Qış sarayının Neva anfiladası

Neva anfiladası (rus. Невская анфилада) - Sankt-Peterburqdakı Qış sarayının Neva çayına baxan hissəsində yanaşı yerləşən üç dəbdəbəli mərasim zalından təşkil olunmuş otaqlar seriyasıdır.

Neva anfiladası
Neva anfiladası sarayın planında qırmızı rənglə göstərilib: A-Konsert zalı, B-Nikolay zalı, C-Böyük Qəbul zalı. Digər: 1:Malaxit zalı; 2: Ərəb zalı; 3:İordan pilləkəni; 4: Fedmarşallar zalı; 5: Kiçik taxt zalı; 6: Gerb zalı; 7: Hərbi qalereya; 8: Böyük taxt zalı; 9: Böyük saray kilsəsi.

1753-cü ildə anfiladanın yerləşdiyi yerdə memar Françesko Bartolomeo Rastrelli tərəfindən beş otaq inşa edilmişdi. Lakin 1790-cı ildə həmin otaqlar sökülərək, yerində memar Cakomo Kvarencinin layihəsi əsasında üç böyük zal tikildi. 1873-cü ildə Qış sarayında baş verən yanğından sonra, zallar Vasili Stasovun rəhbərliyi altında bərpa edilmişdir.

Tez-tez balların keçirildiyi zallar imperator sarayının həmişə diqqət mərkəzində olan hissəsi olmuşdur. 1915-ci ildə sonuncu Rusiya imperatoru II Nikolayın göstərişi ilə Neva anfiladası hərbi hospitala çevrilmişdir. 1917-ci il Rusiya İnqlabından sonra sarayın digər otaqları kimi, Neva anfiladası da Ermitajın sərgi zalları kimi istifadə olunmağa başlamışdır.

Tarixi

Qış sarayı 1732-ci ildə Çariça I Annanın sifarişi ilə memar Françesko Bartolomeo Rastrellinin layihəsi əsasında inşa edilmişdir. I Pyotrun kiçik malikanəsi və admiral-general Fyodor Matveyeviç Apraksinin sarayının özülləri əsasında çariça Qış sarayını inşa etdirmişdir.

I Annadan sonra hakimiyyətə gəlmiş İmperatriça I Yelezavetanın hakimiyyəti dövründə saray üzərində işlərini davam etdirən Rastrelli 1753-cü ildə nəhəng ölçülərə malik tamamilə yeni bir saray planı işləmişdir ki, bu plan da bugünkü barokko stilli Qış sarayının planı idi; çariça ölçüləri və gözəlliyi ilə Avropa sarayları ilə müqayisə oluna biləcək bir saray inşa edilməsini istəyirdi.[1] Sarayın inşasının tamamlanması kraliçanın şərəf məsələsi hesab edilirdi və inşaata gərəkli olan xərclərin ödənilməsi üçün bütün ölkədə vergilər qaldırılmış, daha sonra təkrarən duz və spirtə əlavə vergi təyin edilmişdir, bundan əlavə Rusiya vətəndaşları ölkənin apardığı ağır müharibələrə görə də vergi ödəməli idilər. Ümumilikdə sarayın inşasına 2,500,000 rubl xərclənmişdir.[2] 1759-cu ildə II Yelezavetanın ölümündən qısa müddət sonra imperiya sarayı adına layiq olan binanın tikintisinin tamamlanmasına çox az qalmışdı; həmin dövrdə Neva anfiladası beş dövlət zalından ibarət idi. İnşaat işləri Yelezavetanın varisi [III Pyotr] və ondan sonra hakimiyyətə gəlmiş II Yekaterinanın hakimiyyəti dövründə də davam etdirilmişdir.

