəkildə tamaşanı izləməyə davam edir.[3] Saat yarım sonra yavər yenidən qayıdır və bu zaman nazir I Nikolayla danışmağa məcbur olur.[3]

Yanğının Ermitaj binasına keçməsinin qarşısını ala bilmək üçün I Nikolay təcili şəkildə birləşdirici dəhlizin uçurulmasını və damın sökülməsini əmr etdi.[1] Lakin, imperatriçanın gizli müşaviri Şambonun “Burada hər şey imperatriçaya məxsusdur. Heç nə dağıdılmamalıdı.[1] əmrindən sonra, yanğınsöndürmə işində xeyli çətinliklər meydana gəldi.

Yaxınlıqda yerləşdiyinə görə, Preobrajenski qvardiyası hadisə yerinə birinci gəlmişdi.[4] Təqaüdçü general-mayor Baranoviç, 10-cu Dəniz ekipajından Nestor Trayanov və komissar bölməsindən Abraham Dorofeyevin, artıq alışmaqda olan ikonostasdan “Xilaskar Məsih” ikonasını xilas etməsini təsvir etmişdi.[2] Onların hər ikisi üç yüz rubl mükafat almış, Troyanov isə mühafizəçilər dəstəsinə köçürülmüşdü.[2]

1882-ci ildə şahid Kolokoltsevin ifadə verməsinə qədər, rəsmi məlumatlarda yanğında heç kimin ziyan çəkmədiyi bildirilirdi.

Yanğından sonra sarayın fasadı və parad zalları Vasili Stasov, digər otaqları isə Aleksandr Briullov tərəfindən bərpa edilmişdir. 1838-1839-cu illərdə sarayın yanmış taxta divarları metal konstruksiyalı daş hörgü ilə yenidən inşşa edilmişdi. Bütün taxta detallar dəmirlə əvəzlənmişdi. 1838-ci ilin sonlarına kimi inşaat işlərinə 100,000 rubldan çox pul xərclənmişdi. [5]

İstinadlar

  1. 100 великих катастроф, М., Вече, 1999, p. 261 ISBN 5-7838-0454-1
  2. 100 великих катастроф, p. 262
  3. Blackwood's Edinburgh Magazine, 1851, p. 158
  4. 100 великих катастроф, p. 260
  5. 100 великих катастроф, p. 264
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.