Qış sarayının Ərəb zalı
Ərəb zalı (rus. Арабский зал) — Sankt-Peterburqdakı Qış sarayının nahar zallarından biridir.
Tarixi
Çar Rusiyası dövründə parad zallarından sonra yerləşən məhz bu zaldan etibarən imperator ailəsinin şəxsi otaqları başlayırdı. İkiqat qapılar[1] əsas dövlət otaqları, İordan pilləkəni və sonda enfilada otaqları ilə şəxsi otaqlar arasında maneəli keçid yaratmaq üçün inşa edilmişdir.
Rəsmi qəbullar və tədbirlərdən əvvəl Romanovlar ailəsinin üzvləri adətən bu otaqda toplaşırdılar.[2] Otağın qarşısında yerləşən və pəncərələrinin açıldığı Çariçanın kiçik qış bağı da otağın konfidensiallığını zəiflətmir.
Zalın ərəb zalı adlandırılması, onun hansısa spesifik xüsusiyyəti ilə bağlı olmayıb, çara məxsus olub, imperator ailəsi ilə birgə saryları gəzən dörd psevdo-cangüdənlə bağlıdır. Dörd "iri gövdəli zənci" olan bu cangüdənlər fantastik tərzdə, qırmızı şalvar, qızılı gödəkçə, ağ çalma və çarıq geyinirdilər.[3] Çarın harda olmasından asılı olmayaraq, onlar qapıları qoruyurdular. Onların qapıları açıb-bağlamaqdan başqa funksiyaları yox idi; onların hansısa otaqda qəfil və səssiz peyda olması Çar və ya Çariçanın həmin otağa gələcəyinin müjdəsi idi.
Baxmayaraq ki, onlardan biri amerikan idi, cangüdənlər həm də efiopiyalılar və ya zəncilər də adlandırılırdılar. Cangüdənlərdən biri olan Cim Herkules tətil günlərini ABŞ-də keçirər, qayıdanda isə imperator ailəsinin uşaqlarına çoxlu psidium jelesi gətirərdi.[3]
Müasir dövrdə tamamilə boş olan zalda Ermitajın xüsusi sərgiləri təşkil edilir.
Memarlıq xüsusiyyətləri
1837-ci ildə Qış sarayında baş vermiş yanğından sonra inşa edilmiş zal, XIX əsrdə dəbdə olan neoklassik Pompey stilində dizayn edilmişdir. Kessonlarla örtülmüş tağ formalı tavan dorik stunlardan ibarət kollonada ilə dəstəklənmişdir.[4] Yunan mövzusu zalın interyerində müxtəlif şəkildə təkrar etdirilmişdir. Ərəb zalında olan yeganə mebel bütün otaq boyunca düzülmüş klismos tipli yunan stulları idi. İmperator ailəsi nahar etdiyi zaman zala stol gətirilər və stullar onun ətrafına düzülərdi. Nahar bitdikdən sonra isə stol yenidən zaldan aparılardı.
İstinadlar
- Sol divarda, sütunlar arasında yerləşən və adətən bağlı olan bu qapılar birbaşa Neva enfiladasına açılır.
- Maylunas.
- Massie, p. 129.
- The State Hermitage Museum.
Ədəbiyyat
- Cowles, Virginia. The Romanovs. London: William Collins, Sons & Company Ltd. 1971. ISBN 000211724X.
- Massie, Robert K. Nicholas and Alexandra. Atheneum. New York. 1967.
- Maylunas, Andrei, Mironenko, Sergei. 'A Lifelong Passion. London: Weidenfeld and Nicolson. 1996. ISBN 0-297-81520-2.
- The State Hermitage Museum Arxivləşdirilib 2008-12-11 at the Wayback Machine retrieved 23 September 2008. Published by The State Hermitage Museum.