II Yekaterinanın zamanında Avropada neoklassisizm dəbdə idi və imperatriça da bu stilin həvəskarı olmuşdu. Buna görə də Rastrelli işdən azad edilmiş və yeni stildə işləməyi bacaran yeni memarlar sarayın inşasına cəlb olunmuşdu. Həmin dövrdə sarayın orijinal rokoko stilli interyeri daha sadə və sərt neoklassik tilli interyerlə əvəzlənmişdir. Neva anfiladası isə 17901793-cü illərdə memar Cakomo Kvarenci tərəfindən tamamilə yenidən qurulmuşdur. Mərtəbənin hündüryünü nəzərə alan memar beş dövlət otağını ləğv edərək, yerində üç nəhəng zal inşa etmişdir; Konsert zalı, Böyük zal və Böyük Qəbul zalı. Süni mərmər, sütunlar və real insan ölçülü fiqurlarla bəzədilmiş zalların interyeri neoklassisizm stilində həll edilmişdir.[3]

1837-ci ildə sarayın interyerinin böyük bir hissəsini məhv edən yanğından sonra, zallar oxşar tərzdə memar Vasili Stasov tərəfindən bərpa edilmişdir.[4]

Enfiladanın istifadəsi

Rusiyanın sonuncu çarı II Nikolayın Nikolay zalı fonunda çəkilmiş portreti, müəllif:Ernst Lipqart, 1900-cü illər.

1905-ci ilə kimi imperator və imperatriça qış aylarını Sankt-Peterburqda, Qış sarayında keçirirdilər və həmin dövr şəhərdə sosial canlanma dövrü idi ki, bu canlanmanın da mərkəzində Qış sarayı, xüsusilə onun birinci mərtəbəsindəki zallar dayanırdı. İlin digər vaxtlarını isə monarx və ailəsi başqa yerlərdə keçirir, Qış sarayı isə yalnız dövlət rəsmiləri tərəfindən istifadə olunurdu. Neva anfiladası bərpa edilərkən, onun yalnız əyləncəli mərasimlər və ballar üçün deyil, həm də rəsmi mərasimlər üçün istifadə ediləcəyi nəzərə alınmışdı.

1917-ci ildən əvvəl mərasim və digər tədbirlər zamanı, Enfiladanın zallarına giriş hüququ rütbə ilə müəyyənləşdirilirdi. Ən mühüm qonaqlar imperator otaqlarına yaxın yerləşən Konsert zalında, daha az əhəmiyyətli qonaqlar Nikolay zalında, digər qonaqlar isə Böyük Qəbul zalında qəbul edilirdi.[5] İmperator sarayı rütbə bölgüsünə çox ciddi yanaşırdı. Bu xüsusilə saraydakı qadınlar arasında çox ciddi qəbul olunurdu. Etiketə görə, bütün saray qadınları ağ ipək parçadan kiçik dekolteli donlar, qırmızı və ya zeytun yaşılı, qızılı işləməli çiyin örtükləri geyinirdilər. Başlarına isə, qırmızı və ya yazıl rəngli, zinət əşyaları ilə bəzədilmiş kokoşniklər taxırdılar. Digər qadınlar rəngarəng paltarlar geyinsələr də, kokoşnik saray geyiminin ən vacib detalı idi.[5]

Bu klassifikasiya xanımların "Dames a Portrait" yoxsa "Demoiselles d'Honneur" olduqlarını müəyyənləşdirməyə kömək edirdi. Bunlardan daha yuxarı təbəqə olan birincisi, imperatriçanın brilyantlarla bəzədilmiş portretini sol döşünün üzərində gəzdirir, ikincisi isə Çariçanın brilyantlarla dövrələnmiş venzelini taxırdı. Bu iki təbəqə arasında "Dames du Palais" adlı təbəqə yerləşirdi ki, bu təbəqəyə məxsus xanımlar da "Dames a portrait" kimi zeytun yaşılı rəngli paltar geyinirdilər. Daha aşağı təbəqə olan "Demoiselles d'Honneur" xanımları isə qırmızı paltar geyinirdilər.[5]

