Qış sarayının Aleksandr zalı
Aleksandr zalı (rus. Александровский зал) - Sankt-Peterburqdakı Qış sarayının cənub-şərq hissəsində yerləşən parad zalıdır.
Aleksandr zalı
Tarixi
Aleksandr zalı XIX əsrin 30-40-cı illərində Aleksandr Brüllov tərəfindən (məşhur rəssam Karl Brüllovun qardaşı) inşa edilmişdir. Memarın layihəsinə əsasən bu zal imperator I Aleksandrın xatirəsini əbədiləşdirməli idi. Bu memar həm də, Aleksandr zalından sonra gələn Neva enfiladasına daxil olan zalların müəllifidir. Hazırda həmin zallarda Ermitajın fransız rəssamlığı kolleksiyaları nümayiş etdirilir.
Memarlıq xüsusiyyətləri
Zal qotikləşdirilmiş klassisizm üslubunda inşa edilmişdir. Zalın divarları müəllifi memar Fyodor Tolstoy olan və rusların fransızlar üzərində qələbəsinə həsr edilmiş iyirmi dörd medalyonla bəzədilmişdir.[1]
- Çareviç Aleksandr Nikolayeviçin vestibülü, E.P.Hau, 1860
- Zalın müasir dövrdə görünüşü.
İstinadlar
- "The State Hermitage Museum". 2013-08-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.
Ədəbiyyat
- Budberg, Moura. Great Palaces (The Winter Palace. Pages 194–201). London: Hamlyn Publishing Group Ltd. 1969. ISBN 0-600-01682-X.
- Norman, Geraldine. The Hermitage: The Biography of a Great Museum. New York: Fromm International Publishing. 1998. ISBN 0-88064-190-8.
- Stuart, D. Dear Duchess: Millicent, Duchess of Sutherland (1867 - 1955). London: Victor Gollancz Ltd. 1982. ISBN.
- History of the Hermitage retrieved 1 November 2008
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.