Çar və çariçaya məxsus qırmızı və yaşıl rənglərdən başqa digər rənglər müxtəlif böyük knyaginyalara məxsus idi. Hər bir böyük knyaginya öz rənginə əsasən tanınırdı və həmin rəngdə paltar geyinirdi. Kraliça Viktoriyanın xarici müşaviri 1894-cü ildə ona yazdığı məktubda Qış sarayının Neva anfiladasında keçirilən mərasim haqqında məlumat verir və qeyd edirdi ki, Böyük knyaginyaların paltarının rəngi “narıncı rəngin xüsusi xoşagəlməz çaları”dır.[6] 1855-1881-ci illərdə II Aleksandrın hakimiyyəti dövründə sarayın dövlət otaqlarının özünəməxsus qu nəğməsi olmuşdur.

II Aleksandr Qış sarayından təkcə imperiyanı idarə etmək üçün deyil, həm də əyləncə üçün istifadə edən sonuncu Rusiya çarı olmuşdur. Həmin dövrdə sarayda tez-tez “Bals des Palmier” təşkil edilirdi. Buna görə də Çarskoe Selodakı istiliklərdən yez palma ağacı gətirilmişdi; onlar bütün enfilada otaqlarında yerləşdirilmiş və hər ağacın ətrafında 15 nəfərlik masalar quraşdırılmışdı. Mərasim boyunca çar bütün masaların ətrafında gəzər və hər masada çörək və ya meyvə yeyərdi ki, qonaqların hamısı çarla nahar etdiklərini deyə bilsinlər.[7]

II Aleksandrın öldürülməsindən sonra Qı sarayı bir də heç vaxt əsl yaşayış məkanı olmamışdır. III Aleksandr çox qorxduğundan yüksək səviyyəli təhlükəsizliyin yaradılmasını tələb etmiş, bu cür təhlükəsizlik isə Qış sarayı üçün əlçatmaz olmuşdu.[8] Bundan sonra imperator ailəsi Sank-Peterburqun yaxınlığında yerləşən Qatçina sarayında məskunlaşmışdı.[8] Sankt-Peterburqda olduğu zaman çar ailəsi Ançikov sarayında məskunlaşırdı, Qış sarayı isə yalnız rəsmi məqsədlər üçün istifadə olunurdu. III Aleksandr cəmiyyət arasında olmağı o qədər də sevmirdi, buna görə də, onun dövründə ballar saat 6am olana kimi dağılırdı; 2am-dən başlayaraq çar musiqiçiləri bir-bir buraxırdı və sona yalnız pianoçu qalırdı ki, bu zaman da qonaqlar dağılırdılar.[9]

Qış sarayında sonuncu imperial məclisi 1903-cü il 11-13 fevral tarixində I Alekseyin hakimiyyətə gəlməsinin qeyd edilməsi məqsədiylə keçirilən kostyumlu bal (Qış sarayında 1903-cü il balı) olmuşdur. Böyük knyaz Aleksandr Mixayloviç bu hadisəni belə xatırlayır: “imperiya tarixində son tamaşa bal...[lakin] yeni və düşmən Rusiya bala pəncərədən baxırdı...biz rəqs elədiyimiz müddətdə, işçilər qol döyürdülər və Yaxın Şərqdən gələn təhlükəli buludlar getdikcə aşağı enirdilər.”[10] Bütün çar ailəsi XVII əsrin zadəgan geyim tərzinə uyğun zəngin paltarlar geyinmiş, bu mərasim üçün xüsusi olaraq Moskva Kremlindən gətirilmiş[11] çox dəyərli, orijinal zinət əşyaları ilə bəzənmişdilər, çar özü I Aleksey kimi, imperatriça isə Mariya Miloslavskaya kimi geyinmişdi, balda imperator ailəsinin birlikdə son fotosu çəkildi.[12]

Zallar

Aleksandr Kolb, 1860-cı illər. Konsert zalının görünüşü. Qarşıda Nikolay zalına açılan qapı görünür.

Konsert zalı

Konsert zalı qoşa Korinf sütunları ilə dəstəklənən arxitravdır; sütunların başı real insan ölçülərinə uyğun müxtəlif muza fiqurları ilə tamamlanmışdı. Zal anfiladanın qərb qurtaracağında yerləşən Böyük qəbul zalı kimi barokko təsirli neoklassisizm stilində bəzədilmişdi. Ölçülərinə görə Qış sarayına uyğun olan Bukingem sarayı, Keluş sarayıSan-Susi sarayı kimi Avropa kral saraylarının hamısında xüsusi musiqi zalları var idi və Qış sarayı inşa olunarkən, memarların qarşısına sarayda xüsusi musiqi zalının yaradılması tələbi qoyulmuşdu. Həmçinin, II Yekaterina San-Susi sarayının sahibi Böyük Frederikin ala bilmədiyi incəsənət kolleksiyasını Qış sarayı üçün ala bildiyinə görə çox sevinirdi.

İmperatorun hərəkəti məhz iki zal hündürlüyündə olan bu nəhəng zaldan başlayırdı. Ona görə də ən yüksək rütbəli və hörmətli qonaqqlar məhz bu zalda qəbul edilirdi.[5] Bu zaman, fantastik geyimli: qırmızı şalvar, qızılı pencək və ağ türbanlı çarın şəxsi mühafizəkarları olan dörd “nəhəng efiopiyalı” təntənəli şəkildə imperator ailəsinin şəxsi otaqlarından olan Ərəb zalının qapısını açır və imperator ailəsinin üzvləri Konsert zalına daxil olurdu, bundan sonra onlar anfilada zalları boyunca hərəkət edirdilər.[13][14] Kortecə imperator tacını daşıyan xüsusi saray xadimləri də daxil idi.[15] Nadir hallarda zal adına uyğun olaraq konsertlər, musiqi məclisləri və ballar üçün istifadə olunurdu.

Bu gün Ermitaj muzeyinin tərkibində olan bu zalda əvvəl Aleksandr Nevski monastırında saxlanan Aleksandr Nevskinin müqəddəs əmanətləri və sarkofaqı nümayiş olunur. Həmin əşyalar 1922-ci ildə vaxtilə imperator ailəsinin çıxış qapısı olan hissəni tutmaq üçün saraya gətirilmişdi.

Nikolay zalı

Nikolay zalı, Konstantin Uxtomski, 1879.

Nikolay zalı anfiladanın mərkəzində yerləşir. 1,103 m² (11,870 sq ft) ölçüsündə olan zal sarayın ən böyük otağı olmaqla, erkən dövrdə yalnız Böyük zal kimi tanınmış, böyü məclislərə və ballara ev sahibliyi etmişdir. I Nikolayın ölümündən sonra mərhum çarın at üzərində olan böyük portreti bu zalın divarından asıldı və zal onun adı ilə adlandırılmağa başladı.

Əvvəlki otaq – Konsert zalındakı memarlıq ritminin saxlandığı Nikolay zalı da ciddi görünüşə malikdir. Burada arxitrav birbaşa ravanın mərkəzindədir. Zalın yeganə bəzəyi Korinf sütunları üzərində oyma naxışlar və antablementdir.

1902-ci ildə yazdığı yazıda Sazerlend hersoqinyası və Amerikada doğulmuş, Britaniyada böyük saraylardan birinin sahibi olan hersoqinya Malboro Nikolay zalında keçirilən dəbdəbəli dövlət balı haqqında fikirlərini bölüşmüşdü.

Sazerlend hersoqinyası yazır:

" “Sarayın pilləkənləri nəhəng bədən ölçülərinə malik kazaklar tərəfindən mühafizə olunurdu, mən həyatımda heç vaxt bu qədər parlaq mənzərə görməmişdim – işıq, mundirlər, böyük otaqlar, kütlə, musiqi və bütün bunlar görüntünü barbar dəbdəbəsi həddinə çatdırırdı...Onlar şam yeməyinə təxminən dörd min nəfərlə birgə otururlar.” "

Eyni zamanda hersoqinya Malboro nahar haqqında qeyd edir ki, (o, Çarın yanında əyləşmişdi), “suplar, balıq kürüsü, nəhəng nərə balıqları, ət növləri, paştetlər, buz, meyvə və çiçəklərlə dolu masalara Jermen dəbi ilə bəzədilmiş qızıl və gümüş qablar düzülmüşdü.”

İronik olaraq, hersoqinya Sazerlend saray qapılarından kənarda yaşayan ac insanları da təsvir edir: “...aristokratiya, nəciblik və zərafət fonunda kəndlilərin aclıq və səfalət içində olan həyatını da görmək mümkün idi.”[16]

Birinci dünya müharibəsi zamanında Nikolay zalı xəstəxana palatası olaraq istifadə olunurdu. Ermitaja Mixail Artamanovun direktorluq etdiyi dövrdə, 1957-ci ildə zal restavrasiya olunmuşdur.[17]

Böyük qəbul zalı, K. Uxtomski, 1861

Böyük qəbul zalı

Böyük qəbul zalı qış sarayının dövlət otaqlarına əsas giriş zalıdır. İordan pilləkənindən sonra ilk böyük otaq olan bu zal Neva anfiladasına ilk giriş məkanıdır və zal iki çıxış yolu verirdi: ya ildə bir dəfə Neva suyuna xeyir-dua verilməsi zamanı olduğu kimi saraydan çıxış üçün İordan pilləkəninə doğru ya sağa dönərək Anfilada boyunca Kiçik taxt zalına doğru irəliləmək və ya Gerb zalından keçərək Hərbi qalereya, Böyük taxt zalı və ya Böyük saray kilsəsinə doğru hərəkət.

Sərgi zalları

Bu gün Ermitajın təkibində olan Anfilada zallarında konservasiya işlərindən sonra minimal mebel saxlanılıb və boş zallar sərgi üçün istifadə olunur. Zallarda hər pəncərənin qarşı tərəfində divara bərkidilmiş güzgülərin üstü örtüldüyündən, interyerin gözəlliyini görmək üçün yuxarıda yerləşən fiqurlara, tavana və çilçıraqlara baxmaq lazımdır.

İstinadlar

  1. State Hermitage Museum (1754)
  2. Orloff, Alexander, and Shvidkovsky, Dmitri. (1996). Saint Petersburg: Architecture of the Tsars. New York: Abbeville Press.
  3. The State Hermitage Museum (Catherine II (1762-1796))
  4. The State Hermitage Museum (1840)
  5. Sitwell
  6. Lord Carrington to Queen Victoria; 14 November 1894. Quoted Maylunas, p110.
  7. Cowles, pp190-192
  8. Cowles, p. 216.
  9. Cowles, p221
  10. Maylunas, p. 226.
  11. Maylunas, p. 227.
  12. Kurth, p. 64.
  13. Massie, p. 129.
  14. Sitwell yazır: "Onlar adi zəncilər olmayıb, xristian abissinlər idilər."
  15. Maylunas, p110
  16. Stuart, p97.
  17. Norman, 283

Ədəbiyyat

  • Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201). London: Hamlyn Publishing Group Ltd. 1969. ISBN 0-600-01682-X.
  • Kurth, Peter. Tsar: The Lost World of Nicholas and Alexandra. London: Little, Brown and Company (UK) Ltd. 1995. ISBN 0-316-50787-3.
  • Massie, K. Robert. Nicholas and Alexandra. Atheneum. New York. 1967.
  • Maylunas, Andrei, Mironenko, Sergei. 'A Lifelong Passion. London: Weidenfeld and Nicolson. 1996. ISBN 0-297-81520-2.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.